xurafat

Hamilə qadın icazəsiz bir şey götürüb yesə, gələcək övladı pis yola düşə bilərmi?

    09.06.2017
Sual: 
Salam men hamilə ikən bir şeyi icazesi alıb yemişəm.deyirlerki icazesi alınıb yeyilende ana betnindeki uşaq oglan olsa ogru qız olarsa yolunu azmış olar?bu düzdürmü?ve halallıq ala bilmesem bunu hansısa dua ve ya emelle ede bilerem?
Cavab: 
Və aleykum Salam. Dinimizə görə istəlinən bir əşyanı haqq sahibindən onun icazəsi olmadan mənimsəmək günah sayılır və buna görə tövbə etmək lazımdır. Amma bunun səbəbi ilə gələcəkdə doğulacaq uşaqların pis yola düşəcəyini düşünmək batil və xurafatdır. İnsanın kim olacağını yalnız Allah bilir.

Boşandıqdan sonra kəbini geri oxutdurmaq lazımdırmı?

    09.06.2017
Sual: 
Salam Aleykum. Mənim bir sualım var. Mən ailəli olmuşam və anlaşılmamazlıqdan yollarımızı ayırmışıq. Amma kəbin kağızımız yoxa çıxıb. Belə bir məlumatım var ki, kəbin kağızı geri oxunmadıqca ər və arvad ayrılmış sayılmır. Bu vəziyyətdə biz ayrılmış sayılmırıq? Və necə bu kəbini poza bilərik? Bunuda bildirim ki, yaxında nişanlanacağım birisi var və keçmiş kəbinimin pozulmasında israrçıdır və keçmiş yoldaşımla heç cür bir araya gəlib kəbni pozdurmağıma icazə vermir. Məncə haqqlıdır Sizin məsləhətiniz nədir?
Cavab: 

Və aleykum Salam. "Kəbini geri oxutdurmaq" deyilən bir qayda yoxdur. Siz qarşılıqlı şəkildə razılaşaraq boşanmısınızsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır və siz boşanmış sayılırsınız.

Kirvə adlı qohumluq şəriətdə varmı?

    04.06.2017
Sual: 
salam! Mən bu saytdan cox razıyam.Axtardigım bütün suallara burada cavab tapıram.Mənim sualım KİRVƏLİKLƏ Baglıdır.Mənim yaxın gohumlarımdan bir nəfər mənə uşaq ücün kirvə durmagımı təklif etdi.Lakin müasir KİRVƏLİYİN şəriət qaydasına uygun olmadıgına görə mən bu təklifdən boyun qacırdım.Aradan xeyli vaxt kecməsinə baxmayar məni bu sual cox narahat edir.Görəsən düzmü etmişəm?Görəsən günah etməmişəm ki?TƏŞƏKKÜR EDİRƏM.ALLAH SİZDƏN RAZİ OLSUN!
Cavab: 

Və aleykum Salam. Şəriətdə kirvə adlı qohumluq əlaqəsi yoxdur. Oğlan uşağını xitan elətdirmək (bu, el içində "sünnət olunmaq" adı ilə tanınıb, çünki mənbəsi Peyğəmbərin sünnəsidir - yoludur) üçün uşağı kiminsə qucağında tutmasına qadağa yoxdur, lakin uşağı tutan adam qohuma çevrilmir.

Oruclu halda pirə getmək günahdırmı?

    02.06.2017
Sual: 
Salam. Oruclu halda 50 km artiq yol qet edib ocaga getsem gunah sayilir?
Cavab: 
Və aleykum Salam. Ocaqlar və ya pirlərdə Allaha şərik qoşulduğu, Allahdan başqasına dua edildiyi, qurban kəsildiyi və nəzir edildiyi üçün ora getmək böyük günahdır. Uca Allah sizin duanızı hər yerdə eşitməyə qadirdir, bunun üçün uzaq məsafə qət etməyə ehtiyac yoxdur.

Boynumda gəzdirdiyim dua ayaqyoluna düşüb, nə edim?

    26.05.2017
Sual: 
Salam men hemise ustumde covser kebr duasin gezdirirem hazir almisam o üstümde olanda rahat oluram bugun unitaza dusdu ata bilmedim goturdum ama salavat verdim duaya su kecmeyib, palstik qabdadi cox narahatam men onu ne edim yeniden ustjmde gezdire bilerem? Onun gunahi nedi ne etmeliyem?
Cavab: 
Və aleykum Salam. Səhih hədislərdə belə bir dua növü yoxdur. Qurani-Kərimdə "Kövsər" surəsi var.

Pirlərdə qəbirdəki insanları pisləmək günahdırmı?

    22.05.2017
Sual: 
Salam Aleykum.Size sualim bele olacag.Men hicabli deyilem lakin Namazimi qiliram.Destemazli oldugum halda namehrem kisinin meni gormesi menim destemazimi pozurmu,Birde men Namaz qilanda qardawim onumnen kecdi ama bilmeden nece dua eliyim ki, Allah bagiwlasin.Son olaraqda ziyarete gedmirem ve geden innsanlari gorende orda yatan insani bele pislediyim olur men ne derecede gunah qazaniram.Allah butun qardas ve bacilarima gunahdan cekinmeyi ve dogru yolda olmagi nesib elesin.Amin.InwaAllah sualimi tez cavablandirarsiniz Sevinerem.Indiden eziyyeti kecen her kesden Allah razi olsun....
Cavab: 
Və aleykum Salam.
Naməhrəm kişinin qadını görməsi qadının dəstəmazını pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər

Namaz qılmayan adam namazın sözlərini oxuyanda duası qəbul olunurmu?

    22.05.2017
Sual: 
salam men namaz qilmiram ama namazin sôzderni bilirem namazin duasini oxuyanda allah dumi qebul eleyir ya yox sagolun
Cavab: 
Və aleykum Salam. Namazın sözlərini bilirsinizsə, artıq namaz qılmağa çox yaxınsınız. Allaha asanlaşdırması üçün dua edərək, heç bir şübhəyə fikir vermədən tezliklə namaza başlayın. Dua edərkən namazın sözlərini deməyə ehtiyac yoxdur, istədiyiniz duanı demək kifayətdir. Həmçinin, oxuyun: 

Pages