təmizlənmə

Hansı hallarda qüsl pozulur?

    20.12.2015
Sual: 
salam menim 22 yasim var 1 hefde olar namaz qilmaga basdamisam yoldasim burda yoxdu men bilmek isdiyirem yoldasim geldikde hansi yaxinligimiz qusula sebeb olar? 2 CI SUAL men cenabet qusulu verdikde her defe basimda yumaliyam ya ele sadece ciyinerimnen asagi su toksem olar?
Cavab: 
Və aleykum Salam. Toxunmaq, öpmək və s. qüslu pozmur, cinsi əlaqə isə pozur. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Qüsl əvəzinə təyəmmüm, sonrakı namazda da dəstəmaz almaq olarmı?

    20.12.2015
Sual: 
salamun eleykum eger yuxuda boyununa qusul gelse subh namazin vaxdina qusul vermeye vaxt olmasa teyamun edilmelidi? qusul evezine sora teyamunen sora desdnamaz alinmalidi?
Cavab: 
Və aleykum Salam. Təyəmmüm həm qüslu, həm də dəstəmazı əvəz edir. Birinci dəfə təyəmmüm aldıqdan sonra namaz qılınır. Sonrakı namazda hələ də qüsl almaq imkanı yoxdursa, amma dəstəmaz almaq imkanı varsa, dəstəmaz alınır.

Ayaqyolundan sonra bir neçə damcının gəlməsi dəstəmazı pozurmu?

    20.12.2015
Sual: 
Salam 1men ayaq yoluna kicik bayra etdib sidik gelen yeri yuyuram sonra 1 2 damci sidik axir bu zaman destemaz pozulurmu ? amma bilmirem ki axan sudu ya sidik men ne etmeliyem buna gore xeste olmusan 2 deqeden bir baxiram ki alta paltarima nese axmayib
Cavab: 
Və aleykum Salam. Ayaqyolundan sonra bu cür fikirlərin gəlməsi şeytanın ibadəti çətin göstərmək üçün etdiyi vəsvəsədir. Vəsvəsəyə fikir verdikdə daha da çoxalır. Ona görə də, ayaqyoluna oturaraq getmək, təmizlənmək və sonra bu cür şeylərə fikir verməmək lazımdır.

İtlə oynadıqda qüsl almaq vacibdirmi?

    16.12.2015
Sual: 
Salam eleykum. Menim iki balaca itim var. Men onlarla vaxt kecirmeyi cox xoslayiram amma namaz qiliram. Deyilene gore itle oynadiqdan sonra mutleq qusul gerekir. Sizin bu fikre munasibeyiniz necedir? Bu basdan cavabiniza gore tesekkurler.
Cavab: 
Və aleykum Salam. İtlə oynadıqda qüsl vacib deyil. Sadəcə itin ağzı murdar sayıldığına görə itin ağzının dəydiyi yerlər su ilə yuyulmalıdır. Qablara dəydikdə isə birincisi torpaq olmaqla yeddi dəfə su ilə yuyulmalıdır.

Cənabət qüslundan sonra məni gələrsə, qüsl batil olurmu?

    05.12.2015
Sual: 
Cenabet quslu aldiqdan sonra meni gelerse qusl batil olar?
Cavab: 

Salam aleykum. Cənabət qüslu aldıqdan sonra, az miqdarda məni çıxarsa, bu qüslu pozmur. Lakin, qüsl aldıqdan sonra yuxuda, cinsi yaxınlıq və ya digər səbəblərə görə şəhvət hissi ilə məni gələrsə, qüsl yenidən pozulur və yenidən cənabət qüslu almaq lazımdır. 

Namazda təşəhüddə yel çıxsa, namaz pozulurmu?

    04.12.2015
Sual: 
Salam Aleykum və rəhmətullahi və bərəkətuh. Mənə bir insan deyib ki, əgər namazda axırıncı rükətdə təşəhhüddə oturanda hava çıxsa namaz pozulmur. Bu doğrudur mu? Əvvəlcədən çoxsağolun.
Cavab: 
Və aleykum Salam və rəhmətullahi və bərəkətu. Namazın sonunda salam verməmişdən qabaq hər hansı yerdə dəstəmaz pozulsa, namaz batil olur və həmin namazı yenidən dəstəmaz alıb qılmaq lazımdır.

Pages