təmizlənmə

Dəstəmaz alanda əzaları müxtəlif sayda yumaq olarmı?

    14.11.2017
Sual: 
Salam aleykum va rahmətullahi va bərakətuhu.. dəstəmaz alan zaman əzaların müxtəlif sayda yuyulması icazəlidirmi..yəni ağzıma burnuma 1 dəfə su çəkim..amam üzümü 3 dəfə yuyum qollarımı 2 dəfə yuyum..belə eləmək olarmı? Yoxsa hamısı eyni sayda olmalıdır?
Cavab: 
Va aleykum Salam. Dəstəmaz alanda əzaları eyni sayda yumaq şərt deyil, yəni dəstəmaz alarkən əzaları müxtəlif sayda yuya bilərsiniz. Dəstəmaz alarkən əzaları bir dəfə yumaq vacib, iki və ya üç dəfə yumaq isə sünnədir. Həmçinin oxuyun:

Yuxuda tərbiyəsiz şeylər görmək günahdırmı?

    11.11.2017
Sual: 
Salam.men lap usag vaxti masturbasiya etmisem sora namaza gelmisem hal hazrda namaz qiliram.amma nece vaxt yuxumda terbiyesiz seyler gorurem qalxandada uzerimde sehvet hissi varydi ele bil masturbasiya etmisem kimi.ozumnen iyrenirdim .tovbe eledim yene basima geldi indi de yene olub.sora yatanda da ayetul kursi oxuyram yatram amma yene de olr. Bu seytanin vesvesesidi. Heqiqeten men o terbiyesiz seyi hec vaxt elemk istememiwem.goresen namazda diqqetsiz olduguma gore olur.yoxsa seytan meni namazi atmagimi isdeyir ?
Cavab: 
Və aleykum Salam. Bilmək lazımdır ki, pis yuxular şeytandandır. Pis yuxu gördükdə buna görə narahat olmaq və üzülmək lazım deyil. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi oyandıqda yuxunun və şeytanın şərindən Allaha sığının və üç dəfə sol tərəfə yüngülcə tüpürün.

Bulaşmış xalçanı nə qədər silsəm də, ürəyimə yatmır?

    08.11.2017
Sual: 
Evde Namaz qilirig ama 1yawli korpe usagda var melum meseledir sidik deyir eve duzdu temizleyirem sidik deyen yerleri xalcani silirem tez tez ama yene de ureyime yatmir evin pak olmasi ucun ayri nese ede bilerem??
Cavab: 

Salam aleykum. İslam şəriətinə görə əgər yerə və ya paltara düşən sidik, yaxud nəcis artıq quruyubsa, murdar hesab olunmur. Həmçinin, bilmək lazımdır ki, Uca Allah bizim üçün dini asanlaşdıraraq hər bir məsələdə bacardığımız qədər əməl etməyi buyurur.

Maşın yağı dəyən paltarda namaz qılmaq olarmı?

    06.11.2017
Sual: 
salamaleykum əvvəlcədən cox sagolun ki bele bir sayt acmısınız. avtomobil təmirində işdiyirəm və bu işdə elədiki paltarivi ne qeder təmiz saxlasanda yenede cirklenir.İşde paltar çirkli (paltarin yağ olması) olduğu halda namaz qilmaq günahdı?
Cavab: 
Va aleykum Salam. Bədən və paltar nəcasətə bulaşmadıqca kirli bədənlə və ya paltrala dəstəmaz alıb namaz qılmaq olar. Yağ ləkəsi murdar deyil və bu paltarda namaz qılmaq icazəlidir. Həmçinin oxuyun:

Yuxuda şəhvətlə az miqdarda məzinin çıxması qüslu pozurmu?

    05.11.2017
Sual: 
Salam.Men bu gun yatanda gece yuxuda cinsi elaqeye baslayana şehvetle s mezi cixmisdir amma meni cixmamisdir mezi ise cox az cixmisdi.Bu qüslu pozarmi.Önceden Allah razi olsun.
Cavab: 

Və aleykum Salam. Məzinin çıxması qüslu pozmur. Daha ətraflı:
Dəstəmazı pozan amillər 
Cinsi əlaqə olmadan ehtiras hissi qüslu pozurmu?

Pages