böyük günahlar

Allah dini barədə elmsiz danışmağın təhlükəli olması barədə

    29.08.2020
Sual: 
Əs sələmu aleykum və rahimətullahi və bərəkətuhu.Uca Allah sizi xeyirlə mükafatlandırsın. Allahın izni ilə bizə, İnsanın bilmədiyi halda Allahın dinindən danışması və bunun nə qədər təhlükəli olması haqda məlumat verərdiz. Əvvəlcədən sizə təşəkkür edirik.
Cavab: 

Və aleykumus Sələm və Rahmətullahi və Bərakətuhu. Elmsiz Allahın adından danışmaq ən böyük günahdır. Bu günah hətta Allaha şərik qoşmaqdan da böyükdür.

Qəbirdə baş daşını daha gözəli ilə dəyişmək olarmı?

    29.08.2020
Sual: 
Salam,1 ili bitecek olunun qebir dasini deyismek olarmi?Sebeb olunun anasi bas dasinin ve sekilin gozel olmasi arzusundadi.Evvel imkani olmayib sade das duzeldib.Rayon yerinde 40 da bas dasi qoyulur.
Cavab: 

Və aleykum Salam. Şəriətimiz qəbirləri bəzəməyi, mərmər baş daşı qoymağı, habelə üzərinə şəkil vurmağı qadağan edir. Dinimizə görə qəbirlər sadə olmalıdır. Daha ətraflı:

Dövlətin mənə ayırdığı pulu qayınanam məndən alır, bu düzgündürmü?

    29.08.2020
Sual: 
Xəstə uşağa həmdə ona görə də işləyə bilmədiymə görə mənə pul ayırdı onu qayınanam məndən alır o düzgündür?
Cavab: 

Salam aleykum. Dövlətin sizə ayırdığı pulu qaynanızın sizdən alması doğru deyil. Belə etməklə qayınananız sizə qarşı haqsızlıq etmiş olur. Daha ətraflı: Qul haqqı barədə

Avtobusa pul ödəmədən minmişəm, bu haqqı necə ödəyə bilərəm?

    27.08.2020
Sual: 
Əssələmu aleykum və rahmətullah. Bir gün axşam qrup yoldaşım ilə dərsdən evə qayıdırdıq. Minəcəyimiz avtobusda adam dolu idi və buna görə də sürücü kimin minərkən kartı oxutduğunu görə bilmirdi. Camaatın bir qismi vəziyyətdən istifadə edib pul vurmadan keçib otururdu. Mən isə kartı oxudub pulu ödəmək istəyəndə qrup yoldaşım məni çəkindirdi və onsuz da sürücünün görmədiyini dedi. Bir anlıq ona uydum, kartı oxutmadan keçib oturdum. Lakin bu hadisə məni çox narahat edir. Mən sürücünün haqqına girmişəm və üstümdə haram pul daşıyıram (miqdarı çox olmasa da haram haramdı).
Cavab: 

Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu. Təbii ki, etdiyiniz əməl düzgün deyil. Allaha tövbə edin və çalışın bir daha belə səhvlərə yol verməyəsiniz. Etdiyiniz bu əməllə sürücünün deyil, avtobus şirkətinin haqqına girmisiniz. Çünki, bu avtobuslar sürücünün deyil, şirkətə aiddir.

Haqsız ittihamlara məruz qalmış şəxsin başqasına şikayəti qeybət sayılırmı?

    27.08.2020
Sual: 
Salamaleykum.haqsiz yere ittihamlara meruz qalmish insanin bu barede bashqasina shikayet ederek ozune haqq qazandirmaga chalishmasi da qeybet sayilirmi
Cavab: 

Və aleykum Salam. Ümumiyyətlə qeybət - bir kəsin başqası barədə onun xoşlamadığı bir şeyi danışmaqdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabələrinə demişdir: "Qeybətin nə olduğunu bilirsinizmi?" Onlar dedilər: "Allah və Rəsulu daha yaxşı bilir".

Bağçada işləyən aşpazın bağçadan evə gətirdiyi ərzaqlar halaldırmı?

    04.08.2020
Sual: 
Salam. Menim qaynanam bağçada yemek bisiren isleyir . Ordaki et yağ düyü ve s kimi şeyleri getirir eve istifade edir. Ona göre de eve erzaq almir. Bu nece ildi beledir. Uşaqların payı olan bu erzaqları evde istifadesi menim xosuma gelmir. Bilmek isteyirem . Etdiyi şey haramdırmı?
Cavab: 

Aleykum salam. Qaynananızın uşaq bağçasından uşaqlar üçün nəzərdə tutulmuş ərzaqları götürməsi oğurluq sayılır və haramdır. Uca Allah buyurur: "Ey iman gətirənlər!

Anam uşaq ikən məni atıb, indi onunla danışmamağa görə günah qazanırammı?

    03.08.2020
Sual: 
Salam.biz 3 usagiq.Menim anam menim 8 yasim olarken atamla evli ola ola bizi ve atami atib basqa subay bir oglanla qacib.indi 21 yasim var.Bize Nenem ve babam(anamin anasi ve atasi)baxib boyudub.evlendirib tehsil veribler..Anami ise bizi atib basqasi ile qacdigi ucun ovladligdan silibler...bizi eziyyet cekib boyuden nenem ve babamdi.(anamin anasi ve atasi)Bize anamla danisib gorusmeyimize de icaze vermirıer.anamda bizi axtarmir..Bize anamla danismamagimiza ve yaxud gorusmemeyimize gore gunah yazilirmi?
Cavab: 

Aleykum salam. Uca Allah anaları elə yaradıb ki, övlad məhəbbəti heç vaxt onların qəlbindən çıxmır. Düzdür, o sizi atmaqla böyük bir səhvə yol vermişdir, lakin bu analıq haqqını sizin üzərinizdən götürmüş olmur.

Pages