ailə

Ailədə qadın kişinin təbii ehtiyaclarını ödəmirsə, kişi nə etməlidir?

    21.04.2016
Sual: 
Salam Aleykum. Bilmək istərdim ki, ailədə qadın kişinin təbii ehiyaclarını ödəyə bilmirsə, yaxud bundan boyun qaçırırsa şəriətdə bunun hökmü nədir. Belə problemlə üzləşdikdə hər iki cinsin nümayəndəsi üçün İslam alimləri nəi məsləhət görür. Allah razı olsun.
Cavab: 
Və aleykum Salam. Sizin qeyd etdiyiniz məsələdə bəzi məqamlar aydın deyil. Qadının imtina etməsinin səbəbi nədir? Öz xoşu iləmi imtina edir, yoxsa xəstəliyi var, depressiyadadır? Sual aydın olmadığına görə bir şey demək çətinlik törədir. Sualı bir qədər aydınlaşdırmağınız lazımdır.

Əgər sevdiyim başqası ilə zina edibsə, bu mənə xəyanət sayılır?

    19.04.2016
Sual: 
eger sevdiyim bawqasiyla zina edibse bu mene xeywanet sayilir??? biz ervlenmemiwden qabaq olubsa vze biz bir birmizi sevdiyimiz halda zina edibse mene xeyanet demekdimi?
Cavab: 
Salam aleykum. Zina birinci növbədə Allaha üsyandır və böyük günahdır. Əgər sizi sevdiyini iddia etdiyi halda edibsə, sizə xəyanət də sayılır. Həmçinin oxuyun:
Zina və onun cəzası haqqında

Qadın əvvəlki ərini tapa bilmirsə, onunla kəbini necə poza bilər?

    19.04.2016
Sual: 
Salam, men bir qadini sevirem o da meni. Kebin isteyirik, lakin hemin qadinin bawqa biri ile kebini olub 6 ay bundan qabaq, hemin oglani tapa bilmirik ki, kebini pozaq. Basqa ne cur pozmaq olar kebini?
Cavab: 
Və aleykum Salam. Əgər bu qadın həmin adamla hər iki tərəfin razılığı ilə boşanıbsa, kəbin pozulmuş sayılır. Qadın sevdiyi kişi ailə həyatı qura bilər. Həmçinin, oxuyun: Yeddi ildir ayrılmışıqsa, kəbin pozulubmu?

Ailə həyatını kəbinsiz, lakin toyla qurmuşamsa, bu, zina sayılr?

    12.04.2016
Sual: 
Bir sualim var. Bagishlayin sualima gore. Menim toyum oldu amma kebin kesdirmedik ozumde namaz qiliram. Her cinsi elaqeden sora o haram sayilir zina sayilir? Gedib kebin kesdireceyik in sh Allah, bilmek isterdim kebinden sora gunahlarim pozulur? Cox narahatam gunahdan cox qorxuram.
Cavab: 

Salam aleykum. Əgər valideynlər tərəfdən halallıq, nişan, toy olubsa, bu zina sayılmır və yenidən kəbin kəsdirmək lazım deyildir. Şəriətə görə nikahın şərtləri qadının vəlisinin razılığı, şahidlərin iştirakı və qadına mehr verilməsidir.

Uzaqda olan birisini sevmək haqqında...

    12.04.2016
Sual: 
Salam.Size sevgi haqqında sual teqdim etmek isteyirem.Uzr isteyrem 7 ay once bir insanı gordum çox xoşuma geldi.Get gede daha da sevdim.qarşılıqsız olaraq.Sizin saytdaki sualların cavablarına baxram.Ve bele qerara gelrem ki şeytan vesvesesi ola biler.Amma men ALLAH'IMI daima anıram.Günde 5 defe namaz qılıram.Heftede 1 defe 11 rüket gece namazı qılıram.Yeni men ALLAHIMA dualarımı kesmirem.O insanda menden çox uzaqdadir.Yeni mence bu vesvese olmaya biler.Sizden meslehet isteyirem.Zehmet olmazsa.Sağolun
Cavab: 
Və aleykum Salam. Bu sevgi sehri ola bilər. Necə ki, televiziyada göstərilən insanlara aşiq olmalar baş verir. Hökmən deyil ki, kimsə sizə cadu etsin. Belə hallarda Quran ayələrinə qulaq asıb Allahdan kömək istəmək lazımdır.

Kimsə mənim anama və bacıma pis gözlə baxarsa, mən nə etməliyəm?

    12.04.2016
Sual: 
Salam.kimsə mənim ana və bacıma pis gözlə baxanda mən nə etməliyəm?
Cavab: 

Və aleykum Salam. Belə hal olduqda, həmin adama başa salmaq lazımdır ki, nəyə görə baxır. Bəlkə kiməsə oxşadıb. Ona görə yaxın qadını bayıra çıxanda müşayiət etmək lazımdır ki, başqaları onun yanında kişinin olmasını görsünlər.

Pages