ailə
Doqquz yaşlı uşaq Sübh namazına dura bilmirsə, ona günah yazılır?
Və aleykum Salam. Uşaqlar həddi-buluğa çatana qədər onlara günah yazılmır. Daha ətraflı: Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
Qadın boşandıqdan sonra ikinci dəfə eyni kişi ilə kəbin kəsdirə bilərmi?
Və aleykum Salam. Qadın kişidən boşandıqdan sonra ikinci dəfə də onunla kəbin kəsdirə bilər. Bu hal üç dəfə təkrarlandıqdan sonra isə artıq həmin kişi ilə yalnız o halda kəbin kəsdirə bilər ki, başqa bir kişi ilə ailəli olub boşansın.
Böyük övladın vəzifəsi nədir və şükr necə edilir?
Və aleykum salam.
Övladın imanlı, sağlam olması üçün 40 almaya Yasin oxuyub üfürmək lazımdırmı?
Və aleykum Salam. Bunlar uydurmadır, dinimizdə belə bir şey buyurulmayıb. Övladın imanlı olması üçün onu Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) öyrətdiyi kimi tərbiyə etmək lazımdır.
Qadın boşanma tələb edir və kişi razı deyilsə, bu halda kimə müraciət olunur?
Və aleykum Salam. Şəriətlə idarə olunan ölkələrdə belə məsələlər üçün qazıya müraciət olunur. Əks halda isə hər iki tərəfdən ağsaqqallar yığışaraq məsələni həll edirlər.
"Kiçik toy" etmək düzgündürmü?
Və aleykum Salam. Oğlan uşağının sünnət olunması münasibətilə "kiçik toy" etmək qadağandır və dinimizdə belə bir şey yoxdur. Üstəlik belə məclislərdə israfçılıq, musiqi, naməhrəm kişi və qadınların bir yerdə əylənməsi, açıq saçıq geyimlər və digər haram əməllər edilir.
Qadın ərinin ata-anasına baxmağa məcburdurmu?
Salam aleykum. Qadın ərinin ata-anasına baxmağa məcbur deyil, şəriətdə belə göstəriş yoxdur. Ümumən tabeçilik baxımından qadının itaət etməli olduğu insan onun əridir. Ərinin valideynlərinə isə imkan daxilində, hörmət baxımından qeydinə qalmalı, onlarla xoş davranmalıdır.
Hicab bağlamaq istəyirəm, amma valideynlərim razı deyil...
Və aleykum Salam. Hicab bağlamaq Allahın əmridir və valideynlərin Allahın əmrinə qarşı çıxmağı böyük günahdır və bu məsələni fitnə çıxarmadan, gözəl əxlaqla onlara izah edərək hicab geyinmək lazımdır.
Ərim şəhid olub, onunla kəbinimiz nə vaxta qədər davam edəcək?
Və aleykum salam. Allaha dua edirik ki, sizin ərinizi və müharibədə şəhid olmuş bütün müsəlmanları bağışlasın, Cənnətdə ailəsi ilə birlikdə ən yüksək məqama çatdırsın. Uca Allah buyurur: "Allah yolunda öldürülənləri əsla ölmüş sanma.