Hz. Əbülfəzə yazılan məktubu hara vermək olar?
Sual:
Salam Hər vaxtınız xeyir.Bizim evə 2012ci ildə cadu olunmuşdu.Sonra 2013də Atam dünyasını dəyişdi.İndi məndə bunun kim olduğunu öyrənmək istəyirəm.Buna görədə Həzrəti ƏbəlfəzlAbbasa ərizə yazmaq istəyirəm.Bunu yazdırıb hara vermək olar?
Cavab:
Və aleykum Salam. Bu, avam camaatın uydurduğu bir şeydir. Əbul-Fəzl də ölüb, digər imamlar da, hətta Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də ölüb. Əksinə, ölən insana müraciət etmək, ondan kömək istəmək Allaha şərik qoşmaqdır.