şübhələr

Aşağıdakı rəvayət səhihdirmi?

    03.11.2015
Sual: 
Salam aleykum.belə bir hədis varmı? لو أن رجلاً وقع على نعجة فحملت منه وولدت انساناً، وكبر هذا الانسان، وتعلم وصلى بأهل قريته صلاة عيد الأضحى، وبعد الصلاة ذبحوه وضحوا به، فانه يصح لهم ذلك، لأن حكم الولد هو حكم أمه في مثل هذه الصورة، وأمه يصح أن يضحى بها فهو كذلك. Onlardan bəziləri deyib: Əgər bir kişi bir keçi ilə cinsi əlaqəyə girərsə, həmin keçi (o kişidən) hamilə qalıb insan dünyaya gətirərsə, o insan böyüyüb dərs oxuyub və elm öyrənib, bir kənddə Qurban bayramı namazının imamı olarsa,onu namazdan sonra kəssələr və qurbanlıq etsələr, bu əməl onlar üçün caizdir.
Cavab: 

Va aleykumus-Sələm. Qeyd etdiyiniz rəvayət uydurmadır və İslam dini ilə heç bir əlaqəsi yoxdur.

"Qiyamət günü yalnız Əli və onun şiələri nicat tapacaq" fikri doğrudurmu?

    21.10.2015
Sual: 
Salam Aleykum. Menim size bir sualim var xais edirem cavablandirasiniz. "Qiyamet gunu nicat tapanlar Eli ve onun sieleridir"Hz Mehemmed(s.a.v) peygember buyurub bu aye duzdurmu ve ne menada verilib? Men demek isteyiremki her birimiz muselmaniq namaz qilmaqda quran oxumaqda her birimize vacibdir.Amma esas odurki Etdiyimiz emeller duz olsun Allah Teala yaninda sie sunni hamimiz muselmaniq hamimiz Allah yolundayiq ondan basqasina el acmiriq acmariqda ona ibadet eliyirik Peygemberimizdeki qurban olum ona biz onun ummetiyik Imam Elide onun sehabelerindendir Islami qebul etmis ilk kisi.
Cavab: 

Va aleykum Salam. Xeyr, bu doğru fikir deyil. Qiyamət günü möminlər nicat tapacaq. Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar". (əl-Mu'minun, 1). Daha ətraflı: 

Əbu Bəkr və Ömər sağlığında Cənnətlə müjdələniblərmi?

    21.10.2015
Sual: 
Ebu Bekir Ve Ömer DeyiLene Göre Cennetle Müjdelenmiş Sehabilerdi.Bu ne derece Düzgündür ? Axi Onlar Hz.Fatime Anamiza Zülm EdibLer..Ehli-Beyte Düşmençilik Edende Şübhesiz Allaha Qarşi Düşmençilik etmiş olur.Hedis var Bu Barede...Mümkünse SuaLimi cavabLandirasiniz..
Cavab: 

Salam aleykum. Bəli, adlarını çəkdiyiniz və onlarla yanaşı digər səhabələrin (Allah onlardan razı olsun) də sağlığında ikən Cənnətlə müjdələnməsi doğrudur. Onların Fatiməyə (Allah ondan razı olsun) zülm və əziyyət vermələri isə heç bir əsası olmayan uydurma iddialardır. Daha ətraflı:

Ateistlər sual verirlər ki, əgər Allah hər şeyə qadirdirsə, onda Allah ölə bilərmi?

    21.10.2015
Sual: 
salam aleykum. bir ateist sual verdi cvb vere bilmedim.deyirki Allah herweye qadirdirse bes Allah ölə bilermi?
Cavab: 

Va aleykum Salam. Bu sualı vermək, cahil insanın bilikli bir riyaziyyatçı alimdən "2+2=5" olduğunu sübut etməsini tələb etməyinə bənzəyir. Riyaziyyaçı alimin bunu sübut edə bilməməsinin səbəbi onun elminin zəif olmasına görə deyil, sualın məntiqsiz olmasına görədir.

Namaz qılarkən şeytan guya ona ibadət etməyim haqda vəsvəsə verir...

    04.10.2015
Sual: 
Salam Aleykum. Men son vaxtlar herweyden bezmiwem. Namaz qiliram Seytandan beynime pis fikirler gelir. Ele bil weytan menim dilimnen diyirki, "men seytana ibadet eliyirem". "Seytan menim rebbimdir". Ne qeder vesveselerden Allaha siginsamda vesveseler azalmir. Ozume hirslenirem. Bawima vururam yumruqla hirsimnen. Ozumu artiq cehennem ehli kimi hiss eliyirem. Allahin rehmetinden uzaq kimi hiss eliyirem. Allah meni hecvaxt bagiwlamayacaq deyirem ozume. Cox agliyiram. Mene ele gelirki men dogurdanda Allah la birge seytana ibadet eliyirem. Artiq bilmirem ne edim.
Cavab: 

Aleykum salam. Bu cür vəsvəsələr heç bir önəm vermədən, fikrini bununla məşğul etmədən namaza davam etmək lazımdır, çünki vəsvəsə ilə mübarizə aparmağın yolu ona fikir verməməkdir. Fikir verməyə başladıqda isə o daha da çoxalır.

Ölülərin Quranı eşitməməsi ilə bağlı bəzi şübhələrim var...

    21.09.2015
Sual: 
Salamu aleykum.Mən Quranin öluər uçun olmadığını bilirəm.Lakin bəzi şubhələrim var.Əgər ölulər eşitmirsə onda insanlar ölunu basdirib gəldikləri zaman ölu onlarin ayaq səslərini eşidir.Bu necə olur?
Cavab: 

Aleykum salam. Bəli, qeyd etdiyiniz kimi bəzi istisna hallarda ölülərin eşitməsini Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bildirmişdir. Amma digər bütün hallarda aşağıdakı ayə və hədisə görə ölülər eşitmir: "Dirilərlə ölülər eyni deyillər!

Peyğəmbərin Aişə ilə 9 yaşında ailə qurması məsələsi doğrudur?

    17.09.2015
Sual: 
Salam Aleykum Və Rəhmətullah. Səhih Buxari Və Səhih Müslimdə Aişə anamızın (r.a) 9 yaşında peyğəmbərimizlə (s.a.s) ailə həyatı qurduğu haqqında hədis var. Bu səhihdirmi? Nə dərəcədə düzdür bu? Yaşlı bir kişinin - özüdə peyğəmbərimizin 9 yaşında uşaqla ailə qurması düz deyil axı
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) Aişə ilə (Allah ondan razı olsun) 9 yaşında evlənməsi doğrudur. Bu barədə səhih hədis kitablarında Aişənin özünün nəql etdiyi hədislər var.

Namazı başqa bir videoda gördüyüm kimi qılmaq istəyirəm...

    14.09.2015
Sual: 
Mən sizin saytda olan qaydada namaz qılıram.Amma bu gün başqa saytda olan namaz qılmaq qaydasını görmüşəm. Tamamilə fərqli. Sizin saytda olan namaz sünnü məzhəbinə başqa saytda gördüyüm isə şiə məzhəbinə aid namaz qaydasıdır.Mən özümü şiə məzhəbinə aid bilirəmsə onda şiə namazı qılmalıyam?
Cavab: 

Salam aleykum. Bütün ibadətlərin, yaxşı əməllərin qəbul olunması üçün iki şərt var. Birincisi, ibadəti yalnız Allah üçün etmək, ikincisi isə, Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) öyrətdiyi kimi etmək. Allah Rəsulunun öyrətdiyindən kənar, dində yeni şeylər etməyə bidət deyilir.

Əbu Bəkr Allah Rəsulunun sayıqladığını deyibmi?

    09.09.2015
Sual: 
salam aleykum.əbu bəkr r.a Resulullaha (sallallahu aleyhi va səlləm ) haradasa demişdirmi sayaqlayir.bu haqda məlumat vererdiz inşəallah
Cavab: 

Aleykum salam. Xeyr, Əbu Bəkr (Allah ondan razı olsun) belə bir söz deməyib. Hədis kitablarında bu ifadə Ömər (Allah ondan razı olsun), bəzi rəvayətlərdə isə ümumi olaraq səhabələrlə əlaqələndirilir.

Pages