Seçilmiş suallar

Quranı oxumadan evdə bağlı saxlamağın bir günahı varmı?

    28.11.2014
Sual: 
Salam aleykum...Bizim evimizde Quran kitabi var ancaq onu bagli sekilde hec oxumadan evde saxlayiriq bilmek isterdim bunun her hansi bir gunahi varmi??? Cox sagolun
Cavab: 

Aleykum salam. Uca Allah Qurani Kərimi evdə bağlı saxlamaq üçün yox, oxuyub öyrənmək üçün endirmişdir:
"Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır". (əl-Bəqərə, 2).

Axirətə inanmayanları dəlillər əsasında necə inandırmaq olar?

    22.11.2014
Sual: 
Salam aleykum.Menim bir qohumum var,yalniz axiret dunyasina inanmir,deyir ki,''buna aid delil varmi?ve ya oradan gelen varmi?''Onu nece inandirmaq olar?Allah rizasiychun tez cavablandirin?Menim qelbimde de shubhe oyatdi.
Cavab: 

Aleykum salam. Axirətə, həmçinin imanın digər şərtlərinə inanmayanlar və buna sübut istəyənlər əvvəlcə Quranı oxumalıdırlar.

Yatanda ruh bədəndən çıxırmı və digər suallar

    20.11.2014
Sual: 
Assalamu aleykum qardaslar ALLAH Sizlerden razi olsunki bizlerin verdiyi her bir suali sebrle temkinle cavab verirsiz.Sualim beledir deyirler insan yatdiqda ruh bedenden cixir oyananda geri qayidir bu beledirmi? muwq etri vuranda seytan adamdan uzaqlasir bele bir soz ewitmisem bu ne derecede duzdur? birde sef secdesi deyende nece etmeliyiy deyey axirinci ruketdeyem etteyutteni dedikden sonra sef secdesi edilir ?yoxsa salami verb bitirdikden sonra sef secdesi edilenden sonra yeniden salam verilerek bitirilir? sef secdesi iki defe edilir?
Cavab: 

Aleykum salam. Yatanda ruhun bədəndən çıxması Quran və səhih hədislərdə bildirilmişdir:

Əlacsız qalıb ruhdan düşəndə hansı duaları oxumaq lazımdır?

    19.11.2014
Sual: 
Salam çox xaiş edirəm.mənə cavab yazın.əlacsız olanda hansı duaları oxumalıyam.özmü çox əlacsız hiss edirəm.ruh düşgünlüyümdə var.duaları yazsaz sevinərəm.əvvəlcədən çox təşəkkürlər.
Cavab: 

Aleykum salam. Əvvala çalışmaq lazımdır ki, müsəlman özünü bu hala (ruh düşgünlüyü) gətirib çıxarmasın. Çünki onun böyük və dərdini açıb ərz edə biləcək Rəbbi var.

Dualarım qəbul olmur deyə ümidim kəsilib, yaşamaqdan bezmişəm

    19.11.2014
Sual: 
salam men nece gunlerdirki nasukurluk edirem cox esebi olmusam her deqiqe aglayiram namazda qilmiram isteyirem qilim qila bilmirem derdimi hec kese deye bilmirem dua edebilmirem her seydn umudumu kesdim 4 ildirki namaz qiliram her gun dua ediremki arzum heyata kecsin olmur allah dualarimi qebul etmir umudumu itirirem bilmirem ne edim yasamaqdan bezmisem xais edirem mene komek edin
Cavab: 

Aleykum salam. Sözsüz ki, bu hal Allahı yaxşı tanımamaq və imanın zəifliyindən irəli gəlir. Uca Allah buyurur: "Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən ümidini kəsənlər Onu tanımayanlar (inkar edənlər) dəstəsidir". (Yusuf, 87).

Tənhalıq səbəbindən psixoloji problemlər yaşayıram, bunun üçün dua varmı?

    18.11.2014
Sual: 
Salam..özmü çox tənha hiss edirəm.və buda məndə psixi problemlər yaradır..xaiş edirəm bununçün dua varsa yazın
Cavab: 

Aleykum salam. Sözsüz ki, tənhalıq Uca Allahın sınaqlarından biridir. Sınaqlara səbr edənlərin günahları yuyulur və ya axirətdə dərəcələri yüksəlir. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq.

Kafir ailəsində doğulmuş və kafir olaraq ölənlərə niyə əzab verilir?

    18.11.2014
Sual: 
Salam Aleykum,menim sualım budur ki,meselen her hansı bir xristian ailesinde doğulan uşaq ailenin tesiri altında böyüyür,yeni meselen xristian ata-ana öz uşağına kiçiklikden hz.isanın Allahın oğlu olduğuna inandırır,öz uşağına yeni il girende şerab da içmeye devet eliyir hetta men eşitmişdim ki ekser meşhur xristian aileleri öz qızlarına zinaya bele icaze verirler,onlar bunlara pis baxmırlar ve bele formalaşan insanlar da artıq bele şeyleri adet edirler,bu doğulan uşaqlar böyüdükce,yaşa dolduqca günah işledirler ailenin tesiri altında ve neticede kafir olurlar.Mehz bele formada böyüdülür(beyin
Cavab: 

Aleykum salam. Haqqa, İslama dəvət olunmuş, buna qəlbi ilə inandıqdan sonra dili ilə inkar edənlərə axirətdə əbədi əzab veriləcək. Haqqa dəvət olunmamış insanlar isə Qiyamət günü xüsusi imtahan olunacaqlar. Daha ətraflı:

İki azyaşlı uşağım olduğu üçün hərdən namaz qıla bilirəm, nə edim?

    16.11.2014
Sual: 
2 ovladim var az yawli arda namz giliram arada gila bilmirem ne edim amma caliwiramki gilim ammah tezden dura bilmirem ne edim!
Cavab: 

Salam aleykum. Allah övladlarınızı islam ümməti üçün xeyirli, saleh bəndələrindən eləsin. Bu cür səbəblərə görə namazı qılmamaq günahdır, namaza ciddi yanaşmalı və buna vaxt ayırmalısınız. Uca Allah buyurur: "Ey iman gətirənlər!

Peyğəmbərimiz namazlarda hansı surələri oxuyardı?

    10.11.2014
Sual: 
Assalamu Aleykum Va Rahmatullah. Allah razi olsun! Bu gun size kifayet qeder choxlu sual verdim ve sizi yordum... Haqqinizi halal edin... Rasulullah (sallallahu aleyhi ve sellem) namazlarda hansı surələri oxuyardı?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullah. Namaz qılarkən Fatihə surəsindən sonra Qurani Kərimdən istənilən ayə və ya surə oxuna bilər. Bunda hər hansı bir məhdudiyyət yoxdur. Bununla yanaşı peyğəmbərin (sallallahu aleyhi və səlləm) hər namazda adət halına gətirərək oxuduğu yerlər vardır.

Aldığımız əşyaların şəklini çəkib sosial şəbəkələrə qoya bilərikmi?

    09.11.2014
Sual: 
Salam aleykum, sosial sebekelerde hemise cahiller aldiqlari yeni esyalari cekib qoyurdu, indi ise muselmanlara kecib bu. Zennimce bu dogru deyil, cunki bir nefer eger aldigi yeni esyani cekib qoyursa basqasida onu isteye biler,almaga imkani olmayanlarda ureylerinden kecirde biler. Ne meslehet gorerdiz onlara?
Cavab: 

Aleykum salam. Zərurət olduqda əşyaların şəklini çəkib başqalarına göstərmək olar. Öyünmək məqsədilə isə aldığı əşyaların, getdiyi yerlərin, mindiyi miniklərin, yediyi yeməklərin və s. şəklini çəkib başqalarına göstərmək olmaz.

Dünyasını dəyişmiş valideynin əvəzinə sədəqə vermək olarmı?

    08.11.2014
Sual: 
Salam aleykum. Valideynlərim dünyasını dəyişiblər. Onların adından və ya əvəzinə sədəqə versəm onlara savab yazılarmı?
Cavab: 

Aleykum salam. Dünyasını dəyişmiş valideynin əvəzinə sədəqə vermək olar və ona savabı çatır. Rəvayət edilir ki: "Bir gün bir nəfər peyğəmbərdən (salləllahu aleyhi və əlihi və səlləm) soruşdu: "Ya Rəsulullah! Anam qəfil (gözlənilmədən) vəfat etdi.

Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

    30.10.2014
Sual: 
Allahin salami olsun size....Bilmek isterdim piri ziyaret etmek, pirden komey dilemek, qisaca pire inanmaq ne derecede duzgundur ? Zehmet olmasa cavab vererdiz Her birinize minnetdaram
Cavab: 

Aleykum salam. Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan başqası üçün etmək Allaha şərik qoşmaqdır.

Quran oxumağın savabı haqqında

    26.10.2014
Sual: 
Salam mən quranı tam100%düz oxuya bilmirəm .oxuyarkən səfə yol verirəm.bu günahdırmı.quranı oxumağıda çox sevirəm.
Cavab: 

Aleykum salam. Əvvəla onu qeyd edək ki, Quran Uca Allahın kəlamıdır. Onun digər kəlamlara nisbətən üstünlüyü Uca Allahın məxluqatı üzərindəki üstünlüyü kimidir. Dilin oxuduğu ən gözəl kəlam da odur.

Qədimdə Allaha ibadət etməyə çağrılmamış insanların aqibəti necə olacaq?

    24.10.2014
Sual: 
Salam,çox qədim dövrlərdə insanlar oda(zərdüştlük),torpağa,havaya sitayiş edirdilər.onlara isə tək olan Allaha ibadət etməyə çağıran bir peyğəmbər ya da imam olmamışdı.bəs bu insanların aqibəti necə olacaq,cənnətə yoxsa cəhənnəmə gedəcəklər
Cavab: 
Vaə aleykum Salam. Uca Allah ilk insan Adəmə yalnız Ona ibadət etməyi əmr etmişdi. Adəmin ardınca Rəbbimiz Nuhu və daha sonra digər peyğəmbərləri göndərmiş, onlar da insanları yalnız Allaha ibadət etməyə çağırmışdılar.

Namazda bəyənilməyən əməllər hansılardır?

    16.10.2014
Sual: 
Selamun aleykum. Beyler nasilsiniz? Yuce Rabbimden sizlere iyi gunler ve saatler dilerim. Rabbim ishinizi kolaylashdirip davetinize bereket katip, saytinizi butun islam ummet ichin faydali kilsin! Amin, ya Rabbe-l-alemin... Bana namazin mekruhlari barede yaza bilersinizmi?
Cavab: 

Aleykum salam. Allah razı olsun! Əlhəmdulilləh, yaxşıyıq. Namazda bəyənilməyən (məkruh) əməllər aşağıdakılardır:

Həcc ziyarəti zamanı şeytana daş atmağın tarixi necədir?

    13.10.2014
Sual: 
Salam.2sualim olacaq.ziyaret zamani seytana das atmagin tarixi nedir.1de boyuk kicik seytan ne demekdir.sagolun.
Cavab: 

Aleykum salam. Qurban bayramı günü cəmərəyə (şeytana) daş atmaq və qurban kəsmək ibadəti İbrahim peyğəmbərdən (aleyhi-s-sələm) qalmışdır. Belə ki, İbrahim peyğəmbər Uca Allahdan oğul istəmişdi. Allah Təala da ona İsmayılı (aleyhi-s-sələm) bəxş etdi.

Namazı tərk etmişdim, yenidən başlasam, Allah bağışlayarmı?

    07.10.2014
Sual: 
salam men qiz vaxdi namaz qilirdim sora aile qurdum toyum vaxdi namazimi dayandirdim 1il yarimdiki namazimi dayandirmisdim yeniden baslamaq isdeyirem allah qeza eladiyim namazlari qilsam bagislaycaqmi ama men bilmirdim namazi qeza elamak cox gunahdi men cox qorxuram tovbe edib namaza baslasam allah gunahlarimi bagislayacaqmi xais edirem mene basa saalin men bu qorxudan xilas olmaq isdiyrem yuxularimdada ele qiyametin oldugunu gorurem ve kelmeyi sehadetimi oxuyuram yuxumda nece qilmaliyam namazlarimi
Cavab: 

Aleykum salam. Namaz qılmamaq və ya namazı tərk etmək böyük günahdır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59)

Sevdiyin şəxsi yuxuda görmək üçün dua varmı?

    03.10.2014
Sual: 
salam. men sevdiyim insandan ayrildim indi ondan otru cox darixmisam o derecede ki onu hec olmasa yuxuda gormek isterdim bele bir dua ve yaxud nese bir wey varmiki sevdiyin insani yuxuda gore bilesen?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətlər vardır". (ər-Rum, 21).

Həyat yoldaşım ilə bacılarım arasında problemlər yaşanır...

    03.10.2014
Sual: 
Assalamu aleykum. Zövcəm ilə bacılarım arasında problemlər yaranır. Bele olduqda nece davranmaliyam.
Cavab: 

Aleykum salam. Bir çox hallarda ailədə baş verən problemlər ailə üzvlərinin Uca Allahın əmr və qadağalarına kifayət qədər riayət etməməsi, Uca Allahın onların üzərinə qoyduğu haqq və vəzifələri bilməməsindən irəli gəlir.

Dualarımın bəziləri qəbul olmur, bunun səbəbi nə ola bilər?

    02.10.2014
Sual: 
Salam sualim beldir ki Allaha demey olar ki her gun dua edirem namaz qilmasam bele her azan verilende dua edirem Allahima cox wukur dualarimin bezilerini qebul edir amma Allahimdan dilediyim en cox istediyim duami qebul etmir bunun sebebini bilmek isteyirem xaiw edirem sualimi duzgun bawa duwub cvablandirasiz .... indiden tesekkur
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) duaların qəbul olmaması səbəblərindən bəzilərini açıqlamış, bunlardan birinin də Uca Allaha asi olmaq (əmrlərini yerinə yetirməmək) olduğunu demişdir. Namaz qılmamaq isə ən böyük asiliklərdəndir.

Qadına gül vermək olarmı?

    30.09.2014
Sual: 
Salamualeykum va rahmatullah islamda qadina gul vermek olar? Olsa nece gul vermelidi canli gul yoxsa,,, Allah razi olsun sizden
Cavab: 

Aleykumu-s-sələm va rahmatullahi va bərakətuhu. Sizə məhrəm olan qadınlara (məs. ana, bacı, həyat yoldaşı, nənə və s.) hədiyyə kimi gül verə bilərsiniz. Şəriətdə bunun qadağan olunması ilə bağlı heç bir məlumat yoxdur.

Şərait olmadığı üçün namaz qılmıram

    26.09.2014
Sual: 
salam.men bu il telebe oldum.qalmaq ucun kiraye ev tutmusam,balaca otaqda 5-6 nefer qairiq,namaz qilmaq isteyirem,amma fikirlesirem ki,namaz qilmaq ucun yaxsi rahat yer deyil.namaz qilmagi allaha borclu bilirem.deyirem ki, mektebi bitirenden sonra qilsam olar.birde ki,men allaha soz vermisem ki,ne vaxt olursa olsun,senin ucun namaz qilacam.bunu demeyimde bir gunah var allah xetrine sualimi tez cavablandirin allah razi olsun
Cavab: 

Aleykum salam. Uca Allah namazı hər kəsə bütün şəraitlərdə vacib buyurmuş, başlamaq üçün nəyisə gözləməyi isə qadağan etmişdir. Hər kəs ölüm onu haqlamamış Rəbbinin razılığını qazanmağa çalışmalı, Allahın ona buyurduğu ibadətləri yerinə yetirməlidir.

Günahların insana nə kimi zərərləri var?

    19.09.2014
Sual: 
Salam aleykum. Bilmek isterdim ki, gunahin insana hansi tesiri, zererlei vardir?
Cavab: 

Günahların zərəri barədə məşhur islam alimi İbn əl-Qayyim demişdir: "...Günahın insana təsirinə və zərərlərinə gəldikdə, görünüşü pisləşər, haqqı gizlədər, qəlbi kirlənər, zikrin mənasını dərk etməz, vaxtını zay edər, xalq ona nifrət edər, bəndə ilə Rəbbi arasında ikiüzlülük yaranar, duası qə

Rüşvət verib işə düzəlmək olarmı?

    12.09.2014
Sual: 
Salam aleykum. Bir bacı pul verib işə düzəlib müəllimə. İndi onun qazanacağı maaş haram sayılacaq ona?
Cavab: 

Aleykum salam. Əgər pul verib düzəldiyi iş onun haqqı olan işdirsə və o işə pul vermədən girmək mümkun deyilsə, o zaman bu rüşvət sayılmır. Həmin insan o işə layiq deyilsə, pul vərərək kiminsə haqqına girib o işdə işləyirsə, verdiyi pul rüşvət sayılır.

Ailə üzvlərinin təkidi ilə hicabı açmışam, nə edim?

    12.09.2014
Sual: 
salam eleykum men sizden 1 meslehet isdeyirem men namaz qilib hicab baglayiram anam ise qetiyyen eliyhinedi hicabin hazirda rusiyadayam ve evdekilerde burda pis baxildiqini dediler hicabi acmisam ama icimde ozume yaxsi tesir etmir bu hal hemde isdiyecem vapse pis baxacaqlar mene diyillerki bura xristian olkesidir azerbaycana gedende baglayarsan hicab men neyniyim mene bir meslehet verin tesekkur edirem.
Cavab: 

Aleykum salam. Hicab Uca Allahın qadınlara olan vacib əmrlərindən biridir. Ona görə də heç bir halda hicabı açmaq olmaz və bu böyük günahlardan sayılır. Heç nəyə baxmayaraq yenidən hicab bağlamaq lazımdır.

Dünyasını dəyişən valideynin günahının ailə üzvlərinə təsiri ola bilərmi?

    11.09.2014
Sual: 
salam eger mehrym valideyn coxlu gunahlar etmisse karisina hem ovladlaruna hem basqalarina onun yeri axiretde nece olur ve yeri pis olursa usaqlaruna tesiri varmi ve onu nece etmek lazumdi ki allah onun gunahlarini bagislasun ve biz ovladlarinada pis tesiri olmasin xahis edurem cav yazin men atami hemise yuxuda pis gorurem her defe de eziyet cekirem ve baci qardaslarim da hrmin vaxt yurdubdan da pis xeberler aliram qardasimla elaqedar netleyim? Komej edun vaxtinda bezulerine zulm rtmisdir
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: “Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz.

Pages