dua

Tilavət səcdəsi necə edilir?

    28.07.2017
Sual: 
Salam Aleykum.Namazda Ələq surəsini oxumaq olarmi? səcdə olunan ayədi rsə namazda oxunan zaman necə səcdə olunur?
Cavab: 
Və aleykum Salam. Namazda Fatihədən sonra əzbər bildiyiniz istədiyiniz surəni oxuya bilərsiniz. Səcdə ayəsinə çatdıqda isə bu ayəni oxuyub bir dəfə səcdə edilir.

Mənə namus iftirası atana bəddua edə bilərəmmi?

    24.07.2017
Sual: 
Salam aleykum menim yoldasim mene xeyanet edib o qadin menim ailemi dagitmag ucun menim namusuma dil uzadib nomremi basqa insana dinletmeye verib elhemdulilleh muselmanam mene ser atib ki senin yoldasin zina eliyir men bu veziyyetde ona beddua eliye bileremmi cezak Alllahu xayran
Cavab: 
Və aleykum Salam. Çox bəddua etmək yaxş hal olmasa da, bəzi hallarda bunun edilməsi icazəlidir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Üç dua vardır ki, onlar qəbul olunar; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi duası".

Dinimizdə Fəyyaz duası adlı dua varmı?

    24.07.2017
Sual: 
Salam aleykum.bu duanı mənə göndərdilər ki oxuyum.oxumadım ki birdən bidət olar.belı bir dua varmı.Fəyyaz duası Lə iləhə illəllahul cəlilul cəbbər,Lə iləhə​ ​illəllahul vəhidul qahhar,​ ​Lə iləhə illəllahul kərimul səttar, Lə iləhə illəllahul kəbirul mutəal, Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu iləhən vəhidən rabbən və şəhidən əhədən və samədən və nəhnu ləhu, Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu ləhən vəhidən rabbən və şəhidən əhədən və samədən və nəhnu ləhu əbidun, Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu iləhən vəhida rabbən və şəhidən əhədən və samədən və nəhnu ləhu qanitun,
Cavab: 
Və aleykum Salam. Qeyd etdiyiniz duanın sözlərində dinimizə zidd məna yoxdur, ancaq Quran və Sünnədə belə bir (Fəyyaz adlı) dua mövcud deyil.

Cənabət qüslu dəstəmazı əvəz edirmi?

    14.07.2017
Sual: 
Salam 1) Bilmek isderdim cenabet quslu aldiqdan sonra destemazda almaq lazimdir? 2) zikrin sozleri ve nece edilmelidir tesbehle ya barmaqla? 3) Men cafede isleyirem musterilere pive satiram amma teklif etmirem oz istekleri ile getirib verirem isim beledir bu gunahdirmi mene? 4) Ruzu ve Bereket duasini deyerdiz xahis 5)
Cavab: 
Va aleykum Salam. 
1. Cənabət qüslu aldıqdan sonra dəstəmaz almağa ehtiyac yoxdur, çünki, cənabət qüslu dəstəmazı da əvəz edir. 

Yaxınlarını itirmək qorxusundan neca azad olmaq olar?

    14.07.2017
Sual: 
Salam.mene bezen ele qorxu hissi gəlir ki,aileme,atama nese olacaq , onları itirecem.. Bundan nece azad olum?
Cavab: 
Və alekum Salam. Bu cür qorxu şeytanın vəsvəsəsi ilə bağlıdır. Ölümdən qorxmaq lazım deyil, çünki bu, heç nəyi dəyişməyəcək. Əksinə, çoxlu xeyirli əməllər edərək ölümə hazırlaşmaq lazımdır. Baş verə biləcə müsibətlərdən isə Allaha sığınmaq, dualarla kömək istəmək lazımdır.

Namaz qılanda səcdədə ölən yaxınlarımız üçün bağışlanma istəmək olarmı?

    14.07.2017
Sual: 
Salam aleykum. Namaz qilanda secde ederken dunyasini deyiwmiw yaxinlarimiz ucun Allahdan bagiwlanma dileye bilerikmi?
Cavab: 
Və aleykum Salam. Namaz qılarkən səcdə əsnasında müsəlman olan istədiyiniz şəxsə üçün bağışlanma diləyə bilərsiniz. Ölən müsəlman qohumlarınız üçün də bağışlanma buraya aiddir. Daha ətraflı: 

Duaya başlayarkən Allaha necə təriflər demək lazımdır?

    01.07.2017
Sual: 
salam aleykum.mən buradan oxuyuram ki dua etməzdən qabaq Allaha həmd səna etmək təriflər demək lazımdır.Amma bilmirəm onu necə etmək və nə oxumaq lazımdı?Birdə Allahi zikr eətmək ücün nə oxumaq lazəmdır?Cox xahiş edirəm bunları mənə başa salın.
Cavab: 
Və aleykum Salam. Allaha necə tərif deməyi öyrənmək üçün Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öyrətdiyi dua və zikrləri, həmçinin, Qurani-Kərimin Azərbaycan dilinə mənaca tərcüməsini oxuya bilərsiniz. Həmçinin oxuyun: 

Pages