böyük günahlar

Zina edən tövbə etsə bağışlanarmı?

    24.06.2020
Sual: 
Salam ... zina gunahinin bagiwlanmasi ucun hansi dua oxunmalidir ? Ve nece defe ? Yoxsa bagiwlanmaz bir gunahdir?
Cavab: 
Aleykum salam. Zina böyük günahlardan biridir. Lakin, Uca Allahın qullarına rəhməti və lütfüdür ki, bu dünyada etdiyi günahdan asılı olmayaraq bütün günahları bağışlayır. Uca Allah buyurur: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim!

Etdiyim günahın üstünün açılması nədəndir?

    17.06.2020
Sual: 
Salam aleykum men bir müddet bundan evvel bir günah etmişdim ve hemin günahın üstü 3 neferin arasında açıldı tebii ki men Cox pesmanam tövbe edirem her gün ve hetta buna göre men isdende cixasi oldum. Bu günahın üstünün açılmasi ne demektir ? Buna göre ureyim sıxılır herden.bu hadiseye nece reaksiya vermek lazımdır?
Cavab: 

Aleykum salam. Əgər tövbə etmisinizsə, bilin ki, Uca Allah tövbələri qəbul edib günahları bağışlayandır. Günahınızın üstünün açılmasına gəlincə, ola bilsin bunun arxasında sizin bilmədiyiniz xeyir vardır. Lakin, siz bunu hələ bilmirsiniz.

Subay oğlan evli qadınla münasibətdə olduqda evli qadın da zina etmiş sayılır?

    17.06.2020
Sual: 
Salam subay bi oqlan bir aileli qadla olursa oqlana beraber qadında zina edirmi
Cavab: 

Aleykum salam. Zina ən böyük günahlardan biridir. Fərq etməz, istər zina edən subay olsun, istər evli. Evli insan subaydan daha çox günah daşıyır, çünki ərinə (və ya arvadına) xəyanət etməklə onun da haqqına girmiş olur.

Sevdiyim oğlanla yazışmağım günahdırmı?

    09.06.2020
Sual: 
Salam.menim.sevdiyim oqlan var oda.meni sevir amma ki bundan ne onun.aylesi.nedeki.menim.aylemin xeberi.yoxdur. Biz yazisiriq bilirem yazismaq gunahdir.ammaki aramiz aclar.deye.yazismayaq.deye.bilmirem.ne edim ne meslehet gorursunuz
Cavab: 

Aleykum salam. Qızın ona naməhrəm olan oğlanla yazışması böyük günahdır. Bu səbəbdən, tövbə edərək bu əməli tərk edin. Daha ətraflı:
Qızla oğlanın internetdə yazışması günahdırmı?

Qeybətini etdiyim şəxsdən halallıq almadan tövbə etsəm Allah məni bağışlayarmı?

    09.06.2020
Sual: 
Salam xahiw edirem cavablandirin, men namaz qiliram ve istemeyerek xatirlamadim, qeybet etdim, cox pewmanam ne edimki Allahim meni bagiwlasin?? Hemin insanada demeye cox utaniram
Cavab: 

Aleykum salam. Əgər qeybətini etdiyiniz şəxs bunu bilmirsə, bu halda bu barədə ona deməyiniz məsləhət deyil.

"Həyatın yaşam sığortası" İslam dininə görə haladırmı?

    09.06.2020
Sual: 
eleykum men heyatin yasam sigortasina qosulmusam ona gore menim her ay aldigim emek haqqindan bir miqdar dovlete odenmeli odenislerden de bir miq dar sigortaya odeyirem.lakin orada yigilan pullara her il 3.27 faiz elave pul gelir.men 3ilden sonra yigilan pulu alanda illik faiz derecesininden elde olunan geliri kasiba ehtiyaci olana vere bilere,yoxsa hemin faizi legv etmeıiye.
Cavab: 

Salam aleykum. Əvvəla bunu qeyd edək ki, dinimiz sığortanı qadağn edir. Bu barədə daha ətraflı oxuyun: İslamda sığorta halaldırmı?

Bir qadına "zinakar" demişəm, ondan halallıq almadan tövbə etsəm Allah məni bağışlayarmı?

    09.06.2020
Sual: 
As salam aleykum.Mən müsəlmanam, kafir olanın arxasınca danışmaq nə dərəcədə günahdı?birdə kafir olan qadının etdiyi açıq aşkar hərəkətlərdən dolayı zinakar. olduğunu demişəm.və buna görədə səmimi qəlbdən peşmanam.ama o kafir haqqını halal etməyəcəyini demişdir.tövbə etsəm allah məni bağışlarmı?O qadından halallıq istəməsəm belə?halallıq istəmək mümkün deyil.
Cavab: 

Aleykum salam. Dinimiz kafir olsa belə bir insanın arxasınca danışmağı və qeybət etməyi qadağan edir. Xüsusilə də, bir insanı zinada ittiham etmək böyük günahdır.

Tərkibində içki olan qaba toxunmaq namazı batil edirmi?

    09.06.2020
Sual: 
Salam....Men oz marketimizde işleyirem ve ister istemez elim ickilere falan deyir kimse isteyen de verirem.bu namazimi pozurmu? ve gunahdirmi?tesekurler.
Cavab: 

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, əlinizin sərxoşedici içki olan qaba və ya içkinin özünə dəyməsi namazı pozmur, çünki sərxoşedici içkini içmək haram olsa da, o, özü-özlüyündə murdar sayılmır. Hətta ələ və ya paltara dəysə belə əl və ya paltar murdar olmur.

Görmədiyi halda özündən yuxu uydurmaq haqqında

    19.05.2020
Sual: 
Salam aleykum. Yuxu görmediyi halda yalandan filan yuxu görmüşem demek Allaha iftira atmaq sayilir? Bu haqda hansısa hedis varmi? Varsa sehih veya zeif olmasını qeyd edin zehmet olmasa.
Cavab: 

Aleykum salam. Bir insanın görmədiyi halda yalandan yuxu gördüyünü deməsi böyük günahdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu əməldən çəkindirərək demişdir: "Yalanların ən böyü­yü bir adamın yuxuda görmədiyi bir şeyi gözləri ilə gördüyünü iddia et­mə­si­dir".

Pages