Sevdiyim qıza öz sevgimi bildirməliyəmmi?
Sual:
Salam aleykum qardaş.Sualim beledi:Sevdiyim qiza onu sevdiyimi demeyim gunah olur? Bele bir hedis eşittim: Peyğemberimiz s.a.v demişdir: Eger siz bir insani sevirsinizse ona bildirin.Allah s.t.sizi xeyirle mukafatlandirsin
Cavab:
Və aleykum Salam. Ümumən sevdiyiniz qıza sırf onunla evlənmək niyyətilə öz sevginizi bildirə bilərsiniz. Ancaq hədislərdə qeyd olunan sevgi, sizin qəsd etdiyiniz sevgidən deyil. Bu sevgi sırf Allah xatirinə olan sevgidir.