böyük günahlar

Qohumumun haram məclisinə getməməyə görə ailə münasibətim pozulursa, nə etməliyəm?

    15.04.2020
Sual: 
Əssəlamu Əleykim.Mən haram toylara gedməyəcəyimə dair tövbə etmişəm.Bu yaxınlarda həyat yoldaşımın qardaşının toy mərasimi olacaq.O haram toya getməsəm ailə vəziyətimə görə narahatam.Sizcə nə etməliyəm
Cavab: 

Aleykum salam. İçki və musiqi olan məclislərdə iştirak etmək günahdır. Bu işdən tövbə etməkdə düz iş tutmusunuz. Uca Allahdan sizi əfv etməsini və bu dində sabit etməsini diləyirik! 

Qəsb etdiyi malı sahibinə qaytara bilməyənin tövbəsi qəbul olunurmu?

    15.04.2020
Sual: 
Evveller başqasının malını qəsb edən biri sonradan emelinden peşman olarsa ve hemin malların sahiblerini tapmarsa onlardan halallıq almadan etdiyi tövbəsi qebuldurmu ve hemin qesb etdiyi malları istifade edirse yenede Allah bağışlayarmı onu yoxsa artıq haqqun nas boynundan götürülmüyecek heçvaxt?
Cavab: 

Əssələmu aleykum. Başqasının malını haqsız yerə qəsb etmək böyük günahdır və bu günahdan tövbə etmək lazımdır. Başqasının haqqı ilə əlaqəli olan günahdan tövbə etmək üçün haqqına girdiyin şəxsdən halallıq almaq vacibdir.

Vaxtın olmaması səbəbilə namaz qılmağa qayıda bilməməyimə görə günah qazanırammı?

    15.04.2020
Sual: 
Salam men namazı qılıb buraxmışam yeniden de baslaya bilmirem vaxtım olmur bu halda mene gunah yazilir?İndiden tesekkurler
Cavab: 

Aleykum salam. Namaz ən əzəmətli ibadət, insanı Allaha yaxınlaşdıran ən böyük əməldir. Namaz qılmamaq və ya qılıb tərk etmək isə Allahın qəzəbinə səbəb olan böyük günahdır. Hətta İslam alimləri namazı tərk etməyin zina etməkdən və adam öldürməkdən daha böyük günah olduğunu söyləmişlər.

Ərim gecə klublarına müştəri aparıb faiz alır, bu günahdırmı?

    02.04.2020
Sual: 
Assalamu aleykum.Menim yoldasim gece klublarina klient aparib ordan oz faizini alir.Evvel exlaqli birisi olub ne qeder devet etsem de bu isin haram olmadigini deyir.Menim oz qazancim yoxdur.Bu halda ne etmeliyem? Ovladimiz da var.
Cavab: 

Va aleykum Salam. İslam dinində belə bir qayda var. Harama səbəb, vasitə olan hər bir əməl özü də haramdır. Əgər insan bir işin haram məqsəd daşıdığını bilərsə, iş özü halal olsa belə bunu etməməlidir, çünki harama yardım etmiş sayılır.

Toy zalında işləmək olarmı?

    02.04.2020
Sual: 
Essalamu aleykum. Toy zalında işlemek olar? Men rejissora işleyirem amma günah var?
Cavab: 

Aleykum salam. Əgər toy zalında keçirilən toylar şəriətə uyğudursa, yəni şpirtli içki və musiqi kimi şəriət tərəfindən haram olunmuş şeylər yoxdursa, bu toy məclisində işləmək olar.

Allah valideynlərin günahlarına görə övladı cəzalandıra bilərmi?

    17.03.2020
Sual: 
Salam.Meni bir sual narahat edir. Eger uşağın 15 yaşı varsa yəni yetkinlik yaşını keçibse ve her hansı bir xestelik tutubsa bu valideyinin işlediyi her hansı bir günaha göre ola bilermi, yoxsa uşağın özü üçün bir imtahandı? Sağ olun.
Cavab: 
Va aleykumus-sələm. Uca Allah heç kəsi başqasının etdiyi günaha görə cəzalandırmır. Hətta doğma valideynləri olsa belə. Bu xüsusda Uca Allah buyurur: "Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz". (əl-Ənam, 164).

Sosial şəbəkədə paylaşılan video və şəkilləri götürərkən paylaşan şəxsdən icazə alınmalıdır?

    17.03.2020
Sual: 
Salam aleykum. Sosial şəbəkədə (instagram, whatsapp və s.) paylaşılan video və şəkilləri götürərkən paylaşan şəxsdən icazə alınmalıdır? Əvvəlcədən təşəkkürlər!
Cavab: 
Va aleykumus-sələm. Adətən sosial şəbəkəlkərdə video və ya şəkil paylaşan şəxs bu video və şəkillərin götürüb paylaşılacağını bilir.

Rovzə oxumaq günahdır?

    12.03.2020
Sual: 
Xanim roze oxuyarken sesin namahrem eşiderse bu haramdir.?
Cavab: 

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, rozə demək İslam dininə müxalif bir əməldir. Rozə dedikdə ölü üçün ağlayaraq onun gözəl xüsusiyyətlərini xatırlamaq və insanları kədərləndirmək nəzərdə tutulur. Rozəyə camaat arasında həmçinin mərsiyə də deyirlər.

Pages