namaz
Namazda hansı hissələr səsli deyilir?
Salam aleykum. Videodakı namaz qaydası həm kişilərə, həm qadınlara aiddir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hamı üçün bir namaz qılmaq qaydası göstərmişdir. Videoda təlim məqsədi ilə bütün hissələr səsli deyilib. Əslində bəzi hissələr səsli, bəziləri isə səssiz oxunmalıdır.
Gündə 3 dəfə namaz qılmaq düzgündür?
Aleykum salam. Namaz gündə 5 dəfə qılınmalıdır. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Namazlarımı tez-tez qəza edirəm, nə edim?
Aleykum salam. Bu cavabı oxuyun: Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?
Vitr namazının qılınma qaydasını yaza bilərsinimzi?
Aleykum salam. Cavabı buradan oxuyun: Vitr namazı necə qılınır?
Qüsl olmadan oruc tutmaq və digər suallar
Aleykum salam.
1) Cinsi əlaqədən sonra qüsl ala bilməsəniz sahura durub oruc tuta bilərsiniz. Qüsul olmadan oruc tutmaq olar, amma namaz qılmaq üçün qüsul vacibdir.
Namaz qılarkən ətrafdan gələn səsləri eşitsəm namazımı yenidən qılmalıyammı?
Aleykum salam. İmkan varsa sakit yerə çəkilib namaz qılın, əgər bu mümkün deyilsə, onda həmin səslərə fikir vermədən namazınızı qılmağa davam edin. Namazı yenidən qılmağa ehtiyac yoxdur. Fikrinizi namazın sözlərinə yönəldin.
Namazların qəzasını qılmaq vacibdimi?
Aleykum salam. Hər bir müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın. Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) ən xeyirli əməlin hansı olduğunu soruşduqda, bunun vaxtında qılınan namaz olduğunu söyləmişdir.
Mən namazı möhürsüz, amma əliaçıq qılıram. Düz edirəmmi?
Ümumiyyətlə namaz Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) və onun səhabələrinin qıldığı şəkildə qılınmalıdır, çünki ibadətin qəbul olunmasının şərtlərindən biri onu Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) etdiyi kimi etməkdir.
Kəbənin içində nə var və digər suallar
Aleykum salam.
Aşağıdakı videoda Kəbənin içərisinə baxa bilərsiniz:
http://www.youtube.com/watch?v=I-MimunZijM#t=240