xurafat
Qəbir daşı üzərində ölən insanın şəklini qoymaq olarmı?
Va aleykum Salam. Şəkil çəkmək qadağan olduğuna görə, onu qəbir daşının üstünə də çəkmək olmaz. Həmçinin, qəbir daşı ən çoxu bir qarış hündürlüyündə olmalıdır. Daha ətraflı:
Dayım vəfat etdiyinə görə toy etmək üçün nə qədər müddət gözləməliyəm?
Salam aleykum. İslam şəriətində üç gündən artıq yas saxladıqdan sonra hər hansı bir xeyir iş üçün gözləmə müddəti göstərilməmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəfər ibn Əbu Talibin (Allah ondan razı olsun) ailəsinə üç gün yas saxlamağa icazə verdi.
"Ləbbeyk, ya Əli" demək olarmı?
Və aleykum Salam. Bəli, bu sözlər şirk olan kəlmələrdir. "Ləbbeyk, ya Əli!" dedikdə, Ey Əli, hüzurunda müntəzirəm" deməkdir. Bu da, yalnız Allah Təalaya şamil olunan və həcc mərasimində deyilən sözlərdir.
Tək səbir gəldiyinə görə müalicə olunmamaq düzgündürmü?
İslamda yeddi qədəm yeritmək varmı?
Va aleykum Salam. Dinimizdə belə bir ayin yoxdur. Bu kimi inanclar bidət (dində yenilik) və xurafatdır. Həmçinin oxuyun: Bidət nədir?
Uşaq dünyaya gəlməmiş ona paltar almaq olarmı?
Va aleykum Salam. Bunlar batil inanclardan irəli gəlir və bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Daha ətraflı: Bəd əlamətlərə inanma!
Başqasının əvəzinə namaz qılmaq olarmı?
Salam aleykum. Başqasının yerinə namaz qılmaq olmaz. Hər bir müsəlman namazı Allah qarşısında öz vəzifə borcu olaraq qılmalıdır. Hər kəsin əməli özünə aiddir. Bu xüsusda Uca Allah belə buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz.
Əzizini yenicə itirən insan qurban kəsə bilərmi?
Va aleykum Salam. Yaxın insanın vəfatının qurban kəsməyə heç bir zərəri yoxdur. Həmçinin oxuyun: Qurbanlıq barədə
Qurban bayramı cümə gününə düşərsə, qurban kəsmək olarmı?
Va aleykum Salam. Belə bir şey dinimizdə buyurulmamışdır. Qurban bayramı həftənin hansı gününə düşməsindən asılı olmayaraq imkanı olan müsəlmanın qurban kəsməsi savabı böyük olan əməllərdəndir.