şübhələr

Namaz qılmaq istəyirəm, amma qorxuram ki, sonra ataram

    05.09.2015
Sual: 
Salam Aleykum.. Men Namaz qilmaq isteyirem Hevesimde coxdur ama qaydalarin hele yaxsi bilmirem. Yardim ede bilersiz? ama deyirem ki birden qilaram sonra ataram axi onda mene gunah olmaz?
Cavab: 

Aleykum salam. Bu cür şübhələrə fikir verməyərək namaza başlayın. Allaha dua edirik ki, sizi namaz qılmağa və Cənnətə daxil olmağa müvəffəq etsin. Daha ətraflı:
Mən namaz qılmaq istəyirəm, amma qorxuram davamlı olmaz

Əli ibn Əbu Talib rükuda olduğu halda zəkat veribmi?

    05.09.2015
Sual: 
As salamu aleykum.Ekser "Quran" kitablarinda Maide suresi 55 ci ayede bele yazilib:"Sizin haminiz ancaq Allah, onun Peyhemberi ve iman getirenlerdir.O kesler ki,( Allaha ) namaz qilir ve rukuda olduqlari halda zekat verirler".Diger mezheb numayendelerinden bir coxu bu ayenin Hz Eli haqqinda endiyini deyirler.saytinizda Maide suresi 54 ve 55 ayelerin tefsirini oxudum.Istediyim cavabi ala bilmedim.bu ayenin tefsirini de yazardiz mumkunse.Onceden tesekkur edirem.
Cavab: 

Aleykum salam. Həmin ayənin daha düzgün tərcüməsi belədir: "Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər." (əl-Maidə, 55)

Ürəyin tez-tez sıxılması və pis hadisənin olacağını düşünmək nə ilə bağlıdır?

    01.09.2015
Sual: 
salam.üreyim tez-tez sıxılır.Ne ise olacaqmiw kimi yani nese hadisemi qezami.üreyim daima qaranliqlar icinde.menim 18 yawim var.Namaz qiliram.Sizce bun ne ile elaqedardir.Cavablandirsaniz cox wad olaram!
Cavab: 

Aleykum salam. Bu, şeytanın vəsvəsələrinə görədir.

Evli zinakarın daşqalaq edilərək öldürülməsi hədisi barədə şübhələnirəm...

    18.08.2015
Sual: 
Salamaleykum,cavablara və bu gozel sayta gore minnəttaram.Sizlərə mən guvənirəm. Burda sizə güvənməyən,aldatma ile böhtan atanlar yəqinki şiələrdi. Amma biz sizin gozəl əxlaqınıza,Allaha ürəkdən inandığınıza,imanınıza inanırıq və güvənirik. Bəzi ixtilaflı məsələr istisna olmaqla,dinimizi mən sizin bildirdiyiniz kimi yaşadıram.Öz bacilarıma,rəfiqələrimə də buradan öyrənməyi məsləhət görürəm,onlar da razi qalıblar.Məni bura cəlb edən,sizin ürəkdən,əxlaqla,gözəl şəkildə dini izah etməyiniz,əxlaqa qiymət verməyinizdir.
Cavab: 

Aleykum salam. Sizə və saytın bütün istifadəçilərinə təşəkkür edir və Uca Allaha dua edirik ki, Qiyamət günü Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) hovuzunun başında görüşməyi hamımıza nəsib etsin. Ümumən, müsəlmanların bir-birini çox tərifləməsi bəyənilmir.

Ölümdən qorxmaq şirk sayılırmı?

    09.08.2015
Sual: 
salam aleykum tohvitden oxudumki allahdan qeyrisinden qorxmaq mes cinlerden qorxmaq boyuk sirklerdendir men axir zamanlarda olumnen cox qorxurdum mende sehir var deye cox qorxurdum men sirk etmis sayiliram? tovbe etdim bu emelime gore ama mennen asili olan bir sey deyildi.salam aleykum.
Cavab: 
Aleykum salam. Ölümdən ehtiyatlanaraq qorxmaq şirk sayılmır, çünki bu təbii qorxunun növlərinindəndir. Daha ətraflı:
Ölümdən çox qorxmaq barədə 

Niyə yaxşı insanlar az, pis insanlar isə çox yaşayır?

    06.08.2015
Sual: 
Salam.niye yaxsi insanlar tez olur pis insanlar cox yasayir..Bir insan var inaninki gunah olan.butun islerle.mesgul olub vaxti ile.indide insanlara zulum.verir.insanlara dedikde oz ailesine...qiraq insanlarala cox mehribandi..bir dene hormet eden oz ailesi oz heyat yoldasi oz balalaridi.olarlada yola getmir.ancaq ailesini pisikdirmekle mesguldu sanki bu insan......niye.beledi.Allaha inamim coxdu .ama Allaha qurban olum Uca Allahim niye bele edir..??Coooooooox xahis edirem cvb yazinnnnn..

Ələmin gəzməsi doğrudurmu?

    30.07.2015
Sual: 
Salam aleykum. Ələm nədir? İnternetdə baxdım dəmirin uzərinə parça bağlayiblar.guya cuşa gəlir insanların uzərinə gedir insanlardan nəzir yiğılır .bu doğrudurmu?
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz kimi, son məqsəd pul yığmaqdır. Ələm gəzdirən insanın cuşə gəlməsi isə şeytanın vəsvəsəsi nəticəsində ola bilər. Sözsüz ki, bu cür şeylər Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bizə buyurmadığı, dində olmayan bidətlərdir. Həmçinin oxuyun:

Pages