təmizlənmə

Qadından gələn axıntı dəstəmazı pozurmu?

    24.11.2017
Sual: 
Salam aleykum. Üzr istəyirəm sualıma görə amma məni narahat edir. Qadınlarda şəhvətsiz axan axıntı maye dəstamazı pozur? Ya paltara bulaşıbsa o paltarla namaz qılmaq olar? Mən eşitmişəm ki, pozur. Namaz əsnasında yox amma gərək hər namazda dəstəmaz alasan. Xahiş edirəm açıqlama verin.
Cavab: 
Və aleykum Salam. Bəzi qadınlarda şəhvət hissi olmadan da müəyyən axıntı olur və bu, dəstəmazı pozur. Amma bu maye təmiz olduğuna görə onu paltardan təmizləməyə də bilərsiniz. Daha ətraflı:  

Nifas və cənabət qüslu olanda necə qüsl almaq lazımdır?

    22.11.2017
Sual: 
usdumde 1 nece qusul varsa men nece qusl almaliyam.ve insanjn nifaz halinda olmasi quslu varmi o nece alinir hemcinin.men hem cenabet hem nifaz quslunu bir yerde nece almaliyam.bundan qabag yazdigim suala cvb yazmadiniz.xais edirem onuda cavablandirasiz
Cavab: 
Salam aleykum. Boynunda nifas qüslu ilə cənabət qüslu olan qadının bir dəfə nifas qüslu alması kifayətdir. Nifas və heyz qüslunda, saçlar tam islanmalı və hörüklər varsa, açılaraq yuyulmalıdır. Cənabət qüslunda isə hörükləri açmağa ehtiyac yoxdur. Saçların dibinin islanması kifayətdir.

Su keçirən dırnaq boyaları ilə dəstəmaz almaq olarmı?

    21.11.2017
Sual: 
Salam.Yeni dırnaq boyaları istehsal olunub, bu dırnaq boyaları havanı ve su buxarını keçirdir, yeni destemaz ve qüsl almağa əngəl deyil. Bu dırnaq boyasından istifadə eləmək olar?
Cavab: 
Va aleykum Salam. Əgər dırnaq boyası su keçirirsə, onunla dəstəmaz və ya qüsl almaq olar. Həmçinin oxuyun:

Naməhrəmə toxunduqda dəstəmaz pozulurmu?

    17.11.2017
Sual: 
Salam Aleykum.Destemaz aldiqdan sonra namehrame bilmeyerekden toxunduqda destemaz pozulurmu?Ve ya bilerek yaxudda marsutda mecbur qalaraq ve ya qohumlarla gorusdukde. Cox xahis edirem etrafli cavablandirasuz. Evvelceden tesekkur edirem. Allah razi olsun sizden.
Cavab: 
Va aleykum Salam. Bilərəkdən və ya bilməyərəkdən naməhrəmə toxunmaq və ya onunla danışmaq dəstəmazı pozmur. Həmçinin oxuyun:

Qan ləkəsi namazı batil edirmi?

    15.11.2017
Sual: 
Salam.Eger bedenden çixan qan sonradan dərinin üstünde qalib quruyubsa bu halda namaz qılmaq olar?
Cavab: 
Va aleykum Salam. Qan murdar deyil. Onun üstünüzdə qalması namazı batil etmir, amma bu qan ləkəsini təmizləmək lazımdır. Əgər paltarda və ya bədəndə qan ləkəsi varsa, bacardığınız qədər təmizləyin. Ancaq təmizləyə bilmədiyiniz ləkələrin sizin dəstəmaza və ya namaza təsiri yoxdur.

Dəstəmaz aldıqda kalqotkanın üstündən məsh çəkmək olarmı?

    15.11.2017
Sual: 
Kalqotkanin ustunden destamaz almaq olarmi?
Cavab: 
Salam aleykum. Əgər səhər ayağınızı yuyub dəstəmaz almısınızsa, gün ərzində dəstəmaz alanda ayağınızı yumaq əvəzinə ayağnızın üzərinə məsh çəkə bilərsiniz. Bir şərtlə ki, kalqotkadan ayağın dərisi görsənməsin. Həmçinin oxuyun:

Qüsl batil olsa, namaz sayılırmı?

    14.11.2017
Sual: 
Salam sizə bir sualım var əgər mənim Qüsulum batil olibsa, qildıqim Namaz sayilmir?
Cavab: 
Va aleykum Salam. Qüslsuz və dəstəmazsız namaz qılmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Nə dəstəmazsız (və ya qüsulsuz) namaz, nə də xəyanətlə əldə edilmiş maldan sədəqə qəbul olunar". (Muslim, 224/329). Daha ətraflı:

Bilmədən spirtli içki içən dəstəmaz almalıdır, yoxsa qüsl alması lazımdır?

    14.11.2017
Sual: 
salam bawaqa wire evezine bilmeden spirtli icgi icdiyini anlayandan sonra namaz qilmasi ucun desdemaz kifayetdir yoxsa onuncun bawqa bir qusul var?
Cavab: 
Va aleykum Salam. Spirtli içki qəbul edən adam böyük və lənətə səbəb olan günah qazansa da, onun dəstəmazı və qüslu pozulmur. Daha ətraflı:

Dəstəmaz alanda əzaları müxtəlif sayda yumaq olarmı?

    14.11.2017
Sual: 
Salam aleykum va rahmətullahi va bərakətuhu.. dəstəmaz alan zaman əzaların müxtəlif sayda yuyulması icazəlidirmi..yəni ağzıma burnuma 1 dəfə su çəkim..amam üzümü 3 dəfə yuyum qollarımı 2 dəfə yuyum..belə eləmək olarmı? Yoxsa hamısı eyni sayda olmalıdır?
Cavab: 
Va aleykum Salam. Dəstəmaz alanda əzaları eyni sayda yumaq şərt deyil, yəni dəstəmaz alarkən əzaları müxtəlif sayda yuya bilərsiniz. Dəstəmaz alarkən əzaları bir dəfə yumaq vacib, iki və ya üç dəfə yumaq isə sünnədir. Həmçinin oxuyun:

Pages