Seçilmiş suallar

Nələri yemək günahdır?

    02.01.2014
Sual: 
DINDE neleri yemek gunahdi namaz qilana neler olmaz?
Cavab: 

Salam aleykum. Uca Allah buyurur: "O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz.

Hicab vacibdirmi?

    02.01.2014
Sual: 
Salam aleykum. Qadin geyimine fikir verirse, achiq-sachiq geyinmirse, bu veziyyet hicabi evez edermi? Ve ya qadina hicab vacibdirmi?
Cavab: 

Aleykum salam. Hər bir halda Uca Allahın əmrinə əsasən hicab vacibdir. Allah Təala buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər.

Xristianlar niyə kafirdir?

    01.01.2014
Sual: 
Salam aleykum. Xristianlar niye kafirdirler? Onlarla Allahimiz birdir axi. İkisi de eyni Allaha inanir. Suali cavablandirsaniz sevinerdim. İndiden teshekkurler.
Cavab: 

Aleykum salam. Bu, onların Uca Allaha şərik qoşması, son Peyğəmbər Muhəmməd (salləllahu aleyhi və səlləm) və ona verilən Qurani Kərimi inkar etmələrinə görədir. Uca Allah buyurur: "Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular.

Keçmiş illərin qəza namazları qılınmalıdır?

    28.12.2013
Sual: 
salam aleykum. namaz qilmaga baslayanda teze hec qilmayanda admin boynunda qeza namazi qalirsa nece qilinmali qeza namazi?? basliqda nece niyet etmeli?
Cavab: 

Aleykum salam. Namaza başladığınız gündən əvvəl qılmadığınız namazlar bağışlanır. İslam beş əsas üzərində qurulmuşdur. Birinci əsas şəhadət hesab olunur. Şəhadəti qəbul etməklə insan İslama daxil olur. Bundan sonra onun üzərinə gündə beş vaxt namaz qılmaq vacib olur.

Abort etmək günahdırmı?

    28.12.2013
Sual: 
Salam aleykum. Hansi halda abort gunah sayilmir? Etrafli yazin xahish edirem.
Cavab: 
Aleykum salam. Əgər qadın uşağı dünyaya gətirə bilməzsə və onun sağlamlığı üçün təhlükə yaranarsa, abort etməyə icazə verilir. Digər hallarda hamiləliyin neçənci günü olmasından asılı olmayaraq, abort etmək günahdır.

Sevgi günahdırmı?

    24.12.2013
Sual: 
Salam aleykum. Sevmek gunahdir? Sevmek sevilmek?
Cavab: 

Aleykum salam. Burada halal və haram məsələsi vardır. Uca Allah kişi və qadına ailə qurmağı, bir-birini sevməyi halal buyurmuş və bu işə xeyir-bərəkət vermişdir.

Əzadarlıq haqqında

    23.12.2013
Sual: 
Salam aleykum. Namaz qilmaq ve qelbimde İmam Huseyin sevgisi, ona aglayan ezadar olarmi? Yoxsa ziyaretine getmek ezadardi? Ve birde onun yasina gore qara rengde libas geyine bileremmi? Yeni, sevgi elameti olaraq.
Cavab: 

Aleykum salam. İslam dinində əzadarlıq anlayışı yoxdur. Həmçinin, ölən insan üçün - istər Peyğəmbər, səhabə, övliya, imam olsun - hər il yas saxlamaq, ildönümü qeyd etmək, özünə əziyyət vermək, mərsiyə demək qəti qadağandır.

Namaz qılanda işlərim tərs gedir, nə edim?

    23.12.2013
Sual: 
Salam aleykum. Men 2004-cu ilden namaz qilmaga bashladim. Amma defelerle namazi saxladigim vaxtlar olub. Hal-hazirda da eleyem. Bu mendn asli deyil. Sanki butun ishlerim de ters gedir. Men ne edim? Xahiş edirem komek edesiniz.
Cavab: 

Aleykum salam. Namazı işlərimizin düz getməsi üçün yox, Uca Allahın razılığını, rəhmətini və bunların sayəsində də cənnətinı qazanmaq üçün qılırıq. İşlərin tərs getməsi isə Uca Allahın sınaqları ilə bağlıdır.

Komplekslərdən azad olmaq üçün dua

    23.12.2013
Sual: 
Salam. Men namaz qilanam,ama cox utancaq ve komplesliyem sizce hansi duani oxusam mene her yerde komek eder?sag olun...
Cavab: 

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Həya imandandır" . Lakin hər bir şeydə orta mövqe tutmaq vacibdir. Möminlərdə aşağıdaki keyfiyyətlər olmalıdır: Cəsarətli olmaq - Allahdan başqa heç kimdən qorxmamaq.

Qaynanam namaz qılmağa qoymur

    23.12.2013
Sual: 
Salam aleykum. Men dine chox bagli bir adamam ve Allahin buyurdugu kimi olmaq isteyirem, hemde aileliyem. Amma qaynanam bashimi baglamaga qoymur. Uzun geyinmeye de qoymur. Deyir onda sizi evden qovaram. Hetta namaz qilmaga da qoymur. Amma aile heyati qurmazdan evvel qilirdim. Men ne ede bilerem?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Gördünmü o kəsi ki, mane olur bir bəndəyə namaz qıldığı zaman? Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun?

Namazın sözləri yadda qalmırsa

    22.12.2013
Sual: 
Menim belkede en boyuk arzum namaz qilmaqdi amma qilamiram.oyrenirem oz ozume deyirem.namaz vaxdi olanda namaz qilmaq isdiyende bide soz yadima dusmur.men nece edim namaz qilib?allahima yaxin olmaq isdiyirem.dini cox sevirem.xsyis edirem mene komek edin.
Cavab: 

Bir müddəti kağıza baxıb qıla bilərsiniz. Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər) ... (Bəqərə surəsi, 286)

İnsanın torpaqdan yaradılması haqqında

    22.12.2013
Sual: 
“Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. bu fikir dogru deyil. bildiyimiz kimi insan bedeninin ekser hissesi sudan ibaretdir. ona gore de insan torpaqdan emele gelmesi fikri yanlishdir. diger terefden de insan bedeni sumukden de ibaretdir. tekce etden yox. yalniz butler torpaqdan yaradila biler, islamin da koku butpereslik uzerinde oldugundan bu fikir islama buradan gelib.
Cavab: 

Assalamu aleykum. İslamın bütpərəstlik üzərində qurulması fikri kökündən yanlışdır, çünki islam bütlərə ibadət etməyi şiddətlə qadağan edir. Məgər ilk insanın torpaqdan yaradılması onun bədənin başdan ayağa torpaqdan ibarət olmasını bildirir?

Ən böyük günah nədir?

    20.12.2013
Sual: 
Salam aleykum. En boyuk gunah nedir?
Cavab: 

Ən böyük günah Uca Allaha şərik qoşmaqdır. Allah Təalanın səni yaratmasına baxmayaraq, ibadətin hər hansı bir övündə ona başqasını - insanı, qəbiri, daşı, günəşi, ayı, sehrbazı və s. şərik qoşmaqdır.

Nə vaxt yalan danışmaq olar?

    19.12.2013
Sual: 
Salam aleykum. Yalan danismaq caiz oldugu hallar haqda fikr bildirin?
Cavab: 

Aleykum salam. Yalan danışmağın icazəli olduğu üç hal vardır. Küsülüləri barışdırmaq üçün yalan danışmaq, müharibədə düşmənə yalan danışmaq və kişinin öz xanımını tərifləyərək söylədikləri istisnadır.

Halal qeybət olurmu?

    19.12.2013
Sual: 
Salam aleykum qeybetin halali olur?
Cavab: 
Və aleykum Salam. Altı hal istisna olmaqla qeybət haramdır. Bunlara daxildir:
1. Zülmə məruz qaldıqda. Zülmə uğrayan məlzlumun dövlət başçısına, qaziyə və ya zalımdan haqqını ala biləcək bir güc sahibinə müraciyət edərək: “Filankəs mənə zülm etdi” deməsi icazəlidir.

Namaz qılmayıb oruc tutanın duası qəbul olurmu?

    19.12.2013
Sual: 
salam Allah ugurlu etsin suabi sizinle olsun. Allah size komey olsun cox sag olun acdiginiza gore. namaz qilmiram amma oruc tuturam her il indide qeza oruclarini tutram onun ucun xususi bir dua oxumaliyam birde ki Allah namaz qilmayib oruc tutanlarin dualarini qebul edirmi xais edirem cavab yazin cox sag olun
Cavab: 

Aleykuməs-salam. Oruc tutmaq üçün xüsusi dua yoxdur. Namaz qılmayıb oruc tutanın duası qəbul olunur. Ona görə də Allaha dua edin ki, Allah sizi namaz qılmağa müvəffəq etsin.

Cadudan necə qorunmaq olar?

    18.12.2013
Sual: 
Salam aleykum. Mene cadu olunub ve tapmişamda. Men ozumu emelden nece qoruya bilerem? Yeni necə batil eləmək olar?
Cavab: 

Aleykum salam. Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:

Paxıllıq haqqında

    18.12.2013
Sual: 
Salam aleykum. Xahiş edirəm islamda paxıllığın hökmü barədə məlumat verəsiz.
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Zənn etməkdən çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizi güdməyin, casusluq etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin!

Pages