şübhələr

Özümdən asılı olmayan səbəbə görə paltara sidik düşərsə, nə olur?

    13.05.2016
Sual: 
SalamAleykum. İbadət əhlinə yeni qoşulmağa başlamışam. Hələki çətinliklərim inşəallah geridə qoyaram bu çətinlikləri. Sizə bir sualım var. Böyrəklərimdə problemim olduğundan çətinliklər yaşayıram. Öz-özümdən şübhələnirəm. Mümkün qədər paltara sidik düşməməsinə çalışıram. Ama yenə də narahat qalıram. birdən mən bilmədən , özümdən asılı olmayan səbəblərdən sidik düşərsə ????????
Cavab: 
Və aleykum Salam. Bu cavabı oxuyun: Sidik damcıları dəstəmazı batil edirmi?

Merac hadisəsi Quranda varmı?

    08.05.2016
Sual: 
Salamu aleykum.Hədislərdə peyğəmbərin merac hadisəsi bildirilir.və namazın 50 vaxt olduğu deyilir.sonra peygəmbər gəlir musa peygəmbərin yanına ona deyir get Allaha de bu namazı mənim ümmətin yüklənə bilməz.Allah azaldır və peyğəmbər bir neçə dəfə gedib gəlir.Axırda Allah namazların sayını 5ə endirir.Məgər Allah bilmirdimi ki Muhhaməd ümməti nə qədər namaz qıla biləcəyini bilmirdimi?Musa peyğəmbər Allahın danışmanıdımı ki o desin ki sənin ümmətin bu qədər namazı qıla bilməz?üstəlik bu hadisə quranda belə yoxdur.Quranda isra var.Amma merac hadisəsi üstəlik bu boyda hadisə olsaydı quranda bildir
Cavab: 

Və aleykum Salam.

Heyvanları öldürüb ətlərini yemək mərhəmətsizlik deyilmi?

    28.04.2016
Sual: 
Salam aleykum. Biz heyvanlara qarşı mərhəmətsiz deyilikmi? Onlar da bizim kimi görüllər, qaçıllar, hərəkət edllər. Heyvanları öldürməsək olmazmı? Axı onlar acizdirlər. Allah deməyib mi ki yerdəkilərə mərhəmət etsəz sizə də mərhəmət olunar? Biz niyə belə vəhşi kimiyik? Bizə Allah ağıl verib axı. Niyə Allah öz yaratdığlarının ətini başqa yaradılışa icazəli bilib? Biz axı onları öldürürük. Məs: kabab yeyir bir qadın, və tvdən göstərillər ki balaca qoyun balasını döyərək öldürüllər. O özü qoyun ətini yeyir amma öldürülənə yazıqı gəlir. Və ətdə bizim mədəmizə ziyanlı olan komponentlər var.
Cavab: 

Və aleykum Salam. Bilmək lazımdır ki, yer üzərində olan ev heyvanlarını Uca Allah insanların istifadəsi üçün yaratmışdır. Həmçinin, heyvan ətində insan bədəninin sağlam olması üçün vacib olan elementlər var.

Namaz qıldıqda rükət sayına görə şəkk edənin namazı batil olurmu?

    28.03.2016
Sual: 
Namazda ikinci rəkətində rəkətinsayına şəkk edirəm daha doğrusu vəsvəsə olunuram. Amma üstündən heç saniyələr keçməmiş yəqinə çatıram. Mənim namazım batilmidir?
Cavab: 

Salam aleykum. Namazda rükətlərin sayında şübhə edən insanın namazı batil olmur. Namazda artıq və ya az qılmaqda yəqin olsanız səhv səcdəsi etmək lazımdır. Daha ətraflı: Səhv səcdəsi necə yerinə yetirilir?

Namazda əllər bağlı tutulmalıdırsa, nə üçün Maliki məzhəbi əli açmağı icazəli bilir?

    24.03.2016
Sual: 
Peyğember s.a.s-in namaz qılmaq qaydasına dair hedisler varmı? Yeni sağ eli sol elin üzerinde bağladığına ve ya eli açıq namaz qılmasına dair? Eyer peyğəmbər s.a.s sağ eli sol elin üzerine qoyaraq namaz qılıbsa, onda maliki meshebi eli açıq namaz qılmağı niye icazeli bilib?
Cavab: 
Salam aleykum. İmam Malikin (Allah ona rəhmət etsin) ən məşhur əsəri və hədis toplusu olan "Muvatta" kitabında Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namaz əsnasında sağ əli sol əlin üzərinə qoyması barəsində hədis var.

İslamda telepatiya ve telekinezə aid hədislər varmı?

    24.03.2016
Sual: 
Salam.İslamda telepatiya ve telekinezi anlayışına uyğun hər hansı bir hədis varmı? Uca Allah insanın bu bacarığı haqqında Quranda hansı ayə ilə (əgər varsa) işarə edir?
Cavab: 

Telepatiya - fikirləri başqa insanlara ünsiyyət olmadan ötürməyə və ya onun fikrini öyrənməyə deyilir. Bu həm Allahdan olan kəramət, həm də şeytandan olan vəsvəsə nəticəsində mümkün ola bilər.

Ömər İbn Xattabın peyğəmbərin sözlərini kəsərək, "bizim yanımızda Allahın kitabı var, o bizə yetər" deməsi doğrudurmu?

    23.03.2016
Sual: 
Salam Aleykum. Allah rəsulu (s.a.s) insanlara son nəsihətləri nece olub? Ömer İbn Xattabın peyğəmbərin sözlərini kəsərək, bizim yanımızda Allahın kitabı var, o bizə yetər deməsi doğrudurmu?
Cavab: 
Və aleykum Salam. Bu cavabı oxuyun: Əbu Bəkr Allah Rəsulunun sayıqladığını deyibmi?

Valideynlərim İslama qarşı olduqları üçün namaza başlamağa çətinlik çəkirəm...

    22.03.2016
Sual: 
Salam Aleykum. Mənə biraz məsləhət verməyiniz istəyirəm. Namaza başlamaq istəyirəm amma ailəm məni narahat edir. Xüsusiilə də atam sovet dövründə yaşadıqları üçün islama qarşıdırlar. Hətta bəzən evdə islama və müsəlmanlara qarşı küfürlərdə eşidirəm.Bu da məni çox narat edir və belə bir şəraitdə namaz qılmaq mənə çətin gəlir. Nə etməliyəm ?
Cavab: 

Və aleykum salam. Namaza başlamaq niyyətiniz münasibətilə sizi təbrik edirik və Uca Allaha dua edirik ki, sizi din üzərində sabit etsin, axirətdə namaz və digər yaxşı əməlləriniz sayəsində günahlarınızı bağışlayaraq sizi Cənnətə daxil etsin!

Üzümdə azca saqqal saxladığım üçün mənə vəhhabi deyirlər...

    20.03.2016
Sual: 
Salam Aleykum. Menim size bir sualim var xais edirem tez bir zamanada cavablandirasiniz Insallah. Bilmek isteyiremki saqqal saxlamaq gunahdi? Axi neye gore saqqalli adam goren kimi onu tez Vehhabi adlandiririq? Biliremki vehhabiler buna gore pul alirlar tebiiki gunahdi dinlerini satmis insanlardi bular. Men de az sekilde saqqal saxlayiram ve cox sevirem bunu tebiiki mende diger momin qardaslar kimi dine bagli insananam ureyim Allahla doyunur. Amma etrafdakilarim mene vehhabi deyirler Bu cur saqqal saxlama!
Cavab: 
Və aleykum Salam. Saqqal saxlamaq peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmridir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vacib buyurduğu əmrləri yerinə yetirəndə savab, etmədikdə isə günah qazanırıq.

Pages