Seçilmiş suallar

Qadının kişi həkimin yanına getməsi düzgündürmü?

    08.09.2014
Sual: 
Salam aleykum.Men xesteyem.Allergik astmadan mualice aliram.Amma kishi hekim meni yoxladi.Ozum namaz qilanam.Bu gunahdirmi?Bes eger qadin hicablidirsa,onda nece?Hekim menim koyneyimi qaldirib nefes almami yoxladi.Men bununla gunaha batmaqdan qorxuram.Tanidiqimiz yaxshi qadin hekim yox idi,bu hekimin yaxshi olduqunu soylediler.Xahish edirem tez cavablandirardiz,chox narahatam.
Cavab: 

Aleykum salam. Qadın həkimlər ola-ola qadının kişi həkim yanına getməsinə icazə verilmir. Sizin xəstəliyiniz müalicəsi ilə məşğul olan qadın həkim tapmaq elə də çətin deyil.  Sadəcə soraqlaşıb axtarmaq lazımdır. Zəruri hallarda qadının kişi həkimlərə müraciət etməsinə icazə verilir.

Evdə divardan kəbənin şəklini asmaq olarmı?

    04.09.2014
Sual: 
salam aleykum.bizim evde kebe sekli var ustunde de erebce yazilar var.bele bir sey asmaq olar evin divarindan?
Cavab: 

Aleykum salam. İslam dininə görə evdə divardan bu və buna bənzər şəkillər asmaq bəyənilmir. Çünki çox vaxt əksər insanlar bu cür şəkilləri və ərəbcə yazılan Quran ayələrini asmaqla onlardan xeyir-bərəkət umurlar. Lakin bilmək lazımdır ki, bu cür şeylər ilə bərəkət əldə olunmur.

Dinimizdə namazı tərk etmək necə qarşılanır?

    02.09.2014
Sual: 
salam.refiqem 1 middet namaz qildi.indi ise hec qilmir. namazi qilib bir muddetden sonra qilmamaq tebiki gunahdir.namazi atmaq islamda nece qarsilanir?
Cavab: 
Və aleykum Salam. Namazı tərk etmək böyük günahdır və insanın Axirətdə əzab çəkməsinə səbəbdir. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).

Anam qorxur ki, namaza başlasa vaxtında qıla bilməyib günah qazanacaq

    30.08.2014
Sual: 
salam xahis edirem suallarimi tez cavablandirasiniz menim anam cox zehmetkes qadindi 5 usaq anasidi atamsa yoxdu tek basina saxlayib ovladlarin boya basa catdirib ona sual verendeki namaz qil o diyirki vaxli vaxtinda qila bilmiyecem gunah qazanacam onuncun dua etsem namaz ustunde ALLAH bagislayarmi onu?
Cavab: 

Aleykum salam. Namaz qılmamaq üçün heç bir bəhanələr və üzrlər qiyamət günü Uca Allahın hüzürunda qəbul olunmayacaq. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaq və namazı əvəz edə biləcək bir əməl də yoxdur.

Nə qədər dua etsəmdə, anam hicab bağlamağıma icazə vermir

    29.08.2014
Sual: 
Salam aleykum.Men bir ildir ki, hicab baqlamaq arzusundayam,yalniz Allaha bunun uchun dua edirem,dualarin tez qebul olunacaqi vaxtlarda,meselen yaqish yaqarken,azan oxunarken ve s. amma duam qebul olmur.Anam hicab baqlamaqima icaze vermir,nenemde ehd edib.Axi niye Allah onlarin qelbini yumshaltmir?
Cavab: 

Aleykum salam. Hicab bağlamaq Uca Allahın qadınlara Qurani kərimdə buyurduğu əmridir. Hicab bağlamayan qadın günahkardır və buna görə Allah qatında cavab verəcək. Allahın vacib buyurduğu əmrləri (hicab, namaz, oruc və s.) yerinə yetirmək üçün isə heç kimdən icazə almaq lazım deyil.

Valideynlərim hicab geyindiyimə görə məni ələ salırlar

    29.08.2014
Sual: 
Salam aleykum, men hicabdayam. Ailemde de her kes namaz qilir ama Atam meni gorende hicabima soz atir deyir ele bil saqqalilari gorurem sene baxanda . Bu mene pis tesir edir ve get gede nifret yaranir aile uzvlerime qarsi mende. Cox incidirler meni. Nifret etmek gunahdir? Ama ozumden asili olmur. Bir de uzaglasmag isteyirem onlardan buna gore de dua edirem Allaha ki meni daha xeyirli yere aparsin,ayirsin onlardan. Gunah edirem? En coxda qorxuram onlarla qalsam mubahiselerimle daha cox gunaha girim.
Cavab: 

Aleykum salam. Peyğəmbər - Allahın ona salavatı və salamı olsun - demişdir: “Səbr etməli olduğunuz vaxtlar gələcək, bu zaman (İslama) bağlı qalanlar sizin (səhabələrin) aranızdan 50 şəhidin savabını qazanacaq.” (Təbərani)

Sidiklə müalicə olunmaq olarmı?

    21.08.2014
Sual: 
Salam aleykum.Uzr isteyirem sualima gore.Sidikden mualice vasitesi kimi istifade etmek olarmi?mes.yaraya surtmek,birde xalam mene sidik ichmekle bronxlarinin temizleneceyini demishdi.Bu gunahdir?
Cavab: 

Və aleykum Salam. Ümumən sidik nəcis olduğu üçün onunla müalicə olunmaq olmaz. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Həqiqətən, Allah sizin şəfanızı haramlarda qərar verməyib". (əl-Buxari, 5614).

Qəbirin üstündə ilanların olması nə anlamındadır?

    18.08.2014
Sual: 
qebirin ustunde ilanlar olmasi ne anlamindadi
Cavab: 

Salam aleykum. Doğrusunu Allah bilir. Kiminsə qəbirinin üstündə ilan görməklə o adamın qəbirdə əziyyət çəkməsinə hökm vermək olmaz. Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir: “Mömin bəndə dəfn ediləndə qəbir ona deyir: “Salam, xoş gəldin. Sən üstümdə gəzənlərin ən sevimlisi idin.

Niyyəti dil ilə deməyin bidət olduğuna dair hər hansı bir əsasınız varmı?

    07.08.2014
Sual: 
Salam aleykum. Niyyeti dil ile demeyin bidet olduguna dair her hansi esasiniz var? Onceden tesekkurler.
Cavab: 

Aleykum salam. Nə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm), nə də onun səhabələri (Allah onladan razı olsun) niyyəti dil ilə deməmişlər. Bu barədə heç bir Quran ayəsi və ya səhih hədis yoxdur.

Şəhidlər cənnətə düşürlərmi?

    05.08.2014
Sual: 
Salam aleykum men esitmisemki sehid olanlar cennete dusurler bu duzdu ya yox?
Cavab: 

Aleykum salam. Bəli, şəhidlər inşallah birbaşa cənnətə düşəcəklər. Uca Allah buyurur:
"Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz". (əl-Bəqrə, 154).

Cahil həyat yoldaşı dini yaşamağa mane olursa, nə etmək lazımdır?

    02.08.2014
Sual: 
momin incan cahille ailelidise ve cahil insan onun dinine imanina geyimine qarisirsa ve turkler demis kufr edirse bele halda meslehetiniz ne olar.axi insan dinini imanini alcaltmaq istemir.bunlari esitmek ve beleleri ile her defe kelle kelleye gelmeye artiq gucum qalmayib.meslehete ehtiyacim var.Allah razi olsun.
Cavab: 

Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6). 

Quranı qəbirstanlıqda pulla oxutmaq günahdır?

    31.07.2014
Sual: 
Bir coxlarinin bildiyi kimi pebirsannigda birine Quran oxutdurdugda herkes pul verir bunun gunahi var mollalarcin?
Cavab: 

Salam aleykum. Ölü üçün Quranı pulla və ya pulsuz oxutmaq həm oxuyan, həm də oxudan üçün günahdır, çünki bu bidətdir (dində yenilik). Peyğəmbərin (salləllahu aleyhi va səlləm) zamanında belə bir şey olmamış, o, nə özü bunu etmiş nə də başqalarına bunu əmr etmişdir.

Nə qədər dua etsəmdə arzularım həyata keçmir, nə edim?

    30.07.2014
Sual: 
salam əleykum. İlk növbədə üzr istəyirəm narahat etdiyim ücün. Sualım budur ki, mənim 13-yaşım var. Mən tez tez bu həyatda umudumu itirirəm. Nə qədər dua etsəm də arzulaım dan heç biri gerçək olmur. Axı mən nə qədər səbr edim.? Xayiş edirəm cavablandırasınız İndidən Allah razı olsun.
Cavab: 
Aleykum salam. Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı.

Ərim mənimlə maraqlanmır, nə edim?

    28.07.2014
Sual: 
salam aleykum men yoldasimla 6 ildiki evliyem biz evlenende menim 15 onun ise 18 yasi var idi menimde ona qarsi sefim olub onunda mene qarsi ama onunki daha cox olubda o butun gunu qizlarla danisir menle hec maraqlanmir duzdu bir birimizle xos danisiriq reftarimiz eladi demek olarki ama gelki o menle 4 ayda 5 ayda birdefe yxinliq edir xesdede deyil narmal bir insandi evvel her zaman isdeyirdimki men onu ele alim ozumden soyutmayim men mehribanciliq gosterirdim ama her defe meni acilayirdi sozun qisasi yeni o gunah isletmis olur men bildiyime gore bir kisi evde xanimini razi salmali sora ne ed
Cavab: 
Və aleykum Salam. Hər bir kişi ailəsinin onun üzərində olan haqlarını yerinə yetirməlidir və bununla bağlı Allahdan qorxmalıdır. Çünki Qiyamət günü hər kəs öz ailəsi haqqında məsuliyyət daşıdığına görə sorğu-sual olunacaq. Uca Allah buyurur: "...Onlarla xoş rəftar edin.

Yalnız Ramazanda ayında namaz qılmaq doğrudurmu?

    28.07.2014
Sual: 
Salam.Mən 15 yaşındayam və bu Ramazan ayında Namaza başladım.İstəyirəm ki ancaq bu ayı qılım,səbəbi də bu dur ki mən 11ci sinifə keçdim və istemirəm ki,irəlidəki aylarda boynuma qəza yığılsın dərslərə göra,çünki ders çox olacaq.İn Şa Allah Allah can aaglığı versin,gelen ildən artıq ömrüm boyu Namaza başlamaq isteyirem.Sizcə belə olar?Məni başa düşürsüz yagin ki,mənə cavablandırın bu sualımı.Allah Razı oısun
Cavab: 

Aleykum salam.  Namaz qılmaq ağılı başında olan, həddi büluğa çatan hər bir müsəlman kişi və qadına vacibdir.  Sizin 15 yaşınız varsa, artıq siz həddi büluğa çatmış sayılırsınız. O ki, qaldı namazları qəza etmək məsələsinə, bu məsələyə görə narahat olmayın.

"Müasir" həyat tərzi keçirən qadını İslama necə dəvət etmək olar?

    25.07.2014
Sual: 
Assalamu aleykum ve rehmetullahi ve bereketuhu. Əzizlərimdən biri, qadındır, ibadətə başlamaq istəyir. bilmək istərdi ki, ibadət edən qadın çımərliyə gedə bilərmi? ümümiyyətlə bu məsələlər dində necə tənzimlənir? məlumat üçün deyim ki, o sovet dönəmində formalaşmış bir insandır və kifayət qədər "müassir" həyat tərzi sürür. Elə düşünürəm ki, bir andaca hər şeyi atmaq onun üçün çox çətin olacaq. qorxuram ki, bəzi qadağalar onun ibadətə başlaması üçün əngəl olsun. Allah rizası üçün məsləhət və tövsiyələrinizlə ona yardımçı olun. Allah razı olsun.
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) səhabələri dəvətə göndərərkən əvvəlcə insanları tövhidə çağırmağı, qəbul edərlərsə gündə 5 vaxt namaz qılmağı, daha sonra digər məsələləri təbliğ etməyi buyurmuşdu.

Ailəli qadın uzaq qohumu ilə dostcasına mesajlaşa bilərmi?

    18.07.2014
Sual: 
Salam.sualim beledi meselcun bir evli qadincun dosd yana bir uzag uzag qohumu ile mesjlaşmag gunah sayilir??pis meqsedle yazişmag yoxda sadece hal ehval tutmagcun.gunah sayilir???onceden cvb çun tşk edirem.
Cavab: 

Aleykum salam. İlk öncə onu deyək ki, islamda qadınla kişinin dostluğuna icazə verilmir, çunki bu çox vaxt günahlara aparıb çıxarır.

Lotareya oynamaq niyə günahdır?

    07.07.2014
Sual: 
men namaz qiliram amma lotoreya oyunlarinda bextimi sinayiram deyilene gore bu gunahdir bilmek isterdim niye? axi bu qumar deyil ki ele bil 1 manat verib corek aliram ya da mesela 15 manata paltar alirsanm ozune bir de var ki 1 manat verin lotoreya aliram ve o uduslu cixirsa men qazaniramsa bnunun neyi pisdi ve gunahdi? cox pul cixirsa bextime o pulla hansisa problemimi hell edirem her halda ya da hansiza komeye ehtiyaci olana komek edirem ele bil bunun neyi gunah ve pisdi?? xahis edirem aciqlayardiz men azerlotereya oyunlarindan danisiram digerlerinden yox
Cavab: 

Aleykum salam. Lotareya oyunları haramdır. Bu oyunlar qumardan sayıldığı üçün onlardan uzaq durmaq lazımdır. Əgər hər hansı bir oyuna az da olsa vəsait qoyulursa və bundan çoxlu uduş əldə edilirsə, bu, qumar hesab olunur. Uca Allah qumarı haram etmişdir: "Ey iman gətirənlər!

Ziyarətgahdan gələn üzüyü barmağıma taxıb getsəm imtahanda uğur qazanaram?

    29.06.2014
Sual: 
Salam aleykum.Menim bir uzuyum var,onu menim uchun ziyaretden getiribler.Uzuyun mene Allahdan uqur getirmesini dileyerek,onu taxib imtahana getmek gunah olarmi?Qorxuram shirke sebeb olar,amma qelbimde Allahdan uqur getirmesini dileyirem.
Cavab: 

Aleykum salam. Bu şirkə səbəb ola bilər. Uca Allah buyurur: "Əgər sən onlardan: "Göyləri və yeri kim yaratmışdır?" - deyə soruşsan, onlar mütləq: "Allah!"– deyəcəklər.

Müsəlmanla Xristian fərqi nədədir?

    29.06.2014
Sual: 
Salam mən bilmək istiyirəm ki Müsəlmanla Xristian fərqi nədədir onlar arasında fərq varmı? və birdəki bizdə məsələn üçün bizdə içki haramdırsa xristian və başqa dinlərdədə belədir. Müsəlman dini bütün dinlərdən üstün dinmidir. müsəlmanın xristian olması günahdırmı? bəs xristianın müsəlman olması necə?
Cavab: 

Aleykum salam. Müsəlmanlarla xristianlar arasında əsas fərqlər:

Ehtiyac üzündən zina edənin namaz qılmağı düzgündür?

    26.06.2014
Sual: 
Salam aleykum kimsesiz kalib ve ya kimse yardim etmediyi takdirde yardinsiz kalib pula ehtiyaci olub zina yaparsa namaz kilmagi duzgunmudu? Ve Allahuteala gunahini bagislayarmi bu kaderle barismazsa kendisi.
Cavab: 

Aleykum salam. Ehtiyac üzündən zina etmək fikri kökündən səhvdir və dində üzr kimi qəbul edilmir. Uca Allah buyurur: "Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir.

Övlad duası olurmu?

    22.06.2014
Sual: 
Salam Aleykum.sizden uzr isdeyirem sualima gore.men 2 ildi evliyem ovladim yoxdu.MEN ne duasi edim ovlad ucun?NAMAZ QILIRAM herden namazi dayandirmaq isdeyirem,ama dayandirmiram.Mene deyirler senin seytanin gucludu bu ne demekdir?evvelceden tesekkurlerimi bildirirem.ALLAH RAZI OLSUN.
Cavab: 

Aleykum salam. Övladın olması üçün namazı dayandırmaq yox, çoxaltmaq lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir. (əl-Bəqərə, 153).

Gecə vaxtı verilən sədəqə Allahın qəzəbini söndürürmü?

    19.06.2014
Sual: 
Salam aleykum. Gece qaranliginda verilen sedeqe Allahin qezebini sondururmu?
Cavab: 

Aleykum salam. Bəli, gecə vaxtı verilən sədəqə Uca Allahın qəzəbinin söndürməsinə vəsilə olan səbəblərdən biridir. Uca Allah buyurur: "Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır.

"Allah sevmədiyi bəndəsini öldürməz" fikri doğrudur?

    18.06.2014
Sual: 
men bir necedefe ölümden dönmüşem ve bu mene möcüze gelir inanılmaz dercede ölümle üzüze gelmise ve hemin andada bir anın icinde sax cıxıram yeni o hadisede bir anda qurtuluram deyiler ALLAH isdemediyi bendesini öldürmes bu doxrude ve neyegöre beledir ALLAH bendesini birnecedefe ölümden qurtarırsa bu neye işaredir
Cavab: 

İslama görə Allah sevmədiyi bəndəsini öldürməz fikri səhvdir. Çünki əcəli çatmış hər kəsin öləcəyini Uca Allah bizə bildirmişdir: "...Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər". (Yunus, 49).

Peyğəmbəri Allahın verdiyi məqamdan yüksək tutaraq tərifləməkdə həddi aşmaq olarmı?

    18.06.2014
Sual: 
Peyğəmbəri (s.a.v) Allahın bəxş etdiyi məqamdan uca tutaraq onu tərifləməkdə mübaliğə etmək olarmı?
Cavab: 

Aleykum salam. Heç şübhə yoxdur ki, Peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) Uca Allahın yaratdıqları arasında ən şərəflisidir.

Namaz qılmaq istəyirəm, amma şəraitim yoxdur

    16.06.2014
Sual: 
Men usaqlıqada Namaz qılmaq istemişem ele indide isteyirem amma hecür şeraitimde yoxdur Allahdan Namaz qılmam ücün duaedirem amma nedense dualarım gerceklesmir niye bele olur.... Bide eyer Namazın sözlerini bilmeden secde edersen onda qılınan Namaza sayılır yoxsa nece
Cavab: 

Salam aleykum. Namaz qılmaq üçün insandan hansısa şəraitin olmasını gözləmək lazım deyil. Minlərlə insan qızmar günəş altında, kəskin soyuqda və digər çətin şəraitlərdə namaz qılır. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaqdır və namazı əvəz edə biləcək bir əməl də yoxdur.

Bəzən Allaha dua edib şəfa istəyərkən dua nə üçün qəbul olmur?

    16.06.2014
Sual: 
Axır xesde olan bir insan ALLAHdan Dua şefa isdeyir lakin kömek olmunmadıxını bilerek ALLAHA niye mene kömek etmirsen deyerse ALLAH o insana hansı halda kömek edir
Cavab: 

Uca Allah sevdiyi qulları həmişə müxtəlif vasitələrlə sınağa çəkər və bu sınaqlara qarşı səbirli olanları sonunda ən gözəl mükafatla müjdələyər və savabını artırar. Bəlalar nəticəsində möminin günahları bağışlanır və ya axirətdə dərəcəsi yüksəlir. Möminin etdiyi dualar heç vaxt boşa çıxmır.

Fala inanmadığım halda qohumumla falçıya getməyim günah sayılırmı?

    13.06.2014
Sual: 
salam size vereceyim sual beledi menim qohummun falina baxdirir menide yaninda apardi eslinde menimde fikrim var idi baxdirmaga Allahi dusundum baxdirmadim sadace menim ora getmeyim gunahdir sadace onlar danisirdir mende qiraqda durub baxirdim
Cavab: 

Aleykum salam. Sizin qohumunuzla birlikdə, hətta inanmasanız da, falçıya getməyiniz sizə günah sayılır, çünki siz pis, iyrənc bir əmələ şərik olursunuz.

Pages