xurafat

Qadın istixarə edə bilərmi?

    23.06.2017
Sual: 
Qadin istixare ede bikermi
Cavab: 

Salam aleykum. İstixarə dedikdə - istixarə namazı başa düşülməlidir. El içində yayılan "Quranla istixarə" və ya "yatıb yuxuda görmək kimi istixarə etmək" bidət sayılır. İstixarə Allahdan uğur və kömək diləmək üçün qılınan namazdır.

Uzun müddətdir boşanmış insanların kəbin kağızının bir əhəmiyyəti varmı?

    23.06.2017
Sual: 
Salam.Men 6 ildir ki yoldawimnan ayrilmiwam,lakin bizim kebin helede pozulmayib.bir nece yerde oxumuwam ki eyer ayrilma haqqinda soz sobet olanda qadinla kiwi arasinda bowanma sozleri kecirse ve tehkirani sozler deyilirse kiwi terefden ondada pozulur.cox xahis edirem mene bir yol gosteresiz meslehet veresiz.birdeki men ozum indi gedib geri oxutdura bilerem kebini???
Cavab: 

Və aleykum Salam. Şəriətdə "kəbini geri oxutdurmaq" anlayışı yoxdur. Əsas məsələ, kişinin sizinlə ayrılmaqda razılığının olmasıdır. Əgər yoldaşınız sizə "boşayıram" sözünü deyibsə və yaxud qarşılıqlı razılıqla boşanmışınızsa, artıq boşanmış sayılırsınız. Bu halda kəbin qüvvədən düşür.

Əlimizi və ya hər hansı əşyanı yuduqda salavat deyilməlidirmi?

    23.06.2017
Sual: 
Salam necəsiz Qusul alarkən.dəsdamaz alarkən və ya əl yuyarkən yaxuda hər hansısa birşeyi yuyub 3 dəfə yaxalayarkən salavat demək lazımdırmı Ecelceden çox sağolun Allah razı olsun.?
Cavab: 
Va aleykum Salam. Qüsl və dəstəmaz alarkən, həmçinin hər hansı bir əşyanı yuyarkən salavat deyilmir, bu bidətdir (dində yenilik). Bu cavabı oxuyun: Çirkli bir şeyi yuyanda təmiz olması üçün salavat deyilməsi düzgündürmü?

Pirdən torpaq gətirib su ilə içmək olarmı?

    09.06.2017
Sual: 
Salam menim sualim odurki pirlere gedende eve tutya adiyla getrdiyimiz torpaq su edib iciriy duzgundurmu umumiyyetle torpaq getrmey duzgundurmu eve evvelceden tessekur
Cavab: 

Və aleykum Salam. Pirlərdə Allahdan başqasına dua edildiyi, qurban kəsildiyi və s. şirk əməllər edildiyi üçün ora getmək haramdır. Pirlər müqəddəs deyil, oranın torpağında da heç bir bərəkət yoxdur. Torpağı suya qatıb içmək özünə zülm etməkdir və bədənə ziyandır.

Hamilə qadın icazəsiz bir şey götürüb yesə, gələcək övladı pis yola düşə bilərmi?

    09.06.2017
Sual: 
Salam men hamilə ikən bir şeyi icazesi alıb yemişəm.deyirlerki icazesi alınıb yeyilende ana betnindeki uşaq oglan olsa ogru qız olarsa yolunu azmış olar?bu düzdürmü?ve halallıq ala bilmesem bunu hansısa dua ve ya emelle ede bilerem?
Cavab: 
Və aleykum Salam. Dinimizə görə istəlinən bir əşyanı haqq sahibindən onun icazəsi olmadan mənimsəmək günah sayılır və buna görə tövbə etmək lazımdır. Amma bunun səbəbi ilə gələcəkdə doğulacaq uşaqların pis yola düşəcəyini düşünmək batil və xurafatdır. İnsanın kim olacağını yalnız Allah bilir.

Pages