şübhələr
Ailəm namaz qılmağıma razı deyil deyə namazı tərk etmək olar?
Və aleykum Salam. Bu sizdə yaranan vəsvəsə ilə bağlıdır. Vəsvəsələrin müalicəsi onlara əhəmiyyət verməməkdir. Əhəmiyyət versəniz vəsvəsələr xəstəlik halına keçib sizi bezdirəcək. O qan isə artıq quruyub və quru şeydən də nəcis keçmir. Gözünüzlə görmürsünüzsə, artıq bu şübhələr əsassızdır.
Namazda fikir yayındıqda təkrar qılmaq lazımdırmı?
Və aleykum Salam və rahmətullahi və bərakətuhu. Namaz qılmağa başlayan insana şeytan müxtəlif vəsvəsələr verməklə onu bu yoldan çəkindirməyə çalışır. Fikrin qarışması da belə vəsvəsələrdəndir. Vəsvəsə ilə isə mübarizə aparmaq yox, sadəcə əhəmiyyət verməmək lazımdır.
Başqasının problemlərini dinləmək insana ağırlıq gətirə bilərmi?
Və aleykum Salam. Bu kimi şeylərə inanmaq bəd əlamətlərə inanmaqdan sayılır və böyük günahlardandır. Siz heç kəsdən qorxmayaraq Allaha sığının, Allah sizi qorusa sizə heç kəs zərər verə bilməz.
Qüsl almağa utanan bu halda namaz qılsa günah daşıyırmı?
Və aleykum Salam. Qeyd etdiyiniz halda qılınan namaz məqbul sayılmır.
Namaz haqda vəsvəsələrdən necə xilas ola bilərəm?
Va aleykum Salam.
Nəzir qurbanı ilə İsmayıl qurbanını birləşdirib bir yerdə kəsmək olar?
Və aleykum Salam. Nəzir edilmiş qurbanı Qurban bayramında kəsilən qurbanla qarışdırmaq olmaz. Lakin, həmin gün nəzir qurbanını nəzir niyyətilə kəsmək olar. Lakin, bu qurban İsmayıl qurbanı sayılmayacaq.
Mələklərə salam göndərməyin nə kimi faydası var və bu salam necədir?
Və aleykum Salam. Quran və Sünnədə mələklərə salam və ya salavat göndərmək yoxdur. Yalnız onların adı çəkiləndə onlara "əleyhis-Səlam" - "Allahın ona salamı olsun" deyilir.
Azan səsini dinləmək və ya züm-zümə etmək haramdırmı?
Və aleykum Salam. Azan səsini telefondan dinləmək və azan oxumaqda problem yoxdur. Lakin, züm-zümə edərək musiqi oxumaq düzgün hal deyil. İbnul-Əsir (Allah ona rəhmət etsin) deyir: "Səsini yüksəldən və onu davam etdirən hər kəsin səsinə ərəblər mahnı deyirlər".
Kolbasanın üzərində tərkibində donuz ətinin olması yazılıbsa, onu yemək olar?
Və aleykum Salam. Bu məhsulların tərkibində donuz əti və piyi olduğuna görə belə məhsulları yemək haramdır. Donuz əti o məhsullarla birləşsə də öz mahiyyətini itirmir.