şübhələr

Ailəm namaz qılmağıma razı deyil deyə namazı tərk etmək olar?

    23.11.2016
Sual: 
Salam men 3 aydı namaz qılıram amma çox problem çıxardıram təmizlik baxımdan mənim ailəm ətrafımdakı hər kəs deyirki saxla məndə günah olduğuna görə saxlamaq istəmirəm amma keçən dəfə bir hadisə oldu və mən ondan sonra qaldığım evde heç cürə təmiz olduğuma inana bilmirəm (murdar qan axmışdı zibildən məndə onda fikir vermədim sildim getdi sonradan ağlıma gəldi ki bu təmiz deyil o hər yerə yayılıb evde ayaqqabının altile ayaqla falan təmiz sildiyime de emin deyiləm) ona göre de o günden ayağımın yere dəydiyikde mənə murdar gelir ona göre deli oluram buda problem yaradır mən beləcə hər şeyə f
Cavab: 

Və aleykum Salam. Bu sizdə yaranan vəsvəsə ilə bağlıdır. Vəsvəsələrin müalicəsi onlara əhəmiyyət verməməkdir. Əhəmiyyət versəniz vəsvəsələr xəstəlik halına keçib sizi bezdirəcək. O qan isə artıq quruyub və quru şeydən də nəcis keçmir. Gözünüzlə görmürsünüzsə, artıq bu şübhələr əsassızdır.

Namazda fikir yayındıqda təkrar qılmaq lazımdırmı?

    22.11.2016
Sual: 
Salamualeykum varahmatullahi ve bereketuhu.men namaza basdadiqda aglima her sey gelir namazdan yayiniram ne oxudugumu bilmirem men ne etmeliyem namzdan cixib tekrar qilmaliyam?
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərakətuhu. Namaz qılmağa başlayan insana şeytan müxtəlif vəsvəsələr verməklə onu bu yoldan çəkindirməyə çalışır. Fikrin qarışması da belə vəsvəsələrdəndir. Vəsvəsə ilə isə mübarizə aparmaq yox, sadəcə əhəmiyyət verməmək lazımdır.

Başqasının problemlərini dinləmək insana ağırlıq gətirə bilərmi?

    21.11.2016
Sual: 
Salam.Bir refiqem her gun zey vurub prablemlerin danisir danisdiqca ele bilki usdume tokur ve men gunu gunnen geri gedirem bu onnan ola bilermi? Ozumu nece qoruya bilere pus nefsden
Cavab: 

Və aleykum Salam. Bu kimi şeylərə inanmaq bəd əlamətlərə inanmaqdan sayılır və böyük günahlardandır. Siz heç kəsdən qorxmayaraq Allaha sığının, Allah sizi qorusa sizə heç kəs zərər verə bilməz.

Namaz haqda vəsvəsələrdən necə xilas ola bilərəm?

    17.11.2016
Sual: 
Allahın Salamı olsun sizlərə. Sual1)Mən şiə namazı qılıram,əlbəttə hər qılınan namaz doğru sayılar təki Allaha ibadət edəsən,mənim ürəyimdə şübhə var sünni namazl da qılmışam camaat ilə və bir ara qılmışam özüm.Doğrusun sünni namazında görürəm,və içində şübhə var.Bunu necə aeadan qaldıra bilərəm,nə etməliyəm? Sual2)Vəsvəsələrdən çox yoruluram.Hətta bəlkə namaz qılmayım vəsvəsələrdən qurtulum fryə düşünmüşəm içimdə.Ama könlüm buna razı olmur çünki çox yaxşı bilitəm bu lənətlənmişin işidi.Çoc üzr istəyirəm artıq 2gündür ki,yuxuda cünub oluram və məcbur qusl alıram,yuxuda bezirəm belə halların
Cavab: 

Va aleykum Salam.

Nəzir qurbanı ilə İsmayıl qurbanını birləşdirib bir yerdə kəsmək olar?

    13.11.2016
Sual: 
salam eleykum men niyet etmiwdimki iwim duzelsin qurban kesecem ama burda momin insanlar var mene deyirlerki qurban bayrami gunu niyet edilmiw qurban kesmey gunahdi,olmaz.bu ne derecede duzgundu?zehmet olmasa deyerdiz
Cavab: 

Və aleykum Salam. Nəzir edilmiş qurbanı Qurban bayramında kəsilən qurbanla qarışdırmaq olmaz. Lakin, həmin gün nəzir qurbanını nəzir niyyətilə kəsmək olar. Lakin, bu qurban İsmayıl qurbanı sayılmayacaq.

Mələklərə salam göndərməyin nə kimi faydası var və bu salam necədir?

    13.11.2016
Sual: 
Salam, mələklərə salam göndərməyin nə kimi bir faydası var? Və bu salam necə göndərilir?
Cavab: 

Və aleykum Salam. Quran və Sünnədə mələklərə salam və ya salavat göndərmək yoxdur. Yalnız onların adı çəkiləndə onlara "əleyhis-Səlam" - "Allahın ona salamı olsun" deyilir.

Azan səsini dinləmək və ya züm-zümə etmək haramdırmı?

    13.11.2016
Sual: 
Salam Aleykum.Azan sesini telefondan dinlemek ve ya zumzume etmek haramdirmi?
Cavab: 

Və aleykum Salam. Azan səsini telefondan dinləmək və azan oxumaqda problem yoxdur. Lakin, züm-zümə edərək musiqi oxumaq düzgün hal deyil. İbnul-Əsir (Allah ona rəhmət etsin) deyir: "Səsini yüksəldən və onu davam etdirən hər kəsin səsinə ərəblər mahnı deyirlər".

Kolbasanın üzərində tərkibində donuz ətinin olması yazılıbsa, onu yemək olar?

    12.11.2016
Sual: 
Salam. Bu sual menimcun cox vacibdir. Xais edirem tez cavablandirin. Uzerine aciq sekilde terkibinde donuz eti oldugu yazilan kolbasani yemek olarmi? Yeni onun terkibine basqa maddelerde mal eti ve basqa maddeler qatilir. Bilmek isterdimki donuz eti o maddelerle birlesdiyine gore yeyile bilermi yoxsa yenede haramdimi?
Cavab: 

Və aleykum Salam. Bu məhsulların tərkibində donuz əti və piyi olduğuna görə belə məhsulları yemək haramdır. Donuz əti o məhsullarla birləşsə də öz mahiyyətini itirmir.

Ömərin Peyğəmbərin sayıqlamasını deməyi doğrudurmu?

    01.11.2016
Sual: 
Salam."Peyğəmbərin ölümündən 2 gün öncə vəsiyyətname yazmaq istəmişdi ve sehabelerden kagız qelem istəmişdi, lakin ömer buna qarşı çıxaraq o xestedi sayıqlayır demişdi." Bu hədisi dogrulugu var? ve bunu nece açıqlamaq olar? Allah sizden razı olsun.
Cavab: 

Və aleykum Salam. Bu cavabı oxuyun: Ömər Allah Rəsulunun sayıqladığını deyibmi?

Pages