Naməhrəmi tərk edib qəlbini qırmaq daha böyük günahdır, yoxsa əlaqə saxlamaq?
Sual:
Salam . Men bir günah işledim ve namehremle münasibet qurdum. Indi ondan ayrilmaq isteyirem amma meni çox sevir. Qelbi qırılacaq ne etmeliyem? Hansı daha pistir qelb qırmaq yoxsa namehremle munasibet ve yalan?
Cavab:
Va aleykum Salam. Naməhrəmlə münasibət qurmaqla günah iş tutmusunuz, bu günahı dərhal tərk edin və Allaha tövbə edin. Bilin ki, bir günah insanı başqa bir günaha sövq edir, sonda insanı günahlar toruna salır və insan bu günahlarla əhatə olunduqda günahları tərk edə bilmir və həlak olur.