namaz

Zikri necə etmək düzgündür?

    25.12.2013
Sual: 
Salam aleykum. Sualim odur ki, zikri barmaqlarla etmek duzgundur, yoxsa tesbeh ile? Bildiyime gore Resulallah (s.a.s) zikri barmaqlarla etmishdir. Bu haqda deqiq melumat vamri?
Cavab: 

Aleykum salam. Sayla olan zikrləri barmaqlarla etmək lazımdır. Təsbeh ilə etmək olmaz. Abdullah ibni Amr (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbəri (sallallahu aleyhi və səlləm) sağ əli ilə zikr edən gördüm.

Təyəmmüm niyyəti necə olmalıdır?

    23.12.2013
Sual: 
Salam aleykum. Teyemmum uchun niyyet nece olmalidir? Qusul ve ya destemaz evezinden olunan teyemmum niyyetleri ayri-ayrdir? Burda zehmeti olanlara chox teshekkur edirem.
Cavab: 

Aleykum salam. Niyyət, məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Əməllər ancaq niyyətə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...".

Namaz qılıb oruc tutmamaq haqqında

    23.12.2013
Sual: 
Salam men namaz qiliram ama oruc tutmuram,yeni acliga qarshi kompleksim olduguna gore.Bu zaman menim namazim qebul olunurmu?
Cavab: 

Aleykum salam. Namaz qılıb oruc tutmamaq namazı batil etmir. Əgər siz vacib orucu, yəni Ramazan ayının orucunu nəzərdə tutursunuzsa, aclığa qarşı olan bir narahatlığa görə onu buraxmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Şübhə və tərəddüd şeytandandır".

Qrip namazı batil edirmi?

    23.12.2013
Sual: 
kirip olduqda namaz qilmaq batildi? kirip olursan insanin burnu axr ve basi sedceye qoyanda burun axirsa namaz sayilirmi??
Cavab: 

Salam aleykum. Qrip, soyuqdəymə və ya hər hansı bir xəstəlik səbəbi ilə burundan gələn selik namazı batil etmir.

Bir müddət namaz qılmamaq

    23.12.2013
Sual: 
Salam aleykum. Mueyyen sebeblere gore bir ayliq namazi qila bilmirem, bu gunah sayilarmi? Sherait ve temizlik cehetden...
Cavab: 

Aleykum salam. Namaz mütləq qılınmalıdır! Şərait, su, xəstəlik və ya soyuq olduqda dəstəmaz əvəzinə təyəmmüm almaq olar. Xəstəlik səbəbindən ayaq üstə dura bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılınmalıdır.

Pages