böyük günahlar

Deyirlər ki, musiqi insanda hal oyatmırsa, ona qulaq asmaq olar. Burada hal oyatmaq nə deməkdir?

    03.09.2019
Sual: 
Salam mən eşitmişəm ki mahnı səndə hal oyatmırsa qulaq asmaq olar. Burada hal oyatmaq nə deməkdir. İndidən təşəkkürlər
Cavab: 

Va aleykum salam. Şəriətə görə belə bir anlayış yoxdur. Bu sualların cavablarını oxuyun:

Namaz qılan şəxs musiqiyə qulaq asaraq onun sədaları altında rəqs edə bilərmi?

Baxıcıya getmək olarmı?

    28.08.2019
Sual: 
Salam menim qaynanamla problemim var. Yoldasimla aramiza girir bizi ayirmaq isteyir.yalan yalnis yoldasimi doldurub soz sohbetler yaradim.artiq bowanma heddine gelib cixmiwiq. Sulaim Bir nece nefer bize qaynananin dilini agzini baglamaq ucun baxiciya getmeyi meslehet gordu. Men cox qorxuram bunun gunahindan.Ama ailem dagilmasin diyede bir terefden isteyirem.Bir ailenin dagilmamasi ucun bunu etsem gunahi ne qeder olar?
Cavab: 

Va aleykum salam. Baxıcıya getmək böyük günahlardan sayılır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar.

Əxlaqsız şəkillərə baxdıqda namaz qəbul olunurmu?

    17.08.2019
Sual: 
Salam Aleykum. Eger bir muselman tövbe edib yeniden exlaqsiz sekil ve ya videolara baxarsa qıldığı namaz ve etdiyi dualar qebul olar?
Cavab: 

Va aleykum salam. Əxlaqsız şəkillərə və videolara baxmaq günahdır. Bu cür günahlara səhlənkar yanaşaraq davamlı şəkildə etməyin günahı daha böyükdür. Bu günahdan yenə tövbə edib Allahdan bağışlanma diləyin!

Bir qadına, onunla evlənəcəyinə dair söz verdikdən sonra ondan dönmək olarmı?

    16.08.2019
Sual: 
Salam.bir müselman qadına evlenecem deyib,ümid verib,onun bu mövzuda tam güvenini qazanib sora yarı yolda qoymaq olarmi?eger buna tutarli sebeb varsa?bir de buna göre hallaliq almaq lazimdirmi??
Cavab: 
Və aleykum Salam. Əvvəla qeyd edək ki, İslamda sevgi yalnız evlilik niyyətilə olmalıdır. Arada nikah, evlilik niyyəti olmadan naməhrəmlərin sevgi adı ilə bir-biriləri əlaqə saxlaması günahdır və bu cür sevgi əlaqələrinə tövbə edilərək son qoyulmalıdır.

İstimna etmək günahdırmı və bu günahdan necə qurtulmaq olar?

    16.08.2019
Sual: 
Salam.üzr isteyirem istimna ile baglı sual verecem.Namaz qiliram.oruc tutmaga sagligim imkan vermir.evlene de bilmirem.istimnadan nece xilas ola bilerem?istimna çox günahdirmi?men buna gore cehennemde yanacam belkede.xahiş edirem sualimi tez cavablandirin.dostlarımda var sosial bir insanam.bu problem mene yasamaga imkan vermir.her günahimdan sonra tövbe edib namaz qılıram ama alınmır.mene çixiş yolu deyin xahiş edirem.bu menim imanimin zeifliyinden mi ireli gelir yoxsa nece? Önceden teşekkürler
Cavab: 

Və aleykum Salam. İstimna etmək günahdır. Buna alüdə olmaq imanın zəifliyindən irəli gəlir. İmanınızı artırmağa, günahdan və günaha aparan vasitələrdən uzaq olmağa çalışın. Daha ətraflı:

İstimna etməyi necə tərgidim?

İnsanın əl cizgilərinə baxmaqla onun gələcəyini bilmək olurmu?

    15.08.2019
Sual: 
Axsaminiz xeyir...menim sualim budu yolda izde girursen qaracilar insanlarin ellerin icine baxarak insanlarin gecmisi gekeceyi haqda deyirler bu ne qeder duz olma ehtimali var yeni bir insan hansisa insanin geleceyi haqda nese deye biler ya da nese bile biler
Cavab: 

Salam aleykum. Gələcəyi Allahdan başqa heç kəs bilməz. Çünki, gələcəkdə baş verəcək şeylər qeyb elminə aiddir.

Namazda tez-tez səhv etdiyimə görə namaza yaxın dura bilmirəm, nə edim?

    03.08.2019
Sual: 
Salam aleykum men 8 ildiki namaz qilirdim 1 ildi nanazimi buraxmisam umumiyyetle namaza yaxin gede bilmirem namaz qilmaq isteyirem ama namaza baslayarken tez tez casiram ve namazi tezeden baslayiram bilmirem ne edim namaz qilamg isteyirem ama bu sebebe gorede namaza yaxin gede bilmirem xais edirem meslehet verin indiden Tesekkur edirem
Cavab: 

Va aleykum salam. Namazda səhv etdikdə namazı buraxmaq lazım deyildir. Rahat bir şəkildə namaza durun və heç bir şeydən narahat olmayın. Səhv etdikdə səhvinizi səbirlə düzəldin və namazdan çıxmayın. Bununla şeytan sizi yenidən aldadaraq namazdan çəkindirmək istəyir. Daha ətraflı:

Xoşuna gələn qadına yaxınlaşıb evlilik təklif etmək və ya ona söz göndərmək olarmı?

    30.07.2019
Sual: 
Əssələmu Aleykum xoşladiğin bir qadina yaxinlaşib ona söz deməy və yaxud söz göndərməy dogrudur yəni fitnə yaratmadan?
Cavab: 
Və aleykum Salam. Əgər məqsəd ailə qurmaqdırsa, bu zaman qadının vəlilərinə (atasına, qardaşına, əmisinə və s.) müraciət etmək lazımdır.

Namaz qılmaq istəyirəm, amma tərk edəcəyimdən qorxuram...

    30.07.2019
Sual: 
Menim 31 yashim var amma belkede 60 yashinda 1insanin yashadiqlari qeder pis gunler hershey yashamisham.namaz subay vaxti qilirdim sora aile qurdum yene qildim duzdu arada fasilelere var idi mueyyen sebebler var idi deye.artiq 1ildiki qilmiram ushaqim oldu ondan sora ney iremsede icimden gelmir qilmaq ya fikirleshiremki yene saxlayacam ardicil qila bilmeyecem.allaha qarshi deyilem estahfrullah.ozu yaratdida apardida amma ne qeder edirem bacarmiram hevesim yoxdu.neyniyim nece edimki yeniden bashlayim?elebil gucum yoxdu yada qorxu var icimde yene qilsam saxlayacam deye,allah sizden razi olsun et
Cavab: 
Salam aleykum. Namazı tərk etmək böyük günahdır. Bu hal əksər hallarda insanın düşdüyü mühitdən və imanın zəifliyindən irəli gəlir. Ona görə namaz qılan kəs imanını artıracaq və dinində sabit qalacaq səbəblərdən tutunmalıdır.

Pages