təmizlənmə

Soyuq su ilə dəstəmaz aldıqda ayaqlarım tutulur, nə edim?

    25.11.2018
Sual: 
Salam .destnamaz alarken bezi problemler olur yeni qaldigim yerde olan su soyuq olur her an isti su tapmaq olmur soyuq su ilə destnamaz alarkende ayaqlarim tutulur ne ede bilerem bes komek ederdiz de xais
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz halda problem aradan qalxana qədər müvəqqəti olaraq təyəmmüm edib namazlarınızı qıla bilərsiniz. Daha ətraflı:

Makiyajlı ola-ola təyəmmüm almaq olarmı?

    25.11.2018
Sual: 
salamun aleykum uzumde krem surme olur gozumde yani qisacasi makiyajliyam su da yoxdur teyemmum alanda makiyaj uzerinden ala bilerem ? yoxsa uzumu temizleyib teyemmum almaliyam 1 muellime demisdi ki makiyajli olar teyemmum almaq
Cavab: 
Va aleykum Salam. Makiyajlı halda təyəmmüm almaq olar. Həmçinin oxuyun:

Təmizliklə bağlı gələn vəsvəsələrdən necə xilas olum?

    24.11.2018
Sual: 
Essalamu eleykum temizlikle bagli vesvese edirem bezen etdiyim vesveseler dogru bezen yalniw olur cox zamana yari yariya ne dogru ne yalniw 2 si arasinda qaliram meni zeifledir yorur bu hal xilas ola bilmirem
Cavab: 
Və aleykum Salam. Belə hallarda şəriətin buyurduğu kimi əməl edin və şeytanın atdığı şübhə vəsvəsəsinə əməl etməyin. İslama görə şübhə ilə əməl olunmaz.

Əməliyyat səbəbilə rüku və səcdəni tam yerinə yetirə bilmədiyim üçün namazı necə qılım?

    20.11.2018
Sual: 
Salam eleykum.Men sidiy saxlamamaqla baqli xestekikden nece ildi ki eziyet cekirem.Men Namazi saxlamaq mecburuyetinde qalmisam. Bu axxinti qeyri ixtiyari axibti olur.Men nece edim. Namaz qilim. Qorxuram Namaza baslayayan zaman Namaz vaxti da6anmadan axintisi olar.Ve burun emeliyatida olmusam secdeye ve rukuya tam gede bilmirem. Cevsb yazsaz cox sad olaram ve meni bu narahatciliqdan qurtararasiz.Yuxaridaki bezi soze gore uzur isteyirem.
Cavab: 
Va aleykum Salam. Qadın yalnız heyz (aybaşı) və nifas (doğuşdan sonra qırx gün ərzində baş verən qanaxma) olmaqla iki halda namazları tərk edir. Qeyd etdiyiniz hal isə namazı dayandırmağa əsas vermir. Bu hal sizdən asılı olmayaraq baş verdiyinə görə üzrlü sayılırsınız.

Tez-tez qüslu pozduğuma görə günaha batmaqdan necə qorunum?

    16.11.2018
Sual: 
Yeni namaza baslamaq isdeyirem. Amma evliyem ve hamileliye hazirlasiram. (Cenabetim tez tez pozulur) bu haqda mene yazardiz gunaha batmaqdan nece qorunum bu barede?
Cavab: 
Salam aleykum. Namaz qılmaq üçün cinsi əlaqədən sonra qüsl almaq lazımdır. Qüsl almağa imkan olmadıqda isə təyəmmüm edib namazları qıla bilərsiniz. Daha ətarflı:

Hər dəstəmaz alanda ayağı yumamaq üçün nə etməliyik?

    14.10.2018
Sual: 
Salam.Mən bir mənbədən oxumuşdum:" peyğəmbərimiz deyib ki, hər dəstəmaz alanda ayaq yumasanda olar". Sonra mən bu haqqında bir dindardan soruşdum o da dedi ki bu qayda şiələr üçündür.Sizcə ayaq yumamaq qaydası dogrudur?Dogrudursa necə ayaq yumamagin yerinə nə edirik?Xahiş edirəm cavablandırardınız.İndidən çox sagolun.
Cavab: 

Va aleykum Salam. Şəriətə görə dəstəmaz alarkən ayaqları yumaq vacib olsa da bu, hər dəfə dəstəmaz aldıqda zəruri şərt deyil.

Dəstəmaz alarkən üzü əl ilə yumadan suyun altına tutmaq olarmı?

    08.09.2018
Sual: 
Əssələmu aleykum. Dəstəmaz alarkən uzumu ellerimle yox kraantin altina suya salaraq yuya bilerem mi ?
Cavab: 

Va aleykum Salam. Ümumiyyətlə dəstəmaz əzalarının tam şəkildə yuyulması üçün dəstəmazda önəmli olan hallardan biri məqamında iki əldən istifadə edilməsidir. Ona görə də əgər heç bir zəruri və istisna hal yoxdursa, dəstəmazın alınmasında əsas qayda odur ki, üzü iki əli ilə yuyasan.

Pages