təmizlənmə

Daş ilə təyəmmüm almaq olarmı?

    07.03.2018
Sual: 
Salam werait olmadiqda destemazi torpaqla alirlar bes temiz daw parcasiyla destemaz almaq dogrudurmu?eyer dogrudursa subh namizi ucun destemazi bu qayda ile almaq olarmi? Werait olmadigi ucun subh namazi menimcun cetinlewir bir neferden ewitdimki daw parcasiylada destemaz almaq olur bu gunah deyilki?
Cavab: 
Və aleykum Salam. Əgər doğrudan da dəstəmaz almaq mümkün deyilsə, onda daş ilə təyəmmüm almaq olar. Həmçinin oxuyun:

Yaş torpaqla təyəmmümü necə almaq lazımdır?

    07.03.2018
Sual: 
Salam boynuda cenabet quslu olan biri serait olmasa teyemum almalidi amma torpaq quru deyil yasdi o nece qusl alib namazin qila bilerki xais edirem sualimi cavablandirin
Cavab: 
Va aleykum Salam. Torpağın yaş və ya quru olması şərt deyil, əsas odur ki, təmiz olsun. Təmiz torpaq deyildikdə yer üzü nəzərdə tutulur. Buna görə də insan əllərini yerə vurub orada torpağın olub-olmamasından asılı olmayaraq, təyəmmüm edə bilər. Həmçinin əgər torpaq olmasa, daşla, tozla və s.

Niyyət edərkən "cənabət qüslu" əvəzinə "cünub qüslu" dedikdə qüsl batil olurmu?

    16.02.2018
Sual: 
Salam.Mən bir neçə dəfə yalnışlıqla qüsla alarken cənabet əvəzinə cünub demişəm.bu quslu batil edir?
Cavab: 
Va aleykum Salam. Əgər bununla siz niyyət etməyi nəzərdə tutursunuzsa, niyyəti dil ilə tələffüz etmək olmaz, sadəcə qəlbinizdə qüsl almaq məqsədinin olması artıq niyyət sayılır. Hər bir halda bu, qüslu batil etmir. Daha ətraflı:

Sərxoş insanla görüşmək qüslu pozurmu?

    09.02.2018
Sual: 
salam menim bir nece sulim var menim yoldasim spirtli icki icir men namaz qiliram bu mene gunahdir onun qullugun da dururam aragin iyi gelirbu gunahdir icgili adam gorussem men qusul almaliyam allah menim namazimi qebul eder cog sagolun
Cavab: 
Va aleykum Salam. Şəriətə görə qadının bacardığı qədər ərinə baxması, günah olmayan işlərdə ona itaət etməsi, ərinə qulluq edib xidmətində durması vacibdir və əriniz şərab içərək günah qazansa da, sizə buna görə günah yazılmır.

Heyz vaxtı qan az gələrsə, namaz qılmaq olarmı?

    07.02.2018
Sual: 
Salam.1ci sualım odur ki,üzr istəyərək qeyd edirəm.Mən heyz olduğum zaman yaxşı qan gəlmir.Yani ki demək olar qan rəngində gəlmir.Heyz qanı bitdiyi zaman qan necə gələrsə elə gəlir.Mən o zaman namaz qıla bilərəmmi onu bilmək istəyirəm.Məsələn qüsul alıb namaz qılanda yəni təmizlənəndə heç nə gəlmir bir gördün.Yani elədə namazımı qılmalıyammı ya yox?..İndidən çox sağolun
Cavab: 

Və aleykum Salam. Heyz vaxtı qanın az gəlməsinə baxmayaraq, heyzin tam bitməsini gözləmək lazımdır.

Pages