xurafat

Dayım vəfat etdiyinə görə toy etmək üçün nə qədər müddət gözləməliyəm?

    15.11.2017
Sual: 
40 yasinda Dayim rehmete gedib.. toy elemek ucun ne qeder muddet gozlemeliyem..?
Cavab: 

Salam aleykum. İslam şəriətində üç gündən artıq yas saxladıqdan sonra hər hansı bir xeyir iş üçün gözləmə müddəti göstərilməmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəfər ibn Əbu Talibin (Allah ondan razı olsun) ailəsinə üç gün yas saxlamağa icazə verdi.

"Ləbbeyk, ya Əli" demək olarmı?

    14.11.2017
Sual: 
Salam. “Ləbbeyk ya Əli!”, “Ləbbeyk ya Hüseyn” “Allah, Muhəmməd ya Əli!” demək şirkə yol açır? Bu kimi şüarlar ALLAHA şərik qoşmaq deməkdir? Əvvəlcədən təşəkkürlər!
Cavab: 

Və aleykum Salam. Bəli, bu sözlər şirk olan kəlmələrdir. "Ləbbeyk, ya Əli!" dedikdə, Ey Əli, hüzurunda müntəzirəm" deməkdir. Bu da, yalnız Allah Təalaya şamil olunan və həcc mərasimində deyilən sözlərdir.

Pages