şübhələr

Əlim nəcisə dəydikdən sonra şkafa dəyib, o şkafda nəcis qalır?

    27.01.2016
Sual: 
Salam.uzerime koftama usagin sidiyi deydi,sonra gedib yuyundum ve yadimdan cixdi ve o koftani geyindim.elim yas idi.ve elimi koftaya vurdum.sonra skafi acdim yas el ile.sonra yadima dusdu koftanin necis oldugu koftani deyisdim ve yeniden yuyundum.ama hamamdan cixandan sonra yas elle yene hemin skafi acdim.1)paltara sidik sicrayir paltar necis olur2)elim yas iken koftaya toxunur elim necis olur.3)elim yas iken skafa toxunur skaf necis olur.sonradan yuyunub gelenden sonra elimi yas halda skafa vursamda elim necis olmur. duzdu?cunki bu4cuduyeni artiq skafdan elime necis kecmez.
Cavab: 
Və aleykum Salam. Dində çox dərinə, xırdaçılığa getmək olmaz. İnsanın bədəninə və ya paltarına nəcis dəydikdə, o hissə yuyulur. Az miqdarda sıçrayıbsa, əli yaş edib çırpmaq kifayət edir.

Oğlanla qızın dostluğuna dinimiz necə baxır?

    24.01.2016
Sual: 
Salam.Mənim belə bir sualım var.Dinimizdə qızla oğlanın dostluğuna necə baxılır? Aralarında yalnız dostluq münasibəti var.Təkcə telefonla danışırlar.Heç vaxt görüşmüyüblər.Bir birilərinə naməhrəm sayılırlarmı? Əvvəlcədən təşəkkürlər
Cavab: 

Və aleykum Salam. Naməhrəm oğlanla qızın görüşməsi, söhbət etməsi və s. haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165; "İrva əl-Ğalil", 1813).

Kəbinimizin pozulmasından şübhələnirəm, yenidən kəbin kəsməliyikmi?

    21.01.2016
Sual: 
menim sualim beledir! insallah cavablandirarsiz. men sekk ediremki kebinim pozulum heyat yoldasimla birlikde yeniden kebin kese bilerik ikimiz ozumuz ucun oxuyaq ! ve mehriye nece olmalidir? xais edirem cavab veresiz
Cavab: 
Salam aleykum. Kəbinin pozulması talaq (boşanma) ilə olur. Bu, şəkk ilə pozula bilməz. Qadın kişi ilə kəbini özləri kəsə bilməzlər. Daha ətraflı: Nikah bağlamağın qaydaları

Niyə görə pis yolda olanların işləri yaxşı gedir, mən isə əziyyət çəkirəm?

    03.01.2016
Sual: 
Salam.Men iwleyirem evde catdirmaq olmur deye iwdede namaz qilmaga qoymurlar.Istediyim kimi Allaha ibadet ede bilmirem dini yawamaq isteyirem gozel..Qurandada yazilibki ne ovladlariniz ne iwiniz sizi Allahi zikr etmekden ayirmasin.Men neyniyim bes iwlemiyende de olmur axi.
Cavab: 

Va aleykum Salam. Uca Allah sevdiyi bəndələri digərlərindən daha çox sınağa çəkir.

Namazı və dəstəmazın düzgün etmədiyim haqqında şübhələnirəm...

    31.12.2015
Sual: 
Salam Aleykum..men desdamaz aliram ele bilirem duzgun almamisam.namaz qiliram ele bilirem ibadetim duzgun deyil..bu nedendir...buda meni narahat edir..evvelceden sagolun
Cavab: 
Və aleykum Salam. Dəstəmaz və namazda şübhə etmək şeytanın vəsvəsəsindən ola bilər. Aşağıdakı linkdəki namaz və dəstəmaz qaydasına baxıb öyrənin və bir daha heç vaxt belə fikirlərə önəm verməyin, çünki vəsvəsəyə fikir verdikcə o daha da çoxalır.

Müsəlman qadın kilsəyə gedib rahibəlik edə bilərmi?

    31.12.2015
Sual: 
Salam men muselmanam. Lakin istyrem kilsədə dua edem.bilmirem ama meni ora ceken nese var. Hem tebietim de tamam basqadi. Bilmirəm ama ozumu sanki xrsitian kimi hiss edirem.yeni onlarin heyat terzini gormek sanki ozumu gormey kimi 1 şey.Tebiyki 1 ferq varki namus istisna.Heyatda en onem verdiyim ve bildiyim 1 meqsed var oda 1) Allahi unutmamaq ve qorxmaq 2) yetim mali yememek 3) heyatda sade ve ve nikbin olmaq 4) namusunu qorumaq. Bu menim heyatda olan mubarizemdi. Ama bilmirem niye sanki men xristianliga ceken nese var. Ve istyrem kilsede dua edem. Duzunu desem Rahibəde ola bilerem.
Cavab: 

Və aleykum Salam. İnsanın qəlbinin nəyəsə meyl etməsi və ya hansısa hisslərin müəyyən bir tərəfə çəkməsi o demək deyil ki, bu insanın qəlbi və əqidəsi sağlamdır. Əksinə, bu şeytanın vəsvəsələridir.

Ayaqyolundan sonra bir neçə damcının gəlməsi dəstəmazı pozurmu?

    20.12.2015
Sual: 
Salam 1men ayaq yoluna kicik bayra etdib sidik gelen yeri yuyuram sonra 1 2 damci sidik axir bu zaman destemaz pozulurmu ? amma bilmirem ki axan sudu ya sidik men ne etmeliyem buna gore xeste olmusan 2 deqeden bir baxiram ki alta paltarima nese axmayib
Cavab: 
Və aleykum Salam. Ayaqyolundan sonra bu cür fikirlərin gəlməsi şeytanın ibadəti çətin göstərmək üçün etdiyi vəsvəsədir. Vəsvəsəyə fikir verdikdə daha da çoxalır. Ona görə də, ayaqyoluna oturaraq getmək, təmizlənmək və sonra bu cür şeylərə fikir verməmək lazımdır.

Əlimizi yuduğumuz su divar boyasına qatılıbsa, bu divar nəcisli sayılırmı?

    16.12.2015
Sual: 
Salam.evde sular gelmirdi.ona gore kiminse eline necis deydiyivi vaxt basqa1si onun eline su tökürdü.beleki əllərimiz nəcis ikən əllerimizi yudugumuz zaman əlimizdən axan su yəni nəcis olan su 1qaba yigilmisdi.sonra o suyu divar boyasina (emusiyaya)qatdilar ve divara cekdiler.
Cavab: 
Və aleykum Salam. Bu vəsvəsədir. Şeytan sizə dini çətinləşdirməyə çalışır. O divar nəcis sayılmır. Əliniz və paltarınız yaş halda dəysə də heç bir zərəri yoxdur. Nəcisli su ona emulsiya qatışdırdıqdan sonra divara vurulub və quruyub.

Peyğəmbərin qəbrinin məscidin içində olması pirlərin doğru olmasına dəlildirmi?

    15.12.2015
Sual: 
Salam aleykum. Oxudum ki, Muhəmmədin(səllallahu aleyhi və səlləm) qəbri Mədinədəki məscidin içərisindədi. Bəs bu şirk əhli özünə haqq qazandırır ki, peyğəmbərin qəbri məsciddədi, insanlar orda namaz qılır, zikr eliyir. Demək, pirlər və s. Günah deyil. Əgər Peyğəmbər qəbr üstündə məscid ucaldmağı qadağan edibsə, bəs niyə onun qəbri məsciddədi?
Cavab: 

Və aleykum Salam. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizdən əvvəlkilər, peyğəmbər və salehlərini qəbirlərini məscid etdilər. Siz qəbirləri məscid etməyin. Bunu sizə qadağan edirəm". (Muslim).

Niyə insanların fikri tək deyil, onların arasında ixtilaf var?

    09.12.2015
Sual: 
Salam aleykum . 1) Niyə ixtilaf çoxdur?? Mən indi hardan bilim mən düz yol ilə gedirəm ya yox? Artıq dəhşətdi dərəcəyə çatib bu çox məsələlərdə ixtilaf. 2) namazda rüküdan qalxanda əlləri yenidən bağlamaq lazımdır? 3) 4 rükətli və 3 rükətli namazda, 2 ci rükətdə təşəhhüd deyib qutaranda, Allahu Əkbər deyəndə əlləri qulaqlaracan qaldırmaq lazımdır?
Cavab: 
Və aleykum Salam.

Pages