namaz

Möhür nədir?

    23.12.2014
Sual: 
mohur nedir
Cavab: 

Salam aleykum. Möhür - bəzi məzhəblərin namazda səcdə edərkən alınlarını üzərinə qoyduqları, torpaqdan düzəldilmiş əşyadır. Əslində Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namaz qılarkən möhürdən istifadə etməmişdir.

Uzanan halda dua etmək olarmı?

    14.12.2014
Sual: 
Əvvəla Salam Aleykum.Mən hər gün dua edib şükr etməyi özümə şərt qoyuram , lakin bəzi şeyləri dəqiq bilmirəm.Dua edərkən sağlam olmağıma baxmayaraq bu işi uzanan yerdə edirəm. Bu nə dərəcədə düzgündü?Digər sualım isə belədir dua edərkən duanın özündən başqa hansı sözləri işlətməliyəm? Mənim cəmi 11 yaşım var.Ancaq mən namaz qılmıram tək dua edirəm mən belə edərək günah qazanırammı?
Cavab: 

Aleykum salam. Uzanaraq dua, zikr etmək olar. Uca Allah buyurur: "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad (zikr, dua) edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən.

Şəhvət oyadan səhnələrə baxmaq günahdırmı?

    10.12.2014
Sual: 
Salam,mənim 1-ci sualım budur ki,şəhvət oyadan,yəni məsələn bir oğlanla qızın cinsi əlaqəsinə,öpüşmə səhnələrinə və digər ehtiras oyadan filmlərinə və ya şəkillərinə baxmaq haramdır yoxsa yox? 2-ci sualım isə budur ki,namaz qılan vaxtı namaz dualarından başqa mən öz istəyimin yerinə yetməsi üçün hər hansı rükətdə dua edə bilərəm? Yəni məsələn qunutda namaz dualarından başqa səadətə qovuşmaq,şeytannan Allaha sığınmaq,xəstəlikdən şəfa tapmaq üçün dua edə bilərəm?

Pages