namaz

Səcdədə dua etmək, 1 və 4-cü günlər oruc tutmaq və s. barədə

    28.09.2015
Sual: 
Salam. Men namazda secdeye gederken her defe ureyımden bır dua kecırırem gunahmı edırem??? men her 1 cı ve 4 cu gunler oruc tutmaq. Istırem olar??? Bu emelım Allaha xosh gedermı,?? Bız ınsanlar nece bıler bılerık kı. ALLAH. Bızım dualarımızı eshıdır? Namazımızı qebul edır ve namaz qılmaqımızı ısteyır??
Cavab: 
Aleykum salam.
1. Bəli, namazda səcdədə olarkən dua edə bilərsiniz. Daha ətraflı: Səcdədə dua etmək barədə

Namazda qiraət nə deməkdir?

    22.09.2015
Sual: 
salamun eleykum.Namazda kraati nedir? oxumaq vacibdir? oxumasaq pozulurmu Namaz
Cavab: 

Aleykum salam. Qiraət, ərəb sözüdür, mənası "oxumaq" deməkdir. Namazda qiraət isə namazda Quran oxumağı bildirir. Uca Allah buyurur: "Elə isə (namaz qılarkən) Qurandan (sizə) asan gələni oxuyun!" (əl-Muzzəmmil, 20).

Keçmiş illərin qəza namazları necə qılınır və namazda Fatihədən sonra Ayətul Kursini oxumaq olarmı?

    22.09.2015
Sual: 
Salam. Men. 3 aydır namaza bashlamısham 19yashım var menım nece ıl qezam var ve qezaları nece qılım?? Bırde men zohr namazında fatıhe suresınden sonra ayet-el kursunu deyırem ancaq zohr namazında bu gunah deyıl kı??
Cavab: 

Aleykum salam.

Rəfiqəmlə kobud danışdığım üçün namazım qəbul olunmaya bilərmi?

    21.09.2015
Sual: 
Salam.Cooox xahis edrem ki cavablandirasiniz.M3nim qrup yoldaşım yeni rəfiqəm mən ona həmişə yaxşı olmuşam.Bir gün onun səhvini gördüm və ona dedim ki ikiüzlülük etmə.O isə bu sözə görə mənə ağzına gələni dedi . Mən heç bir cvb vermədim.sonra üzr istədi mən ona dedim ku səndən küsməmişəm.sonralar mənimlə yaxınlıq etsədə həmin qız ama onun bu özünü yaxşı göstərməyi yalan idi.Mənlə nə isə üstübdə mübahisə edirdi.axrıncı dəfə niyəsə mənə günahsız yerə haqdız sözlər işlətdi.amma mən ona qarşı pis olmadım.
Cavab: 

Aleykum salam. Namaz qılmağınız üçün sizi təbrik edirik, Allaha dua edirik ki, peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) əxlaqını öyrənib yaşamağı sizin üçün asanlaşdırsın.

Peyğəmbərimizdən əvvəlki dövrlərdə namaz necə qılınıb?

    21.09.2015
Sual: 
Salam aleykum. Bildiyimə görə əvvəlko peyğəmbərlər də namaz qılıb. Biz indi peyğəmbərimizin ( sallallahu aleyhi və səlləm ) qıldığı kimi qılırıq. Namazda dediyimiz surələr və dualar(fatihə,ixlas və ya digər surə,təşəhhud və s.) quranda nazil olub. Quran olmayan vaxtı namaz necə qılınıb? Peyğəmbərə (sallalahu aleyhi və səlləm) və onun ailəsinə salam göndərilməyib? məsələn Nuhun,Şueybin,Musanın dövründə namazın qılınmaq qaydası necə olub,əgər namaz dəyişilibsə bu dində yenilil sayılmır?
Cavab: 

Və aleykum Salam. Səhih dəlillərə əsasən namaz ilk insan Adəmin (aleyhis-sələm) dövründən olub və bütün ümmətlərə fərz olub. Bu barədə ayə və hədislərin zahirindən məlum olan odur ki, o dövrlərdəki namazların qılınma qaydası, ümumən indi bizim qıldığımız namaza oxşardır.

1 aydır ki, namaz qılmırdım, yenidən başlamağa necə özümdə təpər tapım?

    21.09.2015
Sual: 
salam.men artiq 1 aydirki amazimi saxlamisam ve qilmiram.amma bu meni daxilen cox narahat edir.demek olarki her deqiqe aglimdaki odurki men namazimi yene baslayim qilim amma nedense sanki ozumde teper tapa bilmirem.men aileliyem ve tez tez demek olarki her gun qusl almaq cetin olur mene namazimi da saxlamagin sebebi bu olub.amma yenede baslamaq isteyirem bunun ucun ne etmeyiyem tovbe edib baslamayiyam yoxsa nece xais edirem mene meslehet verin
Cavab: 
Aleykum salam. Namaza başlamaq və istənilən bir xeyirli əməli etmək istəyərkən şeytan insana vəsvəsə verərək bu əməldən çəkindirməyə çalışır.

Pages