şübhələr

Nə üçün namaz qılanda üzümüzü qibləyə doğru çeviririk?

    30.03.2017
Sual: 
Salam Aleykum. Namaz qilanda niye gore uzumuzu qibleye teref tuturuq.bawqa yere teref tutub namaz qilmaq olar?
Cavab: 
Və aleykum Salam. Namaz qılanda üzümüzü Məkkədə olan Kəbəyə doğru çevirməliyik, bunu bizə Uca Allah vacib edib. Bilərəkdən üzünü qiblədən başqa istiqamətə çevirənin namazı batil olur. Daha ətraflı: 

Təmizlik məsləsində vəsvəsələrə görə namazı müvəqqəti tərk etmək olarmı?

    26.03.2017
Sual: 
salam ncsz allh sizden mindefe razi olsun namaz qilandan sekk olmusam temizliyede destsnamaz alauram ele bilem duz deyil yeniden aliram namaz qilam ele bilem duz qilmamisam yeniden qiliram yada yarisan qayidib qiliram temizliyde sekk edirem ayaq yolundan cixandada psixolojim pozulub butun gun ancaq trmizlik sekkinde qalmisam neynim mene komek edin bu gunde gunartanda axsamisa wilnamusam qilanda 1sata qiliram casiram.yada rsm hazir deyilenmi namaza ara vermek istirem hazir olanda qilaram ysaqimda koroedi arada subh qilada bilmirem sidiyide qacir elur ustirem burazda boyusun aglu kesin onsa yd
Cavab: 
Və aleykum Salam. Bu təmizlik məsələsində həddi aşmaq və vəsvəsələrin təsirinin nəticəsidir. Bunun çıxış yolu namazı tərk etmək deyil, çünki şeytan elə bunu istəyir ki, siz namazı tərk edəsiniz. Namazı tərk etmək insanı həlak edən günahdır.

Nə üçün kişiyə ətirlənib çölə çıxmaq icazəlidir, qadına isə yox?

    24.03.2017
Sual: 
Əs Salamu Aleykum. Qadınlara ətir vurub çölə çıxması haramdı.Bəs kişilərə necə?İstədikləri qədər ətirlənib çölə çıxa bilərlər? Əgər bilərlərsə səbəbin yazardız zəhmət olmasa.
Cavab: 

Və aleykum Salam. Ətir vurmaq icazəlidir və Peyğəmbər (salləllahu aleyhi və səlləm) ətir vurmağı çox sevərdi. Ancaq kişinin bununla niyyəti naməhrəm qadınlara qarışaraq onları özünə cəlb etmək və digər haram əməllərə nail olmaqdırsa, niyyətinə görə günah qazana bilər.

"Məscidul-Aqsa" və "Beytul-Məqdis" eyni məscidin adlarıdır?

    14.03.2017
Sual: 
salam!necəsiz?Məscidul-Əqsa və Beytul-Məqdis bunlar hər ikisi eyni məsciddirmi? Bu məscidləri ziyarət etmək vacib əməldirmi?Əgər vacibdirsə nəyə görə ora getmək istəyən cox azdır?
Cavab: 

Və aleykum Salam. Bəli, bu, Qüdsdə (Yerusəlim) olan məscidin adlarıdır. Bu məscidi ziyarət etmək vacib deyil, lakin orada namaz qılmaq böyük savabdır. İmkanı çatan hər kəsə həccə getmək və Məkkədə olan Allahın evini (kəbəni) ziyarət etmək vacibdir.

Ərimin saqqalından iyrəndiyim üçün pis müsəlman sayılırammı?

    10.03.2017
Sual: 
Salam aleykum Menim size sualim budur ki, Menim erim saggal saxlamaga baslayib . Menim uzde bir az tuk omaginin Hec vaxt eksine olmamisam . Amma BU uzun saggal duzun sozu meni iyrendirir . Onuda deyim ki menim saggaldan lap dine baslamamisdan gabag da iyrenirdim . Onun ucunde inanmiram BU seytan vesvesesi olar . Hetta aramizda soyuglug emele gelib . Xahis edirem komek edin . Saggal saxlamagin elehine oldugum ucun men pis muselman sayiliram ? Amma erimde Hec saggalina duzelis vermeye tembellik edir. Men ne ede bilerem . Xahis edirem cavab yazin . Indiden tesekkur edirem .
Cavab: 

Və aleykum Salam. Sizin saqqaldan iyrənməyiniz düzgün deyil, çünki saqqal saxlamaq Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmridir, bütün peyğəmbərlər və onların ardıcılları da saqqal saxlamışlar. Bu barədə dinimizdə kifayət qədər dəlillər var.

Murdar şey dəymiş paltar quruyubsa, yenidən su dəyəndə murdar olurmu?

    18.02.2017
Sual: 
Salam aleykum. 1)Eyer paltarda necaset olarsa hemin necaset quruyarsa necaset hokumunden duwur.Eyer hemin paltardaki necasetin ustune su ve ya bawqa maye duwse necislik hokumu yeniden aktivlewir yoxsa ele hokmden duwmuw kimi qalir? 2)Paltar yuyan mawin insan eli kimi necaset duwmuw yeri deqiqlikle yumur.Hemcinin necaset yuyulan yer sixilmalidi,paltar yuyan mawinda ise bu yoxdu.Necasete bulawmiw paltar necasete bulawmamiw paltarlar ile birlikde yuyulsa her ikisi temiz sayilir?Bu cur yuyulma icazelidir?
Cavab: 
Və aleykum Salam. Sidiyə bulaşmış paltarın üzərinə təmiz su düşdükdə, artıq təmiz sayılır. Dində çox dərinə, xırdaçılığa getmək olmaz. İnsanın bədəninə və ya paltarına nəcis dəydikdə, o hissə yuyulur. Az miqdarda sıçrayıbsa, əli yaş edib çırpmaq kifayət edir.

Təkamül nəzəriyyəsi haqda Quranda nə deyilir?

    13.02.2017
Sual: 
Salam bəzi suallarımı vermək istəyirəm, öncədən çoxsağolun, sualım bu idi ki Quranda təkamülə dair məlumatlar varmı, və ya Quran təkamülü təsdiq və ya inkar edirmi, ilahiyyatçıları əksəriyyət təkamülü cəfəngiyat olaraq dəyərləndirir, elədirsə bu cəfəngiyyat nəyə görə dünyanın ən qabaqcıl ölkələrində tədris edilir?
Cavab: 
Və aleykum Salam. Bu cavabı oxuyun: İnsanın meymundan əmələ gəlmədiyini necə başa salım?​​​​​​​

Pages