Seçilmiş suallar

Ərimi sevə bilmirəm, bu günahdırmı?

    18.06.2016
Sual: 
Salam alekum.meni bir sual cox duwundurur men aleliyem sevmediyim biriyle ama nece edirem seve bilmirem ve sevgisizlik meni cox incidir yoldawimla unsuyetde ola bilmirem cox cetinik cekirem buna gore gunah sayilirmi mene
Cavab: 
Və aleykum Salam. Əvvəlcə qeyd edək ki, ərlə olan münasibətdə qadın çox diqqətli olmalıdır, çünki bu, Uca Allahın razılığını, həmçinin Cənnəti və ya Cəhənnəmi qazanmağın əsas səbəblərindən biridir.

Möminlərin ən üstünü kimdir?

    22.03.2016
Sual: 
Mominlerin en ustunu kimdir? Peyhemberimizin dovrunde mominlerin en ustunu kim olub.hansisa bir momini hansisa mominden ustun tutmaq olarmi?
Cavab: 

Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurub: "Əbu Bəkr və Ömər əvvəlki və sonrakı nəsillərdən Cənnətdə sakin olacaq yaşlı­lar arasında ən hörmətli kim­sə­lər olacaqlar. Yalnız peyğəmbərlər və elçilər müstəs­nadır". (ət-Tabərani: "Mu'cəmul-Kəbir", 257).

Hədisdə deyilən "evlənməyə gücü çatmayanlar" hansı günlər oruc tutmalıdırlar?

    17.03.2016
Sual: 
Evlenmeye gucu catmayanlar oruc tutsunlar sualim beledir oruc dedikde nafile oruc 1ve 4 cu gun nezerde tutulur yoxsa her gun tutaq salam aleykum ve rahmatullah.
Cavab: 

Salam aleykum. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır.

Cənnətin ən yüksək yerinə necə nail olaq?

    16.03.2016
Sual: 
Salam aleykum. Cənnətin ən yüksək yerinə hansı əməllər ilə çataq? Bütün möminlər Peyğəmbərləri görəcək mi?
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "...Allahdan (nə isə) dilədiyiniz zaman Fir­dovs cən­nətini diləyin! Çünki Firdovs, Cənnətin tam ortası və ən yüksək mər­təbəsidir. Onun üstündə isə ər-Rahmənin Ərşi yerləşir.

Anormal insanların dünyaya gəlməsinin izahı nədir?

    13.03.2016
Sual: 
Salam aleykum.1ci Sualim beledirki ele insanlar varki 3 ayaqli 4elli ve s. Formada dogulurlar bunlarin bir aciqlamasi varmi dine esasen? 2ci sualim bezi heyvanlarin üzərində erebce Allah yazisina rast gelirik bes bunun menasi nedir?
Cavab: 

Və aleykum Salam. Uca Allah dünya həyatının müvəqqəti sınaq olması haqqında buyurur:
Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur” (Ğafir, 39).

Ateistlər soruşurlar ki, "Allah elə bir daş yarada bilərmi ki, onu Özü qaldıra bilməsin"?

    04.02.2016
Sual: 
allah gunahimdan kecsin.bir sual qarsima cixib.ALLAH ele bir das yarada bilerki onu ozu qaldira bilmesin.
Cavab: 
Salam aleykum. Bu sual ateistlərin məntiqsiz suallarından biridir. Yaradılmış bir şeyin hansısa xüsusiyyətinə görə Yaradandan üstün olması məntiqsizdir, çünki Allah ən üstün, ən uca, ən qüdrətlidir.

Qorxuram ki, nə qədər ibadət etsəm də, Cəhənnəmə düşəcəyəm...

    28.01.2016
Sual: 
Salam aleykum. Allahın yaratdığı Cənnət və cəhənnəm haqqında oxuyanda və ya qulaq asanda, imanım və Allahdan qorxum güclənir. Elə bil ürəyim Allah, Peyğəmbərləri, əməlisalehləri və Cənnət sevgisiylə alışıb yanır. Bilmirəm Cənnətə düşəcəyəm ya cəhənnəmə. Amma imanım güclü olanda ibadətlərimin(namazın qurtarmağını istəmirəm). Bilirəm, bu sevinc Allah tərəfindəndir. Amma, hərdən elə vəsvəsə gəlir ki, bütün ibadətlərimi yerinə yetirsəmdə axırda hansısa günaha görə cəhənnəmlik olacam.Bu fikir məni tərk etmir. Bu sualdan daha çox adi bir söhbətə oxşadı. Oxuduğunuz üçün təşəkkür.
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Allah buyurur: “Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua (istiğfar) edirsən və Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağış­layaram. Ey Adəm oğlu!

Quranın bəzi ayələrinin nəsx olunmasının (unutdurulmasının) hikməti nədir?

    24.01.2016
Sual: 
Salam aleykum. Hamıya bellidir ki, bir çox ayeler kimi, recm ayeside nesx olunub. İslamda her şeyde hikmet var. Bes ayenin enib, sonra nesx olunub hedis formasında qalmasının hikmeti nedir. Qabaqcadan Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk.

Müəllim mənə aşağı qiymət yazır, bu haqsızlıqdırmı?

    14.01.2016
Sual: 
salam.mən üniversitetdə oxuyuram.dərslərimlə cox məşgul oluram.yazılı imtahanlarda yaxşı yazam.Amma müəllim mənim fikrimcə haqsızlıq.vərəği boş qaytaranlara gözü qarşısında köçürənlərə qohumlarına yüksək qiymət verir mənim isə qiymətimi aşagı yazır.sizcədə haqsızlıqdır bu?və dinimizdə bu necə qarşılanır?öncədən təşəkkürlər.Sağolun
Cavab: 
Və aleykum Salam. Müsəlman bir kəs onun haqqına girəndən şəriətdə icazə verilən tərzdə haqqını tələb etməlidir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın.

Niyə görə pis yolda olanların işləri yaxşı gedir, mən isə əziyyət çəkirəm?

    03.01.2016
Sual: 
Salam.Men iwleyirem evde catdirmaq olmur deye iwdede namaz qilmaga qoymurlar.Istediyim kimi Allaha ibadet ede bilmirem dini yawamaq isteyirem gozel..Qurandada yazilibki ne ovladlariniz ne iwiniz sizi Allahi zikr etmekden ayirmasin.Men neyniyim bes iwlemiyende de olmur axi.
Cavab: 

Va aleykum Salam. Uca Allah sevdiyi bəndələri digərlərindən daha çox sınağa çəkir.

Rusiyada dükandan alınmış əti yemək olarmı?

    20.12.2015
Sual: 
salam,men rusiyada yasayiram,ve yoldasim dukandan tyug alir,ama bilmirem nece kesilib,bunu yemek mene gunahdi,namaz qiliram
Cavab: 
Və aleykum Salam. Tanıdığınız, şəriətə uyğun qaydada kəsilmiş ət satan müsəlman mağazaları varsa ən yaxşısı onlardan almaqdır. Əgər tapmasanız, yeyilməsi halal olan heyvanları kitab əhli kəsərsə, bu əti yeməkdə qadağa yoxdur. Baxmayaraq ki, onlar heyvanları "bismilləh" demədən kəsirlər.

"Allah sevdiyi bəndələrini həmişə sınağa cəkir" sözü doğrudur?

    13.12.2015
Sual: 
Salam aleykum.o duzdur ki Allah təla sevdiyi bendelerini hemişe sinaga cekir? Kimini yoxsulluqnan kimini xesteliknen ve s. Bu duzdu. Allah sizden razi olsun
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər.

"60 il ibadət etməkdənsə bir saat elm oyrənmək daha yaxşıdır" nə deməkdir?

    29.11.2015
Sual: 
salam. muellimimiz hemiwe bize bele deyir.60 il ibadet etmekdense 1saat elmle mewgul olmaq daha xeyirlidir.men muellime deyiremki bu dini elme aiiddir,o ise dunya elminnen sohbet getdiyini deyir.bunun duzgun izahini isteyirem . xahiw edirem cavab yazardiniz. ALLAH sizden razi olsun.
Cavab: 

Və aleykum Salam.

Ata ilə küsülü qalmaq olarmı?

    27.11.2015
Sual: 
Salam.Menim atam qelbime cox deyib cox sozler deyib mene bilmirem indi neyleyim danismiram atamla ureyim sindigina amma Allah buyurur valdeynize yaxsiliq edin men bagisladim ama yene atam incitmekdedi meni bilmek isteyirem menim namazimi onda sayilmir Allah qarsisinda?
Cavab: 
Və aleykum Salam. İstər ata, istərsə də ana xətrinizə dəyəndə, səbrlə və mülayim şəkildə onları başa salmaq lazımdır, lakin, nə ata ilə, nə də ana ilə küsülü qalmaq olmaz. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.

Uşaqların əməlisaleh övlad olması üçün nə etmək lazımdır?

    09.11.2015
Sual: 
Salam bu gunumuzde meni narahat eden meselelerden biri de usaqlarin dini terbiyesidir nece etmek lazimdir ki usaq nece yasindan baslayaraq islam exlaqi ile boyusun kamillesib emelisaleh ovlad olsun evvelden tesekur edirem sag olun Allah razi olsun
Cavab: 

Və aleykum Salam. Uşağın imanlı və təqvalı olması üçün ilk növbədə valideynlər özləri Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək ona nümunə olmalı, ona Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu kimi tərbiyə verməlidirlər.

Bir insanı günahdan necə çəkindirmək olar?

    26.10.2015
Sual: 
bir insanı pis xüsusiyyətdən necə uzaqlaşdıra bilərəm?
Cavab: 

Salam aleykum. İnsanı pis xüsusiyyətlərdən çəkindirmək üçün çəkindirən insanın özü gərək əməlisaleh insan olsun. Yaxşı əməlləri tövsiyə edib pis əməllərdən çəkindirən kəs bu üç xüsusiyyətə malik olmalıdır. Birincisi, tövsiyə etdiyinə özü əməl etsin və qadağan etdiyindən özü də uzaq olsun.

Peyğəmbərlər arasında üstünlük varmı?

    28.09.2015
Sual: 
Salamun Aleykum Peyğəmbərlər arasında üstünlük varmı? Niye son peyğəmbər digərlərinə nisbətən daha çox teriflənir? Zehmet olmasa etrafli yazardiz
Cavab: 

Aleykum salam. Bəli, peyğəmbərlər arasında üstünlük var. Uca Allah buyurur: "Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir". (əl-Bəqərə, 253).

Yunus peyğəmbərin duası haqqında

    21.09.2015
Sual: 
Salam. Mən sizdən Yunus peyğəmbərin duasının ərəb dilində oxunuşu, dilimizə tərcüməsi və fəzilətləri barədə məlumat verməyinizi çox xahiş edirəm. Əvvəlcədən təşəkkür.
Cavab: 

Aleykum salam. Uca Allah belə buyurur: "Zu-n-Nunu (balıq sahibi, balinanın qarnında olan Yunus peyğəmbəri) da (yada sal!) Bir zaman o qəzəbli (qövmündən) ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi.

Ailəsi dağılanın subay qalması, yoxsa yenidən evlənməsi daha savabdır?

    09.09.2015
Sual: 
esselamu aleykum va rahmetullahi va beraketuhu. Allah sizleri faydali elmle faydalandirsin in se Allah. Men elhemdulilleh bacardigim qeder esl momin musulman olmaga calisiram. Ailem dagilib 1 qiz ovladim var. Sualimda odurki eger men bundan sonra hec vaxt aile heyati qurmasam ozumu sirf Allaha teslim etsem heyatimi her seyimi. Mene qiyamet gunu savab coxmu yazilar. Ama sunnede evlenmekde beyenilir. Ama aile heyati qurmag istemi rem. Sizce men hansi yolu secsem qiyamet gunu menim coxlu savablarim olar? Allah rizasi ucun cavablandirin
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Evlənmək Uca Allahın əmridir: "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin...". (ən-Nur, 32).

Qadın kişiyə evlilik təklif edə bilərmi?

    25.08.2015
Sual: 
mohterem muselmanlar! 37 yashinda gozel xanim-elimli, savadli, gozel exlaqli, maddi cehetden ve evle temin olunmush, yuksek vezife sahibi ve eyni zamanda bakire olan bir xanim ovlad sahibi olmaq ucun nigah etmek isteyir. Suni mayalanmadan istifade etmeye cesaret elemir. Cunki islam dinine gore ovlad atasini ve ata ovladini tanimalidir. bele olan halda o ne etmelidir? daha artiq abir-heya ile oturub gozlemeye vaxti da yoxdu, cunki bele getse 1-2 ilden sonra menopauza da bashlayacaq. Xanim ozu her hansi bir kishiye evlilik teklifi ede bilermi?
Cavab: 

Salam aleykum. Bəli, qadının kişiyə evlilik təklif etməsində heç bir qəbahət yoxdur. Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) ilk zövcəsi Xədicə binti Xuveylid (Allah ondan razı olsun) də peyğəmbərimizə özü evlilik təklif etmişdir.

Namazda ruzini Allahdan necə istəmək lazımdır?

    06.08.2015
Sual: 
Salam aleykum. mən namazda axrıncı rukət ,axrlncı səcdədə Allaha öz sözlərimlə dualar edirəm. duamın birində deyirəm ki, ay Allah mənim ruzimi yetir.mənə həm bu dünyada,həm də axirətdə ruzimi ver.Əmin. By cür dua eləmək olar.yoxsa ruzini ancaq axirət üçün istəmək olar? ALLAH razı olsun sizdən.
Cavab: 

Aleykum salam. Bu cür dua etməyinizdə heç bir qəbahət yoxdur. Daha yaxşı olar ki, bu cür deyəsiniz: "Allahım, Mənim ruzimi yetir! Mənə həm bu dünyada, həm də axirətdə halal ruzi ver və bunu mənim üçün xeyirli et!"
Allahdan ruzi istəmək üçün sünnədə gələn bəzi dualar:

Valideynlərimin xəbəri olmadan xarici vətəndaşa ərə gedə bilərəmmi?

    25.07.2015
Sual: 
Salam.eger valideyinlerimin xeberi olmadan ve biliremse onlar razi olmuyacaqlar ere gedirem se bu xaramdirmi?oglan erebdi men azerbaycanli
Cavab: 

Aleykum salam. Valideynlərin xəbəri və razılığı olmadan ailə qurmaq qəti qadağandır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir"

Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək?

    25.07.2015
Sual: 
Salam aleykum. Mən bilirəm ki, naməhrəmlə danışmaq günahdır amma bunu bəzi dindar belə olan insanlara deyəndə deyirlər ki, 'axı tanımasaq olmur bəzi pis xasiyyətlərini hələ təzə öyrənirəm danışmasam necə bilərdim' falan kimi. Sonra özümü düşünürəm ki, tanımasam bəs mən necə biləcəm axı 2-3 dəfəylə insanı tanıya bilmərəm. Necə cavab verim ki, həm özümü razım salım həm də qarşımdakı insanları?
Cavab: 

Aleykum salam. Evlənməzdən qabaq uzun müddət bir-birini tanımaq ailənin möhkəm olması üçün şərt deyil. Neçə-neçə ailələr olmuşdur ki, tərəflər bir-birini uzun vaxt tanıdıqlarına baxmayaraq, evlənəndən qısa müddət sonra dağılmışdır.

Göz zinasından əl çəkə bilmirəm, namazı dayandırmalıyammı?

    20.07.2015
Sual: 
salam.sizden bir meslehet almaq isteyirem.men namaz qiliram ama kohne emellerimde el ceke bilmirem ozumde istemeden goz zinasi edirem.islamin wertlerine uygun hereket etmirem.emelimle namazim uygun gelmir.bele oldugu halda ne etmeliyem namazi saxlamaliyammi.bir sualda soruwum biz namazi Allah risazi ucunmu qiliriq yoxsa ozumuz ucun.?
Cavab: 

Aleykum salam. Günahlara görə narahat olmanız müsbət haldır. Günahdan əl çəkə bilmək üçün ibadəti daha da çoxaltmaq və şəriətdə buyurulmuş yollardan istifadə etmək lazımdır.

Ramazan bayramı nə vaxtdır?

    17.07.2015
Sual: 
Ramazan bayramı nə vaxtdır? Sabah da oruc tutmalıyıq?
Cavab: 

Aleykum salam. Bu il Ramazan bayramı İyulun 18-i tarixinə düşür. Mötəbər alimlər bayramı öz yaşadığınınz ölkəyə uyğun qeyd etməyin vacib olduğunu demişlər. Bu səbəbdən başqa ölkələrdə bayramın nə vaxt olmasını araşdırmaq yox, ölkəmizdə verilən fətvaya tabe olmaq lazımdır.

Uşağıma hirslənərək etdiyim qarğışlar Allah tərəfindən qəbul oluna bilərmi?

    04.07.2015
Sual: 
usaga topal qal olesen meydin qalsin ve s deyirem hirsim kecende pewman oluram bunlar allah tala terefinden qebul olunur?
Cavab: 

Salam aleykum. Bundan çəkinmək lazımdır. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər". (Əbu Dəvud).

İkinci uşağım olarsa, ibadətimin zəifləyəcəyini və dolanmağın çətin olacağını düşünmək doğrudurmu?

    04.07.2015
Sual: 
Salam Aleykum.Xahiw edirem suallarina tez cavab yazasiz.Bir ovladim var Allaha hemd olsun yawi tamam olmayib istiyrem ikinci ovladimda olsun ama yeterince All aha ibadet ede bilmirem uwagim cox nadincdi ikincisi olsa ibadetim cox zeifleyer...Men bununla dogrumu duwunurem??? Mene deyirler ikinci uwaq lazim deyil cetindi dolanmaq.Meslehet verin mene.Sagolun
Cavab: 

Aleykum salam. Bu cür düşünmək səhvdir. Bir çox hədislərdə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bizi çoxlu övlad sahibi olmağa təşviq etdiyi bildirilmişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin.

Çatlaq, yaxud kənarı qırılmış qabdan istifadə etmək olarmı?

    23.06.2015
Sual: 
salam aleykum carlamish ve ya qiraqi qirilmish qabdan istifade etmek olarmi?
Cavab: 

Aleykum salam. Çatlamış və ya kənarı qırılmış qablardan istifadə etmək bəyənilmir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Qabın qırıq (çatlaq) tərəfindən su içməyin və suya üfürməyin!. (Muslim).

Pages