namaz
Qadınların düzgün namaz qılma qaydası hansıdır?
Salam aleykum. Qadınla kişinin qıldığı namaz formasında elə də ciddi bir fərq yoxdur. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın".
Səfərdə namazı qısaltmaq və xəstəlik səbəbi ilə namazı buraxmaq barədə
Aleykum salam. Səfərdə olduğunuz müddət ərzində səfər namazı qılmağınız doğrudur. Xəstəlik səbəbi ilə namazı buraxmaq isə olmaz. Tövbə edib yenidən namaza başlayın.
Namaz qılanda saç yaş ola bilərmi?
Salam aleykum. Namaz qılarkən saçın və üst-başın yaş olması namaza heç xələl gətirmir.
Namazı vaxtında qılmağa aid hədis yaza bilərsinizmi?
Aleykum salam. Abdullah ibn Məsud (radıyəllahu anhu) rəvayət edir ki, mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: "Allahın ən çox sevdiyi (əməl) hansı əməldir?" O buyurdu: "Namazı vaxtlı-vaxtında qılmaq".
İçkili adamın namaz qılınan otağa daxil olması günahdırmı?
Salam aleykum. İçki içən adamın namaz qılınan otağa daxil olması günah deyildir.
Cinsiyyət orqanından ifraz olunan rəngsiz maye qüslu və orucu pozurmu?
Aleykum salam. Qeyd etdiyiniz maye şəriət elmində "məzi" adlanır və o, qüsulu yox, yalnız dəstəmazı pozur. Bu maye murdar sayılır və Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cinsiyyət orqanlarının bu mayedən yuyulub təmizlənməsini əmr etmişdir.
Namazı xəstəlik səbəbindən tərk etdiyim üçün günah qazanırammı?
Aleykum salam. Heç bir halda namazı buraxmaq olmaz. Uca Allah xəstə üçün namazı asanlaşdırmışdır. Xəstəlik və ya soyuq hava şəraiti olduqda dəstəmazın əvəzinə təyəmmüm almaq olar. Xəstəlik səbəbi ilə ayaq üstə qıla bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılın.
Səssiz namazlarda hansı sözlər səslə deyilir?
Aleykum salam. Əgər tək qılırsınızsa, bütün sözlər səssiz oxunur. Yəni dodaqlar tərpənərək yavaşca oxunur.
Qadın corabsız namaz qıla bilərmi?
Aleykum salam. Əgər paltarı uzun olub ayaqlarını örtsə, bu zaman corabsız namaz qıla bilər. Lakin paltar qısa olarsa, corab geyinməsi zəruridir. Ümumən islama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır.