təmizlənmə

Dəstəmaz alanda dişləri fırçalamaq olar?

    04.01.2016
Sual: 
Salam destamaz alarken dis fircalamaq olar? 2)men 1-2heftedi subh namazina dura bilmirem saati qururam amma ozumden asili olmayaraq durub kecirdirem ve yatiram ne edim ??? Sualima tez Cavab vererdiz zehmet olmasa.... Indiden tesekkurler,.,,
Cavab: 
Və aleykum Salam. Dəstəmazdan əvvəl dişləri fırçalamaq olar. Dişləri fırçalamaq və ya misvakdan istifadə etmək təmizlik əlamətidir. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) misvakdan istifadə edib və bunu ümmətinə də tövsiyə edib.

Dəstəmazda buruna su almaq əvəzinə barmaqla burunu islatmaq olar?

    02.01.2016
Sual: 
Salam aleykum. Mən dəstəmaz alanda bəzən respirator virus infeksiyası ilə əlaqədar burnum tutulu olduqda dəliyin birini su çəkə bilmirəm. Bu zaman sol əlimin barmağı ilə isladıram və təmizləyirəm. Belə eləmək icazəlidir? Allah razı olsun sizlərdən. Haqqınızı halal edin.
Cavab: 

Və aleykum Salam. Dəstəmaz aldıqda əsas burunun içini gücünüz çatdığı qədər islatmanızdır. Burun tutulubsa və buna görə buruna su getmirsə, siz dediyiniz kimi etmək olar.

Bədəndən axan maye dəstəmazı pozursa, bu maye namazda gəlsə namazı pozur?

    02.01.2016
Sual: 
Selamu aleykum bedenden gelen maye qusulu yox desdamazi pozduqunu bilirem eyer bu maye desdamaz aldiqda veyaxud namaz qildiqda gelse namaz batil olarmi?
Cavab: 

Və aleykum Salam. Əgər bu gələn maye xəstəlik səbəbilə cinsiyyət orqanından davamiyyətli gələn mayedirsə, namazı pozmur, çünki həmin insan üzrlü sayılır. Sadəcə hər dəfə namaz qılmamışdan qabaq dəstəmaz almaq lazımdır.

Namazı və dəstəmazın düzgün etmədiyim haqqında şübhələnirəm...

    31.12.2015
Sual: 
Salam Aleykum..men desdamaz aliram ele bilirem duzgun almamisam.namaz qiliram ele bilirem ibadetim duzgun deyil..bu nedendir...buda meni narahat edir..evvelceden sagolun
Cavab: 
Və aleykum Salam. Dəstəmaz və namazda şübhə etmək şeytanın vəsvəsəsindən ola bilər. Aşağıdakı linkdəki namaz və dəstəmaz qaydasına baxıb öyrənin və bir daha heç vaxt belə fikirlərə önəm verməyin, çünki vəsvəsəyə fikir verdikcə o daha da çoxalır.

Dəstəmaz aldıqda əzaları bir dəfə yumaq olarmı?

    26.12.2015
Sual: 
Salam.Her vaxtiniz xeyir.destemazla bagli sual vermek isterdim. Men destemaz aldiqda hereketleri 3 defe deyil 1 defe edirem ve qulaqlarima destemaz etmirem.destemazim duzgundurmu? Qabaqcadan tesekkurler.
Cavab: 
Və aleykum Salam. Əzaları bir dəfə yumaq olar, amma qulağa məsh etmək vacibdir. Daha ətraflı:
Namaz qılmaq və dəstəmaz almaq qaydası - VİDEO

Sübh namazına gecikəndə qüsl almaq lazımdırmı?

    26.12.2015
Sual: 
Qusl gec almaq gunahdirmi Qusl alanda hemise cimmek lazimdir? Bes seher namazina gecikende ne etmek lazimdir
Cavab: 

Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurub: "Üç kəsə mələklər yaxın durmazlar; kafirin cəsədinə, zəfəranlı ətir vurana və cənabət halında olana - dəstəmaz alarsa istisnadır".

Dəstəmaz alanda "bismilləh" deyilməsə, dəstəmaz batildirmi?

    26.12.2015
Sual: 
Salam aleykum.1) destnamaz aldigdan sonra bismilləh demədiyimə dair şübhələr yaranir məndə. Əgər deməmişəmsə gedib yenidən dəstnamaz almalıyam?2) Fatihə surəsində Ğayril mağdubi aleyhim vəladalin deyirik. Ərəbcə də e hərfi mən bildiyim qədəriylə yoxdu mən "aləyhim" deyirdim sehv edirdim?3)sesli namazlari sesli qilmag sunnetdi yoxsa ferz?
Cavab: 

Və aleykum Salam.

Pages