Yatsı namazının son qılınma vaxtı neçəyə kimidir?
Aleykum salam. Yatsı (İşa) namazının vaxtı bəzi alimlərə görə gecə yarısına qədər, bəzilərinə görə isə sübh namazına qədərdir. Ona görə də gecə yarısına qədər qılmaq daha yaxşıdır. Gecə yarısı isə məğrib namazından sübh namazına qədər olan vaxtın ortasıdır.