şübhələr

Evdəki bitkiyə baxa bilməyib tulladıqda günah qazanırıqmı?

    08.10.2017
Sual: 
Salam aleykum. Evdə dibçək bitkisinin də canlı olduğu üçün insan üzərində haqqı varmı? O bitkiyə baxa bilmədiyim üçün atsam mənə günah yazılır?
Cavab: 

Və aleykum Salam. Verdiyiniz sual imanlı olmanızdan irəli gəlsə də, belə məsələləri haqlara daxil edərək xırdaçılığa getmək düzgün deyil. Bu cür etmək günah deyil.

Hərbi xidmətdə verilən yeməklərin halal olmasını araşdırmaq lazımdırmı?

    29.09.2017
Sual: 
Salam. Mən gələn ay hərbi xidmətə gedəcəm orada verilən toyuq ətinin halal olub olmadığını bilməsəm yeyə bilərəm yoxsa günahdır? Əvvəlcədən təşəkkürlər!
Cavab: 
Va aleykum Salam. Allaha dua edirik ki, hərbi xidmətinizi sağ-salamat tamamlayıb öz evinizə qayıdasınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizə Qədr gecəsindən daha fəzilətli gecə haqqında xəbər verimmi?

Cinlərdən qorxmaq günah sayılırmı?

    07.09.2017
Sual: 
Salam. Men namaz qilanda seytan vesvese verir, cinlerden qorxuram diqqetim yayinir saga sola baxmaga baslayiram ve Allahin namazimi qebul etmediyini dusunurem, ne ede bilerem ? Ve dinde cinden qorxmaq gunah sayilir? Nezir orucum 2 aydir, tuta bilmirem keffaresi ne qeder olmalidir? Hz. Muhemmed haqqinda subheler gelir, quran haqqindada, dogru olub olmamagi barede. Ama inaniram meselen peygemberimizin sunnetlerini yerine yetirirem, Qurandan nesihet Aliram. Bu subheler gelende eseblesirem, ozumu pis hiss.edirem. Bu seytandandir?
Cavab: 
Və aleykum Salam.

Tanımadığım adamın mənə salam verməsi müsəlman olmasının əlamətidirmi?

    29.08.2017
Sual: 
As salam aleykum Tanimadiqim bir adam islami yasantisi olmuyan yolnan kecir mene salam aleykum deyerse onun salam vermeyi islam alametidir yeni muslumanliqinan dallaet edir?onan nece muamile edisen?
Cavab: 

Və aleykum Salam. Tanımadığınız adamın sizə salam verməsi həmin insanın müsəlman olmasının göstəricisidir. Salamı almaq vacibdir. Hətta sizə qeyri-müsəlman salam versə belə, həmin insanın salamını almaq sizin üzərinizə vacib olur.

Aişənin ölümündə Müaviyənin əli varmı?

    10.08.2017
Sual: 
Salam aleykum. Bir sualim vardi düzdür indi ixtilafli meseleleri acmaqin vaxti deyil sadece şübhədi məndə. Sual odurki Aişə r.a anamızın ölümündə Müaviyənin əli varmı?
Cavab: 

Va aleykum Salam. Bu, şübhə əhlinin özlərindən uydurduqları yalan və batil iddialardandır. Çünki Aişə ilə Muaviyənin (Allah onlardan razı olsun) ömürlərinin sonuna qədər çox gözəl və mehriban əlaqələri olub.

Qonşusu xəstə olanın həccə getməsi yaxşıdır, yoxsa qonşuya kömək etməsi?

    27.07.2017
Sual: 
eger qonsum xestedirse ve mualice ucun pula ehtiyaci var. menim bu halda hecc ziyaretine getmeyim ne derecede duzdur...
Cavab: 

Salam aleykum. Birinci dəfə həccə getmək vacibdir. Qonşuya kömək etmək isə müstəhəbdir. Ona görə imkan daxilində birinci dəfə olduğuna görə Həccə getmək lazımdır. Ömründə bir dəfə olsa belə həccə getmək imkanı çatan hər bir müsəlmana həcc vacibdir.

Namazlar iki rükət qılınmalıdır, yoxsa dörd rükət?

    14.07.2017
Sual: 
Suallarin cavabina gore size tewekkur edirem. Namaz qilan insan 4 ruket qilmalidi yoxsa 2 ruket. Deyiller ki Quranda 2 ruket yazilib.Butun namazlar iki ruket qilinmalidir. Bu dogrudur? Biz namazimizi 4 ruket qilmaliyiq yoxsa 2 ruket???
Cavab: 
Salam aleykum. Qurani-Kərimdə namazların qılınma şəkli, oradakı hərəkətlər və onların ardıcıllığı, neçə rükət olması bildirilməyib. Bu kimi bir çox məsələlər var ki, onları Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) hədislərindən öyrənirik.

Kiminsə atasını öldürən adamın atasını öldürmək olarmı?

    14.07.2017
Sual: 
Atasini olduren adamin atasini oldurmek olarmi
Cavab: 
Salam aleykum. İslam dinində özbaşınalıq yoxdur. Cəzaları şəriət qaydalarını icra edən dövlət məmurları yerinə yetirir. Kiminsə atasını öldürən adamın atasını öldürmək olmaz. İslam dini haqsız yerə qəsdən öldürülən şəxsin ailəsinə qatildən qisas almaq və ya qanbahası almaq hüququnu vermişdir.

Pages