böyük günahlar

Dövlətin mənə ayırdığı pulu qayınanam məndən alır, bu düzgündürmü?

    29.08.2020
Sual: 
Xəstə uşağa həmdə ona görə də işləyə bilmədiymə görə mənə pul ayırdı onu qayınanam məndən alır o düzgündür?
Cavab: 

Salam aleykum. Dövlətin sizə ayırdığı pulu qaynanızın sizdən alması doğru deyil. Belə etməklə qayınananız sizə qarşı haqsızlıq etmiş olur. Daha ətraflı: Qul haqqı barədə

Avtobusa pul ödəmədən minmişəm, bu haqqı necə ödəyə bilərəm?

    27.08.2020
Sual: 
Əssələmu aleykum və rahmətullah. Bir gün axşam qrup yoldaşım ilə dərsdən evə qayıdırdıq. Minəcəyimiz avtobusda adam dolu idi və buna görə də sürücü kimin minərkən kartı oxutduğunu görə bilmirdi. Camaatın bir qismi vəziyyətdən istifadə edib pul vurmadan keçib otururdu. Mən isə kartı oxudub pulu ödəmək istəyəndə qrup yoldaşım məni çəkindirdi və onsuz da sürücünün görmədiyini dedi. Bir anlıq ona uydum, kartı oxutmadan keçib oturdum. Lakin bu hadisə məni çox narahat edir. Mən sürücünün haqqına girmişəm və üstümdə haram pul daşıyıram (miqdarı çox olmasa da haram haramdı).
Cavab: 

Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu. Təbii ki, etdiyiniz əməl düzgün deyil. Allaha tövbə edin və çalışın bir daha belə səhvlərə yol verməyəsiniz. Etdiyiniz bu əməllə sürücünün deyil, avtobus şirkətinin haqqına girmisiniz. Çünki, bu avtobuslar sürücünün deyil, şirkətə aiddir.

Haqsız ittihamlara məruz qalmış şəxsin başqasına şikayəti qeybət sayılırmı?

    27.08.2020
Sual: 
Salamaleykum.haqsiz yere ittihamlara meruz qalmish insanin bu barede bashqasina shikayet ederek ozune haqq qazandirmaga chalishmasi da qeybet sayilirmi
Cavab: 

Və aleykum Salam. Ümumiyyətlə qeybət - bir kəsin başqası barədə onun xoşlamadığı bir şeyi danışmaqdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabələrinə demişdir: "Qeybətin nə olduğunu bilirsinizmi?" Onlar dedilər: "Allah və Rəsulu daha yaxşı bilir".

Bağçada işləyən aşpazın bağçadan evə gətirdiyi ərzaqlar halaldırmı?

    04.08.2020
Sual: 
Salam. Menim qaynanam bağçada yemek bisiren isleyir . Ordaki et yağ düyü ve s kimi şeyleri getirir eve istifade edir. Ona göre de eve erzaq almir. Bu nece ildi beledir. Uşaqların payı olan bu erzaqları evde istifadesi menim xosuma gelmir. Bilmek isteyirem . Etdiyi şey haramdırmı?
Cavab: 

Aleykum salam. Qaynananızın uşaq bağçasından uşaqlar üçün nəzərdə tutulmuş ərzaqları götürməsi oğurluq sayılır və haramdır. Uca Allah buyurur: "Ey iman gətirənlər!

Anam uşaq ikən məni atıb, indi onunla danışmamağa görə günah qazanırammı?

    03.08.2020
Sual: 
Salam.biz 3 usagiq.Menim anam menim 8 yasim olarken atamla evli ola ola bizi ve atami atib basqa subay bir oglanla qacib.indi 21 yasim var.Bize Nenem ve babam(anamin anasi ve atasi)baxib boyudub.evlendirib tehsil veribler..Anami ise bizi atib basqasi ile qacdigi ucun ovladligdan silibler...bizi eziyyet cekib boyuden nenem ve babamdi.(anamin anasi ve atasi)Bize anamla danisib gorusmeyimize de icaze vermirıer.anamda bizi axtarmir..Bize anamla danismamagimiza ve yaxud gorusmemeyimize gore gunah yazilirmi?
Cavab: 

Aleykum salam. Uca Allah anaları elə yaradıb ki, övlad məhəbbəti heç vaxt onların qəlbindən çıxmır. Düzdür, o sizi atmaqla böyük bir səhvə yol vermişdir, lakin bu analıq haqqını sizin üzərinizdən götürmüş olmur.

Pirə inanmaq olarmı?

    30.06.2020
Sual: 
salam. ziyarete pire inam etmek gunahdir. men namaz qiliram. lakin ailede mene ziyaret pirlerin Allaha serik oldugunu soylediyimcun beddua edirler hetta Allah sene br islek islesin deyirler. bu ne derecede duzgundur? menmi gunah edirem ya olarmi
Cavab: 

Aleykum salam. Dinimiz ibadəti yalnız Allaha aid edərək yerinə yetirməyi əmr edir və bu ibadətlərdən nəyisə Allahdan başqasına yönəltməyi qadağan edir. Uca Allah bu xüsusda buyurur: "Biz Kitabı sənə haqq olaraq nazil etdik.

Pages