xurafat

Çox uşaqlı insanlar öləndə onun qırxı necə hesablanır?

    12.04.2017
Sual: 
Es Selamın Aleykum Ve Rahmetullahi Ve Beraketuhi Qardaşım Menim Size Sualım Çox Uşaqları Olan İnsanlar Öldüyü Zaman 40 Ne Cür Hesablanır Meselen 55?
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi və bərakətuhu. İslama görə vəfat etmiş insan üçün "adna", "adna axşamı", "cümə", "üç", "yeddi", "qırx", "əlli iki", "Quran tapşırmaq", "qəbrin üstünə gül qoymaq", "şam yandırmaq" və s.

Yuxuda pirə getdiyimi görürəm...

    12.04.2017
Sual: 
Salam. Men 5-6 il bundan önce bir yuxu görmüşem ama o yuxu helede ağlımdadı ve helede menasını bilmirem. Yuxuda pire getdiyimi görürem. Pirde bir otaq kimi yerdi orda bir ölü var sehv etmiremse pir kimin adınadısa odu. Ancaq ölü basdırılmayıb. Hündür daş üzerinde uzanıb ve ölü çürümemişdi nece vardısa elecede uzanmışdı. Her kes onun başının üzerinde fırlanırdı dua edirdi. Elecede mende fırlanırdım. Sonra men fırlananda ölen insan menim elimi tutur ama men qorxmuram. Bu ne menaya gelir?
Cavab: 
Və aleykum Salam. Pirə gedib Allahdan başqasına yalvarmaq şirkdir, bu günaha tövbə etməyənlər əbədi olaraq Cəhənnəm əzabına düçar ola bilərlər. Şeytan insanı müxtəlif üsullarla Allaha şərik qoşmağa təhrik edir, bunlardan biri də yuxuda verilən vəsvəsədir.

"Fərəqət" komandasında əllər yanda olduğu üçün namazı da elə qılmaq lazımdırmı?

    12.04.2017
Sual: 
Salam aleykum eyer sie ehli bele deyek men bir kamandir esgere fereqet kamandasi verir azad kamandasi verende eller yanda olur eyer eller bagli olsaydi qiyam halinda olardi qiyam hali eli aciq olmalidir.
Cavab: 

Və aleykum Salam. Uca Allah Qurani Kərimdə bizə ibadətləri Peyğəmbər (salləllahu aleyhi və səlləm) kimi icra etməyi əmr edib, əsgərlər kimi yox.

Rəcəb ayının digər aylardan üstünlüyü varmı?

    09.04.2017
Sual: 
Salam aleykum. Receb ayinin bawqa aylardan ferqi, ve ya ustunluyu varmi? Bu aya ozel hansisa ayinler varmi, yeni birinci gununde oruc tutmaq ve s. varmi? Bildiyime gore ramazanin her gunu, wevallda 6 gun ve meherremin 9-10,ve ya 10-11ci gunlerinde oruc tutmaq feziletlidir. Bele bawqa tarixler de vardirmi? Tewekkurler! Assalamu aleykum ve rahmatullahi ve barakatuh.
Cavab: 
Və aleykum Salam. Rəcəb ayı digər aylardan üstün olması haqda səhih bir məlumat yoxdur. Daha ətraflı:

Araq butulkasına əl vurmaq olarmı?

    07.04.2017
Sual: 
Salam men namaza yeni bawlamiwam ozum kafede iwleyirem ama bilmey isteyirem ki rumkaya yaxud araq butulkasina el vurmaq olarmi???
Cavab: 

Və aleykum Salam. Alkoqollu içki haramdır və bütün şərlərin başlanğıcıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir.

"Dində məcburiyyət yoxdur" deyib ibadətdən boyun qaçıranlara nə deyərdiniz?

    07.04.2017
Sual: 
Salam aleykum.Necəsiz?Allah bu saytın təşkilatcılarından razı olsun.sualım belədir:bəzi insanlar < Din məcburi deyil> ayəsini əsas gətirərək guyə onlar şəriət qaydalarına əməl etməyə bilərlər.Belə insanlara siz nə deyərdiniz?
Cavab: 
Və aleykum Salam. Dünya həyatında dini qəbul etməyə və ona riayət etməyə heç kəs məcbur edilə bilməz. Amma axirətdə hər kəs könüllü olaraq, öz seçimi ilə etdiyi əməllərə görə mükafat və ya cəza alacaq. Uca Allah buyurur: "Dində məcburiyyət yoxdur.

Pages