Görmədiyi halda özündən yuxu uydurmaq haqqında
Aleykum salam. Bir insanın görmədiyi halda yalandan yuxu gördüyünü deməsi böyük günahdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu əməldən çəkindirərək demişdir: "Yalanların ən böyüyü bir adamın yuxuda görmədiyi bir şeyi gözləri ilə gördüyünü iddia etməsidir".