Peyğəmbərimiz necə namaz qılardı?
Aleykumu-s-sələm va rahmətullah. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namaz qılmaq istədikdə ayaq üstə, sütrəyə (namaz qılanın başqalarının onun qarşısından keçməməsi üçün önünə qoyduğu hər hansı maneədir) yaxın dayanıb Kəbəyə tərəf yönələrdi. Niyyəti qəlbində edərdi.