Seçilmiş suallar

Cinlərin həyatı haqqında

    15.04.2014
Sual: 
Salam aleykum. Cinlər harada yaşayırlar və onların yeyib-içməkləri, yatmaqları və törəyib artmları olurmu? Ümumiyyətlə onların həyat tərzi haqqında...?
Cavab: 

Aleykum salam. Cinlər tüstüsüz oddan yaradılmışlar. Cinlər də insanlar kimi yer kürəsində yaşayırlar. İnsanların heyvanlarının təzəkləri cinlərin heyvanlarının qidasıdır. Cinlərin də insanlar kimi ailələri, cəmiyyətləri vardır. Onlar da insanlar kimi törəyib çoxalırlar.

Riyakarlıq hissindən necə xilas ola bilərəm?

    11.04.2014
Sual: 
Salam aleykum. Men bu hisden, yeni riyakarliqdan nece qurtula bilerem? Men bele olmaq istemirem. Bu hiss meni chox narahat edir. Xahiş edirem mene komek edesiniz. Men neyniye bilerem? Allah rizasi uchun etrafli yazin. İnden chox sag olun. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Bilmək lazımdır ki, riyakarlıq hiss yox, əməldir. Allah Təala Öz mübarək kitabında riyakarlıq edənlər haqda belə demişdir: "Ey iman gətirənlər!

Neçə dəfə və hansı əl ilə salavat çəkilməlidir?

    09.04.2014
Sual: 
Salam aleykum. Zəhmət olmasa deyə bilərisinzimi neçə dəfə və hansı əl ilə salavat çəkmək lazımdır? Sağ yoxsa, sol əl ilə?..
Cavab: 

Aleykum salam. Uca Allah möminlərə Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat və salam gətirməyi buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər!

Zina və onun cəzası haqqında

    08.04.2014
Sual: 
Salam aleykum. Chox sag olun ki, suallarimizi cavablandirirsiz. Menim size bele bir sualim var. Namaz qilan adam zina ede bilermi? Ümumiyyetle zina nedir, bunun cezasi nedir ve bu gunah sayilirmi?
Cavab: 

Aleykum salam. Zina ailədən kənar cinsi əlaqəyə deyilir. Zina böyük günahdır. Hər kəs bu iyrənc günahdan və ona aparan yollardan çəkinməyə çalışmalıdır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).

Valideyn üçün bağışlanma duası varmı?

    07.04.2014
Sual: 
Salam aleykum. Valideyinler üçün bagishlanma duasi varmi? Varsa, zehmet olmasa bura yazinda! Ele bir dua olsun ki, men her namazda o duani oxuyum. Valideyinlerimin gunahlarini Allah Teala bagishlasin! Allah komeyiniz olsun! Sag olun!
Cavab: 

Aleykum salam. Qurani Kərimdə Nuh peyğəmbərin öz valideynləri üçün etdiyi duası vardır. Bu duanı hər namazda edə bilərsiniz.

Mehdi və İsa peyğəmbər haqqında nə deyə bilərsiniz?

    06.04.2014
Sual: 
Salam aleykum. Axirət gününə yaxın İmam Mehdinin gəlişi barədə hədislər kifayət qədər çoxdur. Bəs bu barədə Quranda ayə varmı? Birdə Hz. İsa peyğəmbərin kimliyi, onun Axirət gününə yaxın gəlməsi və müsəlman kimi gəlməsi barədə ətraflı şəkildə nə deyə bilərsiz?
Cavab: 

Aleykum salam. Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin (Allah onların hamısından razı olsun) nəslindəndir.

Nə edim ki, övladım əməli salehlərdən olsun?

    06.04.2014
Sual: 
Salam aleykum. Sualima gore sizden chox uzr isteyirem. Menim neche illerdir ki, korpem olmurdu. Qedr gecelerinin birinde Uca Allahımdan mene ovlad vermesini istedim. Allahımam min şükürler olsun ki, Tanrım mene ovlad bexş eledi. Korpemin adini mene yuxumda verdiler. Adi ise Yusifdir. Size sualim ise budur ki, ne edim ki, korpem gelecekde emeli-saleh adina layiq bir momin övlad olsun! Bunun uchun ne ede bilerem? Xahiş edirem ki, imkan daxilinde etrafli cavablandirasiz. Önceden teshekkurler!
Cavab: 

Aleykum salam. Əlbəttə, bunun üçün ilk növbədə Uca Allaha ixlas ilə (səmimi qəlbdən) təvəkkül edərək dua etmək və düzgün tərbiyədən başlamaq lazımdır. İlkin tərbiyə isə ana bətnindən başlayır. Necə ki, hədislərdə belə xəbər verilir.

Səfərdə qıla bilmədiyim namazların qəzalarını necə qılmalıyam?

    05.04.2014
Sual: 
Salam aleykum. Men 2 gun namaz qila bilmedim. Onlari bashqa rayonda olarken qila bilmemishdim. Onlarin qezalarini nece qilmaliyam qesrle yoxsa adi qaydada?
Cavab: 

Aleykum salam. İslam dinində çoxlarının düşündüyü kimi qəza namazı anlayışı yoxdur. Yəni bir az çətinliyə düşdükdə namazı qəzaya saxlamaq və bunu adət halına salmaq anlayışı yoxdur. İslama görə insan yatıb namazın vaxtını keçirtdikdə, unutduqda və huşunu itirdikdə üzrlü sayılır.

Cənnət və Cəhənnəm həqiqətən varmı?

    04.04.2014
Sual: 
Salam aleykum. Mənim suallım budur ki, cənnət və cəhənnəm doğrudan vardır? Eger bunlar heqiqetdirse, mumkundurse Cennet ve Cehennem haqqinda bir achiqlamasiyla tefsialtli shekilde melumat vererdiz.
Cavab: 

Aleykum salam. Cənnət və Cəhhənəm var olması həqiqətdir. Quranın insan sözü olmadığı, Allahdan olması sübut olunmuşdur və onun içində yazılan hər bir şey haqqdır. Daha ətraflı:
Quranın Allah sözü olmasının sübutları

Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?

    04.04.2014
Sual: 
Salam aleykum. Menim bacim namaz qilarken destamazi defelerle pozulur ve o her namazi en azi 5-6 ve bezen de daha chox defeye destemaz almaqla qilib qurtarirdi. Indi bir muddetdir ki, bu chetinliye gore namaz qilmir. Ola bilermi ki, sheytan onu aldatsin sadece? Chunki men inanmiram ki, bir namaz bu qeder pozula bilsin, ama o emindi ki, destemazi pozulur. Lutfen bir yol gosterin ki, o yeniden namaza bashlasin. Chunki o ozu de bunu chox isteyir. Evvelceden teshekkur.
Cavab: 
Və aleykum Salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bağırsaqdan tez-tez yel çıxma ilə bağlı xəstəliyi olan insanlara hər namazın vaxtı girərkən bir dəfə dəstəmaz alaraq fərz və nafilə namazları qılmağa icazə vermişdir.

Quranla bağlı bir neçə sual

    04.04.2014
Sual: 
Salam aleykum. Evvala bagishlayin ki, sizi narahat edib qizildan da deyerli vaxtinizi aliram. Men bu sayta chox boyuk hormet ve etibar edirem. Demek olar ki, vaxt tapib tez-tez meqaleleri ve sual-cavabi izleyirem. Allah bereketli elesin. Men aileliyem. Allah hemd olsun.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə 1-ci sualda qeyd etdikləriniz ümumilikdə hamısı sehrin növlərindən hesab olunur. Uca Allah buyurur:

Cadu haqqında

    01.04.2014
Sual: 
Salam aleykum. Menim sualim caduyla baglidir. İslamda cadu deyilen elm varmi? Yoxdursa, bes niye cadu edirler? Men gulun dibini deyishende manqalin dibinden xeyli duyun vurulmuş sap ve dua tapdim. Bu cadu deyilmi? Bunu ne etmek olar? Onu niye edibler nedir onun menasi, heç özümde bilmirem. Bunu eden ve etdiren Allahdan qorxmurmu? Onu mundarlamaq olarmi?
Cavab: 

Aleykum salam. İslam dini cadu elmini öyrənməyə, cadu ilə məşğul olmağa və cadu etdirməyə qarşı çıxır və bunların hamısını şirk və küfr kimi böyük günah hesab edir. Cadu ilə məşğul olanları isə kafir hesab edir.

Qiyamət günü Ərşin kölgəsi altında dayana bilərəmmi?

    30.03.2014
Sual: 
Salam aleykum. Menim 16 yashim var. Namaza ele ilk defe dunen bashladim. 14 yashimda namaz qilmaq isteyirdim, amma oyreden olmadi. Artiq men Qurani Kerimin de tercumesini oxuyuram ve namaz qiliram. Qiyamet gununde "Ərşin Kölgəsi" altInda dayana bilecem? Xahiş edirem cavab yazasız. Allah size yar olsun! Amin!
Cavab: 

Aleykum salam. Allah Elçisi (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olma­ya­cağı bir gündə kölgəsi altında kölgələn­dirəcəkdir.

Allahdan ümidi üzmək günahdırmı?

    30.03.2014
Sual: 
Salam aleykum. Size sualim var. Amma xahiş edirem tez cavab verin. Menin uchun chox vacibdir. Allaha qarshi umudi uzmek gunahdir? Tek Allaha qarshi yox, her sheye qarshi umidim itib. Bele etmekle gunah qazaniram men? Xahish edirem ki, mene bu meseleni derinden her bir inceliyine qeder geniş ve izahli shekilde achiqlayasiniz.
Cavab: 

Aleykum salam. Uca Allahın rəhmətindən ümidi kəsmək küfr kimi böyük günahlardan hesab olunur. Allahdan ümidlərini yalnız kafirlər üzərlər. Uca Allah Qurani Kərimdə buyurur:

Ölüm anında insan hansı hisləri keçirir və ölüm mələyi ona hansı şəkildə görünür?

    30.03.2014
Sual: 
Salam aleykum. Mene insanin ölum aninda nece hisler kechirtdiyi ve Əzrailin (aleyhissələm) insana ne shekilde görünmesi chox maraqlidir. Xahish edirem bunu mene sehih sübatlara dayanaraq etrafli izah edesiniz. Allah sizden razi olsun. Allah sizi cennetle mukafatlandirsin.
Cavab: 

Aleykum salam. İnsanın ölümü barəsində Qurani Kərimdə Uca Allah buyurur:

Ölümcül xəstəliyə tutulan insanın yanında nə haqda danışmaq yaxşıdır?

    30.03.2014
Sual: 
Salam aleykum. Mənim bir qohumum var. Gəncdir. Xərçəng xəstəliyindən əziyyət çəkir. Bu yaxınlarda həkimlər dedilər ki, götürün aparın evə və ölümünü gözləyin. İndi istəyirik ki, gedib onu ailəmlə ziyarət edək. Belə insanın yanında din baxımından nədən danışmaq daha məsləhətdir? Xahiş edirem ki, geniş çəkildə cavab veresiz.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə xəstə ziyarətinə gedərkən xəstənin yanında yaxşı şeylər haqqında danışmaq lazımdır. Xəstənin yanında xəstəlik haqda çox danışmaq, pis sözlər söyləmək və qorxulu şeylər haqda danışmaq olmaz.

Səhabələrlə bağlı bir neçə sual

    29.03.2014
Sual: 
Salam aleykum. 1)Butun sehabeler cennetlikdirmi? Eger eledirse, niye 10 nefer mujdelenib? Onlar cennetle mujdelenibse digerleri bilinmir dinde qalacaq qalmayacaq? 2)Burda yazilib ki, peygemberden (s.a.s) hedisdir ki, peygember (s.a.s) buyurub sehabelermi soymeyin uhud boyda sedeqe verseniz onlarin 1 dirhemine chatmaz. Achigi bu hedise inanmiram. a)Niye onlarin bizden ne ferqi var ki? b)Eger onlar peygember gorubler deye bele feziletleri varsa biz peygemberi gormeden iman getirmishik, biz onlardan da ustun olmaliyiq axi. Chunki onlar gorub, biz ise yox.
Cavab: 

Aleykum salam.

Sübh namazı necə qılınır?

    26.03.2014
Sual: 
Salam aleykum. Subh namazinin tam qilinma qaydasini ve ya formasını mene etrafli ve izahli shekilde yazin da zehmet olmasa. Bu chox vacibdir. Evvelceden teshekkurler. (Rehber)
Cavab: 

Aleykum salam. Sübh namazı iki rükət sünnət və iki rükət fərzdən ibarətdir. Fərz səsli qılınır. Sünnət isə fərzdən qabaq qılınır. Ümumi qılınma qaydası isə iki rükətli namazların qılınması kimidir.

Mən namaz qılmaq istəyirəm, amma davamlı olmamasından qorxuram

    23.03.2014
Sual: 
Salam aleykum. Men namaz qılmaq isteyirem, amma qorxuram ki, sonradan qılıb atım!..
Cavab: 

Aleykum salam. Hər bir namaza başlamaq istəyən kəs bu həyəcanı keçirir. Bu özü yaxşı bir haldır. Unutmayın ki, siz hər şeyi bilən və hər şeydən xəbərdar olan Uca Allaha ibadət etməyə başlamaq istəyirsiniz.

Huri nə deməkdir?

    23.03.2014
Sual: 
Salam aleykum. Huri ne demekdir? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Huri Cənnətdə Cənnət əhlinin kişiləri üçün yaradılan zövcələrdir. Hurilərin "hurul-iyn" (iri gözlü) adlanmasının səbəbi onların olduqca yaraşıqlı olmalarına və gözlərinin ağının iri olmalarına görədir.

Uşaq vaxtından ta indiyə qədər davam edən xəstəliyim var

    22.03.2014
Sual: 
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu. Mənim 23 yaşım var. Hələ uşaq yaşlarımdan ikən çox vaxt məktəbə getmirdim. Məni nəyinsə narahat etdiyini və gözümə göründüyü və yaxudda yatarkən üstümüzdə it gəzdiyini görürdüm. O vaxtlar çox qorxurdum. Amma ne olduğunu anlamırdım. Artıq 15-16 yaşıma çatanda ibadete başladım. Hem de sonradan araşdırmalara başlayıb Quranı oxumağa başladım. Amma nə etsəm də o məndən heş vaxt əl çəkmədi. Hətta indiyə qədər də əl çəkmək bilmir... Hər halımla Allahı zikr etsəm də, çoxlu Quran oxusam da... Uşaq vaxtı gördüyümdə məndə bir az böyük idi.
Cavab: 

Aleykumus-sələm va rahmətullahi va bərakətuhu. Sözsüz ki, bu cinlərlə bağlı bir xəstəlikdir. Müasir tibb elmi bu cür xəstəlikləri nə izah edə bilir, nə də müalicə edə bilirlər. İslam dinində isə bu xəstəliklər və onların müalicəsi haqqında geniş məlumat verilir.

Əl ilə görüşmək olarmı və ilk sünnət olunan şəxs kim olub?

    22.03.2014
Sual: 
Salam aleykum. Əl ile ve ya öpüşərək görüşmək peygemberlik dovrunde var idi? İlk sunnet olan shexs kim olub?
Cavab: 

Aleykum salam. Əl ilə görüşmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və ondan əvvəlki dövrlərdə də mövcud olmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanları  əl ilə görüşməyə təşviq etmiş və bu əməlin insanlar arasında kin-küdurətin aradan qalxmasına yardım edəcəyini söyləmişdir.

Qiyamət günü ərşin kölgəsi altında kölgələnən 7 qrup insanlar kimlər olacaq?

    22.03.2014
Sual: 
Salam aleykum. Qiyamət günü ərşin altında kölgələnən 7 qrup insan hansılardır?
Cavab: 

Aleykum salam. Bununla bağlı Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) hədisdə belə buyurur: "Qiyamət günü yeddi dəstə insanı Allah Təala öz ərşinin kölgəsi altında yerləşdirəcək.

Qiyamət gününün vaxtı məlumdur?

    21.03.2014
Sual: 
Salam aleykum. Televizorlar, radiolarda yalandan deyirler ki, bu gün ve ya sabah Qiyamet günüdür, Qiyamet qopacaq. Ümumiyyətlə Qiyamet gününün ne vaxt olacağı melumdur?
Cavab: 

Aleykum salam. Qiyamətin vaxtı bəlli deyildir. Onun nə vaxt qopacağını bilən yalnız Uca Allahdır. Ümumiyyətlə bu haqda nə eşitsəniz bilin ki, bunlar yalan və yanlış məlumatdır. Bu haqda Uca Allah öz kitabında belə deyir: "İnsanlar sənə o Saat (qiyamətin vaxtı) barədə sual verir.

Qadın hansı hallarda bəzənsə, günah daşıya bilər?

    21.03.2014
Sual: 
Salam aleykum. Size sualim var. Evli qadin erine gore bezenir, heç bir gunah qazanmir. Bes subay qadinlar bezenende gunah sayilir? Əgər günah sayılırsa, bunlarin ne ferqi var? Misaı üçün men subayam ozum üçün bezenirem, amma namehrem kishilerin diqqetini celb etmek fikirinde bezenmirem. Buda gunah sayilir? Eger gunah sayilirsa, bes onda nece bezenmek olar? Allah sizi cennetle mukafatlandirsin! Amin! Amin! Amin!
Cavab: 

Aleykum salam. Qadın yalnız öz əri üçün bəzənməlidir. Əgər subaydırsa, özü üçün də bəzənə bilər. Sadəcə qadın başqalarına naməhrəm olduğu üçün şəriət qadınların yad nəzərdən qorunması üçün örtülməsini əmr edir.

Sevdiyim insan namazı tərk etmədiyim halda mənimlə ailə qurmayacağını deyir

    17.03.2014
Sual: 
Salam aleykum. Sevdiyin insan desə ki. namaz qilma, yoxsa evlənməyəciyik. Ailəm namaz qilmaga razi deyil. Belə vəziyətdə nə etmək olar? Yəni namazı tərk etsək gunah olar?
Cavab: 

Aleykum salam. O insan sizi sevirsə, sizin yolunuzu azmağınızı və əzab çəkməyinizi istəməz. Çünki namazı tərk etmək insanı axirətdə əzab çəkməsinə səbəb ola bilər. İstər kişi, istər qadın üçün namaz qılmaq Allahı razı salan və Onun əbədi səadət diyarı olan Cənnətini qazandıran ən böyük səbəbdir.

Nə edim ki, ürəyim daim Allahla olsun?

    16.03.2014
Sual: 
İlk once salam aleykum. Men eveller hemishe Allah Tealaya dua ederdim. Amma namaz qila bilmirem. Ancaq indi ise sheytana lenet, sanki dua etmek istemirem. Bunun sebebi nedendir? Bes men ne edim ki, evvleki kimi daim Allaha dua edim? Men namaz qilmagi chox sevirem, ama qila bilmirem. Xahish edirem ki, mene komeklik edesiz. Ureyim daim Allahla olsun deye ne edim?
Cavab: 

Aleykum salam. Əgər siz Allah Təalaya dua etməyi sevirsinizsə, bunun üçün namaz qılmaq və səcdədə Uca Allaha çoxlu dua etməkdən daha böyük fürsət yoxdur. Namaz qılan əslində heç bir əziyyət çəkmir. Namaz sadə hərəkətlərdən, müəyyən zikr və dualardan ibarətdir.

Əgər insan yalnız vacib əməlləri yerinə yetirərsə, Cənnətə düşərmi?

    16.03.2014
Sual: 
Salam aleykum. Insan eger gunde 5 defe namaz qilib, ramazan ayinda oruc tutub, haramlardan bacardigi qeder chekinse, Qurani oxusa ve ona emel etse, cennete dushe bilermi? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Bəli, düşə bilər. Bu barədə rəvayət edlir ki, bir kişi gəlib Peyğəmbərimizə (sallalhu aleyhi və səlləm) belə bir sual verir: "Ey Allahın Rəsulu!

Mənim ürəyim təmizdir, amma bir az paxıllığım var. Necə əl çəkim?

    16.03.2014
Sual: 
Əssələmu aleykum. Mənim 12 yaşım var. Namaz qılır, oruc tutur Quran oxuyuram. Mənim ürəyim təmizdir və kin saxlayan da deyiləm. Amma məndə bir az paxilliq var. Mən bundan necə əl çəkim?
Cavab: 

Aleykum salam. Bundan əl çəkmək üçün bir məsələni dəqiq bilməlisiniz. O nədir? Baxın, Uca Allah hər bir insana öz ruzisini yazmışdır, insanlara nə verilirsə, hamısı Uca Allah tərəfindədir. Yəni insanlara nə çatır, nə çatmır, bu bölgünü edən Uca Allahdır.

Qəbirdəki əzab ruha və cismə verilirsə, onda cəsədi məhv olana əzab necə veriləcək?

    16.03.2014
Sual: 
Salam Aleykum. Bildiyime gore qebr ezabi olur ve bu hem cismen hem de ruhen olur. Bes bir chox insanlar var ki heç torpaga defn edilmir ya cismi churuyur ya da yandirilir ve ya heyvanlar terefinden yeyilir. Chox xahiş edirem ki, bu haqda geniş ve etrafli yazasiz. Məni çox maraqlandırır bu mövzu...
Cavab: 

Aleykum salam. Qəbirdəki nemətlər və əzab həm ruha, həm də bədənə veriləcəkdir. Ruh bədənlə birlikdə bütün nemət və əzabları dadacaqdır. Ola bilsin ki, bəzən yalnız ruha nemət və ya əzab verilsin. Bu məsələləri ağılla dərk etmək qeyri mümkündür.

Yalan danışaraq insanların qəlbini ələ alan şəxs günah qazanırmı?

    16.03.2014
Sual: 
Salam aleykum. İsterdim ki, oyrenim ki, yalan danishib insanlarin qelbine giren insan ne qeder gunah qazanir? Ve onun namazlari batil olurmu?
Cavab: 

Aleykum salam. Yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın!" (əl-Əhzəb, 70).

Ərimin adı və soyadı ruscadır, amma islamı qəbul edib. Bizim nikahımız halal sayılırmı?

    13.03.2014
Sual: 
Salam aleykum. Yoldashimin ad-familyasi rusdu. Amma shehadet verib ki, muselmanam, muselmanchiligi qebul edib. Bizim kebinimiz halal sayilir?
Cavab: 

Aleykum salam. Bəli, halal sayılır. Çünki milliyyətinin və ya ad-soyadın hansısa millətə mənsub olması, insanın İslamiyyətinə heç bir təsiri yoxdur. Allah yanında ən xeyirli bəndə Ondan ən çox qorxandır. Allah Təala belə buyurur: "Ey insanlar!

Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?

    12.03.2014
Sual: 
Salam aleykum. Bu günlerde qelbimde özümün de istemediyim bir qeribe hiss var. Namaz qılmaq üreyimden gelmir, amma isteyirem durum namaz qilim, ne ise olur, qila bilmirem. Lakin evveller bele deyildi. Bile-bile ki, günah edirem, namaz qilmiram. Birden oturub fikirleshende ise üreyim sıxılır. Buna göre de düshünürem ki, ne ise etmeliyem, imanimin evvelki qeder güclü olmasini isteyirem. Sizden bu mövzuda kömek gözleyirem. İndiden teshekkürler. Allah sizden razi olsun. Rebbim hamimizi efv eylesin. Amin!
Cavab: 

Və aleykum Salam. İnsanın imanı zəifləyəndə belə hallar olur. Unutmayın ki, iman itaətlə artır, asiliklərlə də azalır. Siz çalışın ki, asilikləri azaldıb, itaəti artırasınız və Allahı hər şeydən uca və üstün tutasınız.

Pages