namaz

Azanın sözlərin təkrarlamaq olarmı?

    23.01.2014
Sual: 
Salam aleykum. Bildiyim qeder azan verildiyi zaman azinin sozlerini demek günahdir. Bu dogru fikirdirmi? Onceden teshekkurler.
Cavab: 

Aleykum salam. Əksinə, azan verildiyi zaman müəzzinin (azan verənin) sözlərin təkrarlamaq böyük savabdır. Əbu Səid əl Xudri (Allah ondan arzı olsun) Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə dediyini rəvayət edir:

Vitr namazında qunut duası

    23.01.2014
Sual: 
Salam aleykum. Vitr namazinda qunut duasinin yerine "rabbənə ətinə fid dunyə həsənətən" duasını oxumaq olarmı? Hemchinin qunut duası vitr namazinin nechenci ruketinde oxunur?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə islam alimlərinə görə vitr namazında qunut duasını oxumaq vacib deyildir. Həmçinin, vitr namazında qunut duasını daim etmək olmaz. Çünki Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) qunut duasını daim yox, bəzi vaxtlarda tutardı.

Naməhrəmin yanında namaz qılmaq icazəlidirmi?

    22.01.2014
Sual: 
Salam aleykum. Yer olmadiqda namehrem olan yerde namaz qilmaq olar?
Cavab: 

Aleykum salam. Qadın namaz qılarkən naməhəm kişilərin gözündən uzaqda dursa daha yaxşı olar. Hətta məhrəm adamların qıldığı camaat namazında belə, qadın kişidən arxada durmalıdır. Ona görə məscidlərdə qadınların namaz qılıdığı yerlə kişilərin yerini ayırırlar.

Qibləni kompassız necə təyin etmək olar ?

    22.01.2014
Sual: 
Salam aleykum. Men Siyezende yashayiram. Bilmek isterdim ki, qibleni kompassiz nece teyin ede bilerem?
Cavab: 

Aleykum salam. Bütün Azərbaycan ərzasində sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sola dönsəniz qibləyə yönəlmiş olacaqsınız. 

Namazı düzgün qılmamaq günahdırmı?

    22.01.2014
Sual: 
Salam aleykum. Namazi qilanda duzgun qilmaq lazimdir? Ama bunu yashli adam duz qilmirsa onun qildigi namaz qebuldu, ya yox?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə ilk öncə müsəlman olan kəs bilməlidir ki, ibadətin istənilən növü Quran və Sünnəyə qəsdli şəkildə zidd olarsa, o əməl Allah dərgahında ondan qəbul olunmaz. Nazamda həmçinin bu qəbildəndir. Səhih hədislərdə deyilir ki, əməlin qəbul olunması üçün iki vacib şərt var.

Pages