ailə
Həyat yoldaşım günaha tövbə etsə də, ona inana bilmirəm...
Salam aleykum. Ərinizin səmimi tövbə etməsini yalnız Allah bilir. Sizə düşən isə inanmaqdır, amma inana bilməməyiniz də günah deyil. Hər hansı bir şəxs yalandan və insanların gözündə düzgün olmaq üçün tövbə edərsə, özündən başqa heç kimi aldatmır.
Canbəsər etmək və əcəlin cavab verməsi mümkündür?
Salam aleykum. Əcəl dedikdə nəzər tutulan Ölüm mələyidir və mələklərin ölüm anında ölən adamın daxilinə girib bizə cavab verməsi mümkün deyil. Çünki, ölüm mələyi can verənin içinə girmir, yalnız onun ruhunu bədənindən çıxarır.
Kəbində oğlanın valideynlərinin bilməsi vacibdirmi?
Salam aleykum. Kəbində kişinin valideynlərinin razılığı vacib şərt olmasa da, onların bilməsi məsləhət görülür, çünki sonra olan narazılıq nəticə etibarı ilə valideynləri ilə arasının soyumasına səbəb ola bilər.
Həmzada görə uşağın olmaması fikri doğrudurmu?
Doqquz yaşlı uşaq Sübh namazına dura bilmirsə, ona günah yazılır?
Və aleykum Salam. Uşaqlar həddi-buluğa çatana qədər onlara günah yazılmır. Daha ətraflı: Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
Qadın boşandıqdan sonra ikinci dəfə eyni kişi ilə kəbin kəsdirə bilərmi?
Və aleykum Salam. Qadın kişidən boşandıqdan sonra ikinci dəfə də onunla kəbin kəsdirə bilər. Bu hal üç dəfə təkrarlandıqdan sonra isə artıq həmin kişi ilə yalnız o halda kəbin kəsdirə bilər ki, başqa bir kişi ilə ailəli olub boşansın.
Böyük övladın vəzifəsi nədir və şükr necə edilir?
Və aleykum salam.
Övladın imanlı, sağlam olması üçün 40 almaya Yasin oxuyub üfürmək lazımdırmı?
Və aleykum Salam. Bunlar uydurmadır, dinimizdə belə bir şey buyurulmayıb. Övladın imanlı olması üçün onu Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) öyrətdiyi kimi tərbiyə etmək lazımdır.
Qadın boşanma tələb edir və kişi razı deyilsə, bu halda kimə müraciət olunur?
Və aleykum Salam. Şəriətlə idarə olunan ölkələrdə belə məsələlər üçün qazıya müraciət olunur. Əks halda isə hər iki tərəfdən ağsaqqallar yığışaraq məsələni həll edirlər.