namaz

Körpə uşaqlara gözdəymə duasını necə oxuyaq?

    15.10.2014
Sual: 
salam sizin gozdeyme ile bagli cavabinizi oxudum. bes ushaqlara goz deydikde nece edek onlar hele yeni dil acan usaqdirsa biz oxumaliyiq onalrin yerine ve hansi sekilde? menim qizim cox tez tez yixilir hem de bashi daha cox deyir. kesilmemish qurbani var idi onu da kesdridik yene de yixilir. bu gozdeymeden ola biler? bir de men namaz qilanda bir de gorursen sozler yadimdan cixir yadima sala bilmirem bele olanda tezeden baslamaliyam namaza? ve tezeden baslayanda salamlari dememish namazi bitire bilmerem?
Cavab: 
Aleykum salam. Körpə uşaq üçün duaları siz özünüz oxuya bilərsiniz. Məsələn, gecə yatanda ovcumuza üfürüb əl-İxlas, əl-Fələq, ən-Nəs surələrini və Ayətul-Kursini oxuyub,  bədənimizə sürtürük. Eyni qaydada oxuyub bunu uşaqlara da etmək olar.

Təşəhhüddə barmağı qibləyə tərəf tutmaq, cümə və bayram namazları haqda

    13.10.2014
Sual: 
salam tesehudde sehadet barmagi qibleye teref uzatmaq barede hansi hedisler var? cume ve bayram namazini qilmaq ferzdir?
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və alihi və səlləm) sol ovcunu sol dizinin üstünə aşıq şəkildə qoyardı. Sağ əlinin barmaqlarının hamısını bükərdi. Şəhadət barmağı ilə qibləyə işarə edər və ona baxardı. (Muslim; Əbu Uvanə; İbn Xuzeymə və digərləri. Səhih hədisdir).

Nafilə və fərz namazları hansılardır?

    11.10.2014
Sual: 
Salam. Nafilə və fərz namazları nə deməkdir və necə qılınır? Qurban bayramının qüsl niyyəti necə deyilir?
Cavab: 

Aleykum salam. Fərz namazları Uca Allahın gündə 5 dəfə qılmağı əmr etdiyi namazlardır, onları qılmamaq və ya qılıb tərk etmək böyük günahdır. Nafilə namazları isə qılmamaq olar, lakin qılmaq savabdır. Bu cavabları oxuyun:

Namazı gah qılıb gah qılmayanın yeri Cəhənnəmdədirmi?

    09.10.2014
Sual: 
Salam aleykum. Men bir nece defe namazi terk etmisem ama indi qiliram. Ve bele bir ifade esitmisem ki gah qilib gah qilmayanin yeri cehennemdedir. Bu duzdurmu. Tovbe etmisem Allah bagislayarmi. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Namaz qılmamaq və ya qılıb tərk etmək böyük günahdır, amma Uca Allah ürəkdən tövbə edib yenidən namaza başlayanları bağışlayacağını bizə bildirmişdir.

Möhürsüz namaz qılmaq düzgündürmü və namazda hara baxmalıyam?

    09.10.2014
Sual: 
Salam.bayraminiz mubarek.men evveller mohurle namaz qilardim.sora ewitdimki bu duzgun deyil. Indi ise mohursuz qiliram ama ureyim naratdi. Elebiliremki duzgun etmirem.mohursuz qiliramsa hara baxmaliyam ve men duzgunmu edirem. ?
Cavab: 

Aleykum salam. Sizin də bayramınız mübarək, Allah sizdən də, bizdən də qəbul etsin.  Namazı möhürsüz qılmaq və namaz əsnasında səcdə etdiyiniz yerinə baxmaq lazımdır.

Kreditə pul götürmək və o pul ilə nəsə almaq haqda...

    08.10.2014
Sual: 
Salam. Anam bu yaxınlarda Bankdan kredit götürmək istəyir. Mən haramdan qorxan və çox narahat olan biriyəm. Mənim namaz qılmaq üçün səccadəm və namaz paltarım yoxdur. Həmin pulla özümə bunları ala bilərəmmi əgər bu pul haram deyilsə? Bir də ki, dəsmalın üstündə namaz qılmaq günahdır? Dəsmal bir az köhnədir. Bu Yaradana qarşı (tövbə əstağfurullah) hörmətsizlik deyil ki?
Cavab: 
Aleykum salam. Maddi çətinliyə düşən kimi bankdan kredit götürmək müsəlmanlara yaraşmayan hərəkətlərdəndir. Kredit və ya faizli borc Allahın ən ağır qadağalarından biridir. Uca Allah buyurur: "Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir.

Bağırsağında problem olan şəxs necə namaz qılmalıdır və digər suallar

    08.10.2014
Sual: 
Salam. Çox üzr istəyirəm, məndə deyəsən soyuqdəymə olduğu üçün tez-tez bağırsaq yeli xaric olur və ibadət zamanı məni çıxılmaz vəziyyətə salır. Dəstəmaz alıb namaza hazıtlaşan vaxt bu hal baş verir və namazın ortalarında da təkrar başıma gələcəyini bildiyim üçün gedib yenidən boş-boşuna dəstəmaz almıram. Və bu şanssızlıqdan dolayı da namazımı kor-peşman qılıram. Təqlid etdiyim alim deyir ki, bağırsaq yelini saxlaya bilməyən şəxslər namazın qunut kimi müqəddəs hissələrindən çəkinməlidirlər. İndi mən heç vaxt 2-ci rükətdə qunut tutmayımmı?

Pages