şübhələr

Su pulunu ödəmədiyimə görə qüsl sayılırmı?

    13.02.2017
Sual: 
Salam. Mən su pulunu ödəmirəm mənim oruç ücün etdiyim qüsul halal sayılır?
Cavab: 

Və aleykum Salam. Bunlar bir-birinə bağlı olmasa da, kommunal xidmət haqlarını ödəməmək haqqa girmək olduğu üçün günah sayılır. Çünki, bu pul dövlət büdcəsinə yığılır, oradan da əhalinin əmək haqları, pensiya və digər ehtiyacları ödənilir.

"Allah mülkə şərikdir" sözünü işlətmək olarmı?

    20.01.2017
Sual: 
Salam!Verilən suallara cox aydın şəkildə cavab verdiyinizə görə hər birinizə öz təşəkkürümü bildirirəm.ALLAH sizdən razi olsun.SUAL 1 (SƏNDƏN HƏRƏKƏT MƏNDƏN BƏRƏKƏT)kəlamının QURAN ayəsi və ya Peygəmbər hədisləri ilə bir əlaqəsi varmı? Başqa sözlə desək QURANda yaxud Peygəmbər hədislərində belə bir kəlam varmı? SUAL2 hərdən insanların işlətdiyi belə bir kəlam(ALLAH MÜLKLƏ ŞƏRİKDİ)neçə? Belə demək şirkdirmi? SUAL3 Müasir zamanda ailəsini kasıbcılıqla dolandıran: ibadətlə məşgul olan bir kişi bu kasıbçılıga görə günaha batırmı? COX SAG OLUN!!!!

Siz aşağıdakı hədisləri inkar edirsinizmi?

    16.01.2017
Sual: 
Salam Aleylum. Bir nəfər Şiə nədir, sünnü nədir deyə sual veribdir. Siz də cavabınızda bunları da yazmısınız. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dinə salınan hər hansı bir yeniliyi rədd edərək buyurmuşdur: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar“. (əl-Buxari, 2697).
Cavab: 
Və aleykum Salam. Əvvəla onu deyək ki, İslamda firqəçilik yoxdur. Əgər Qurani-Kərimə müraciət etsəniz bu barədə kifayət qədər ayə tapa bilərsiniz.

Nə üçün Allah var-dövləti bəzi insanlara çox verir?

    16.01.2017
Sual: 
Salam.Deyirlərki Allah cox istədiyi quluna kasıblıq,əziyyət,agır sinaqlar verər ki,onun günahları bu dünyada bağışlansın.bəs onda nəyə görə bəzi insanlara imtahana cəkir bəzilərinə isə hərtərəfli şans verir yəni bu adamların hər bir cəhətdən bəxti gətirir.Və birdə bu saytda bir məqalədə vardı mələklər insan ana bətnindəykən onun cənnətlik və ya cəhənnəmlik oldugunu yazır.Niyə bəzilərinə cəhənnəm yazılır bəzilərinə cənnət.Onda belə cıxır ki,insan hələ dünyaya gəlməmişdən özündən asılı olmadan necə bir tale yaşayacagı yazılır??
Cavab: 
Və aleykum Salam.

    Nə üçün bütün peyğəmbərlərin adlarını bilmirik?

      04.01.2017
    Sual: 
    Salam aleykum.Gozel qardaslar menim sizlere bir nece sualim olacaq 1)Men islediyim yerde bir insan daima menle mubahise edir her sohbet edende deyir ALLAH yoxdur qebul etmir ALLAHI nedeki peyqemberi.bele adama kafir demey olarmi halbuki bu insan deyirki men oxumusam her seyi?2)Deyirki 124 min peyqember varsa niye olarin adinin hamisi bilmirsiz ele bildiyiviz 5 10 addir?3) bu suali hemise verir adem hevva aq regde olublarsa nece qara insanlar olub ve yaxud qara olublarsa niye aq olub?4)Kebeni niye firlanir insalar kebe nedir?.Menim elmim olmadiqinnan o insala mubahise etmirem amma baxiramki da
    Cavab: 
    Və aleykum Salam.
    1. Allaha və Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) inanmayan insan müsəlman deyil.

    Nəzir edəndə həmin iş alınmırsa, edilən niyyət həyata keçirilməlidirmi?

      30.12.2016
    Sual: 
    ƏgƏr niyyət ediriksə sonra həmin sey alinmirsa niyyətimizi yerinə yetirməliyikmi?
    Cavab: 
    Salam aleykum. Qabaqcadan şərt ilə nəzir etmək bəyənilmir. Belə ki, niyyət edərək Allah rizası üçün hər hansı bir xeyir əməli etmək savab əməllərdəndir. Şərtlə nəzir etdikdə, o nəzir mütləq yerinə yetirilməlidir.

    Falçıların dediklərinin düz çıxmasını nə ilə izah edə bilərsiniz?

      30.12.2016
    Sual: 
    salam.deyillerki bu falcinin yada baxicinin yanina getmekle bext acilir. Meselen dunen bir qadin danisdiki qizimin bexti baglanmisdi baxicinin yanina gedib acdirdim. duz dediki 6 aya senin qizina qismet gelecek . 6 ay olub heqiqetende gelib. bu duzgundurmu? Xais edirem cavab yazinda.
    Cavab: 
    Və aleykum Salam. İslamda falçının, baxıcının yanına getmək, fala baxmaq, baxdırmaq qadağandır və küfr kimi ən böyük günahlardandır. Əgər bir insan nəyi isə falçıdan öyrənmək istəyirsə, artıq onun qeybi bildiyinə inanması deməkdir.

    Şalvarın balağının qısaltmaq düzgündür?

      29.12.2016
    Sual: 
    salam eleykum. salvarin balagini godetmek lazimdir? esasen indiki devirde.2.musteheb namazini mescidde qilmaq bidetdir?
    Cavab: 
    Və aleykum Salam.
    1. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdmuşdur: "Paltarını uzadaraq namaz qılanın Allah qatında heç bir dəyəri yoxdur". (Əbu Davud, 637). Şalvarın balağının ən aşağı həddi topuğun üzəridir.

    Əbu Şeybənin "xalça və kilimə səcdə bidətdir" hədisi barədə nə deyə bilərsiniz?

      29.12.2016
    Sual: 
    Əbu Şeybənin xalça və kilimə səcdə bidətdir hədisi barədə nə deyə bilərsiniz
    Cavab: 
    Salam aleykum. Qeyd etdiyiniz kitabda zəif və uydurma hədislərin də olması səbəbilə bu kitab etibarlı mənbələrdən hesab olunmur. İbn Əbu Şeybənin bir neçə kitabı olub. Onun yazdığı "Musannəf" əsərində 39000-dən çox hədis var və sözsüz ki, bu hədislərin içərisində zəif hədislər də mövcuddur.

    Pages