təmizlənmə

Heyz qüslunu aldıqda cənabət qüslu da alınmalıdırmı?

    19.03.2018
Sual: 
Salam.Men cenabet quslu almaliydim,vaxtim olmadi ala bilmedim 3 gundur,bu gun alacaqdim ki heyz oldu.Men heyzli veziyyetde cenabet quslu almaliyam? Umumiyyetle,iki qusl da boynunda olanda birinci hansi,ikinci hansini almaliyam.Onceden tesekkurler!
Cavab: 
Va aleykum Salam. Cənabət halında qüsl almağa imkan tapmayan bir neçə gündən sonra heyz də olursa, heyzdən təmizləndikdən sonra qüsl ala bilər. Bu zaman hər ikisi üçün bir dəfə qüsl almaq kifayətdir. Yəni, heyz qüslunu alarkən cənabət qüslu da almış olursunuz. Daha ətraflı:

Alt paltara sidik bulaşarsa, qüsl almaq vacib olurmu?

    12.03.2018
Sual: 
Salam Aleykum. Size bir sualim olacag. Sidik alt paltara deyse qusl vacibdir yoxsa alt paltarini deyismek yeter? Vacibdirse hansi qusl?
Cavab: 
Va aleykum Salam. Sidiyin paltara bulaşması qüslu pozmur. Əgər alt paltara sidik dəyərsə, paltarı təmizləmək və ya dəyişmək lazımdır, çünki bu halda namaz qılmaq olmaz. Namazın şərtlərindən biri də namaz qılacağınız paltarın murdar şeylərdən təmiz olmasıdır.

Südəmər oğlan uşağının sidiyi ilə qız uşağının sidiyi arasında fərq qoymağın hikməti nədir?

    12.03.2018
Sual: 
Hədisdə oğlan uşağının (ğulam) sidiyinə su sıçradılmalı (nədh), qız uşağının (cariyə) sidiyinin isə yuyulmalı olduğunu eşitmişik, hədis səhihdirmi? “Nədh”in mənası nədir? Onunla yumaq arasındakı fərq nədir və oğlan uşağının sidiyi ilə qız uşağının sidiyi arasında fərq qoymağın hikməti nədir?
Cavab: 

Salam aleykum. "Ğuləm" yemək yeməyən südəmər oğlan uşağıdır. "Cariyə" isə südəmər qız uşağıdır. Oğlan uşağının sidiyini təmizləmək "nədh" ilə, yəni suyu sıçratmaq və tökmək ilə olur. Qız uşağının sidiyi isə yuyulmalıdır.

Paltarın üstündən cinsiyyət üzvünə toxunmaq dəstəmazı pozurmu?

    09.03.2018
Sual: 
Salam. Men bilmek isteyiremki, destemaz aldigdan sonra elimiz PALTARin ustunden cinsi uzvumuze deyse (goz cinsi uzvu gormese) destemaz batip olar?
Cavab: 
Va aleykum Salam. Paltarın üstündən yox, cinsiyyət üzvünə bilavasitə şəhvət hissi ilə toxunmaq dəstəmazı pozur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim cinsiyyət organına (bilavasitə) toxunarsa, dəstəmaz alana qədər namaz qılmasın".

Daş ilə təyəmmüm almaq olarmı?

    07.03.2018
Sual: 
Salam werait olmadiqda destemazi torpaqla alirlar bes temiz daw parcasiyla destemaz almaq dogrudurmu?eyer dogrudursa subh namizi ucun destemazi bu qayda ile almaq olarmi? Werait olmadigi ucun subh namazi menimcun cetinlewir bir neferden ewitdimki daw parcasiylada destemaz almaq olur bu gunah deyilki?
Cavab: 
Və aleykum Salam. Əgər doğrudan da dəstəmaz almaq mümkün deyilsə, onda daş ilə təyəmmüm almaq olar. Həmçinin oxuyun:

Yaş torpaqla təyəmmümü necə almaq lazımdır?

    07.03.2018
Sual: 
Salam boynuda cenabet quslu olan biri serait olmasa teyemum almalidi amma torpaq quru deyil yasdi o nece qusl alib namazin qila bilerki xais edirem sualimi cavablandirin
Cavab: 
Va aleykum Salam. Torpağın yaş və ya quru olması şərt deyil, əsas odur ki, təmiz olsun. Təmiz torpaq deyildikdə yer üzü nəzərdə tutulur. Buna görə də insan əllərini yerə vurub orada torpağın olub-olmamasından asılı olmayaraq, təyəmmüm edə bilər. Həmçinin əgər torpaq olmasa, daşla, tozla və s.

Pages