böyük günahlar

Bir qadına "zinakar" demişəm, ondan halallıq almadan tövbə etsəm Allah məni bağışlayarmı?

    09.06.2020
Sual: 
As salam aleykum.Mən müsəlmanam, kafir olanın arxasınca danışmaq nə dərəcədə günahdı?birdə kafir olan qadının etdiyi açıq aşkar hərəkətlərdən dolayı zinakar. olduğunu demişəm.və buna görədə səmimi qəlbdən peşmanam.ama o kafir haqqını halal etməyəcəyini demişdir.tövbə etsəm allah məni bağışlarmı?O qadından halallıq istəməsəm belə?halallıq istəmək mümkün deyil.
Cavab: 

Aleykum salam. Dinimiz kafir olsa belə bir insanın arxasınca danışmağı və qeybət etməyi qadağan edir. Xüsusilə də, bir insanı zinada ittiham etmək böyük günahdır.

Tərkibində içki olan qaba toxunmaq namazı batil edirmi?

    09.06.2020
Sual: 
Salam....Men oz marketimizde işleyirem ve ister istemez elim ickilere falan deyir kimse isteyen de verirem.bu namazimi pozurmu? ve gunahdirmi?tesekurler.
Cavab: 

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, əlinizin sərxoşedici içki olan qaba və ya içkinin özünə dəyməsi namazı pozmur, çünki sərxoşedici içkini içmək haram olsa da, o, özü-özlüyündə murdar sayılmır. Hətta ələ və ya paltara dəysə belə əl və ya paltar murdar olmur.

Görmədiyi halda özündən yuxu uydurmaq haqqında

    19.05.2020
Sual: 
Salam aleykum. Yuxu görmediyi halda yalandan filan yuxu görmüşem demek Allaha iftira atmaq sayilir? Bu haqda hansısa hedis varmi? Varsa sehih veya zeif olmasını qeyd edin zehmet olmasa.
Cavab: 

Aleykum salam. Bir insanın görmədiyi halda yalandan yuxu gördüyünü deməsi böyük günahdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu əməldən çəkindirərək demişdir: "Yalanların ən böyü­yü bir adamın yuxuda görmədiyi bir şeyi gözləri ilə gördüyünü iddia et­mə­si­dir".

Zina edən insanın namaz qılmasının mənası varmı?

    17.05.2020
Sual: 
Salam men hec vaxt erimi seve bilmemiwem 3 ovladlmda var.ama namazl terketmiwem zina eledim deye fikirlewdim namaz qllmaqln menasl yoxdur men bu yoldan hec done bilmirem men ne edim.birdeki bu insanla gorwub zina ediremse namazl qlmaqln bir menasl varml buna bir aydlnllx getrerdiniz.ve nece defe tovbe etmiwem bu defe bu insanl clx isdiyrem deye bu yoldan el ceke bilmirem mene bir komek edebilerdiz belke...
Cavab: 

Və aleykum Salam. Allahdan qorxaraq tövbə edin, Qiyamət günü zinakarları dəhşətli əzab gözləyir. Zinadan qorunmaq üçün səmimi tövbə etmək, sizi bu əməldən uzaqlaşdırması üçün Allaha dua etmək və zinaya aparan amillərin hamısından uzaq durmaq lazımdır. Daha ətraflı:

Qaşlara "permament" və ya "mikrobleydinq" etdirmək olarmı?

    12.05.2020
Sual: 
Salam ..ozum namaz qilan viriyem..calisdugim qederi ile islama zidd olan seyleri etmemeye calisiram..sualim beledir qasa permanent ve ya mikrobleydinq etmek gunahdirmi?bu seyler islama ziddirmi?cavab ucun evvelceden tesekkur edirem...
Cavab: 

Və aleykum Salam. Qadının qaşını alması ən böyük günahlardan sayılır, çünki, qaşını alan qadın lənətlənmişdir. Allahın və ya Peyğəmbərin (salləllahu aleyhi və səlləm) lənətlə hədələdiyi əməllər böyük günah sayılır.

Namaz qılmıram, lakin çoxlu zikr və istiğfar edirəm...

    12.05.2020
Sual: 
Aleykum salam bir sualım var namaz qılmiram ama hər gün zikr Allahın rəsulu a salavat deyirem ama ürəkdən isdeyirem namaz qılam ama alınmır mən nə edə bilərəm onuda deyimki mən hər gün zikr və istiğfar edirəm tewekkur edirem
Cavab: 

Əssələmu aleykum. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bildirmişdir ki, Uca Allahın Qiyamət günü qulundan soruşacağı ilk əməl namaz olacaq. Əgər namazları qaydasında olarsa, əməlləri barədə sorğu-sualı da asan olacaq.

Ailəm icazə vermədiyinə görə namazı atmışam, yenidən başlaya bilərəmmi?

    02.05.2020
Sual: 
salam aleyüm men sizə bir sual vermək istəyirdim:1)mən namz qılırdım amma,ailəm icazə vermir deyə namazlarımı dayandırdım buna görə günah qazanırammı və yaxud namazı təzədən başlamaq istəyirəm bu doğrudurmu?
Cavab: 

Aleykum salam. Namazı dayandırmaqda səhv etmisiniz, çünki namazı dayandırmaq böyük günahdır və bu işdə valideynlərə itaət etmək olmaz. Uca Allah buyurur: "Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq.

Pages