namaz
Günahkar imamın arxasında namaz qılmaq olarmı?
Aleykum salam. Alimlərin böyük əksəriyyətinə görə bir məsciddə namazlara daimi təyin olunmuş şəxs imamlıq edirsə, onun zahirən müsəlman olduğu müddətcə və ondan başqasının arxasında namaz qılmaq imaknı olmadıqca, həmin imamın arxasında namaz qılmaq icazəlidir.
Namaz gündə neçə dəfə qılınmalıdır?
Aleykum salam. Bu cavabı oxuyun: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Namaz kimlərə vacibdir və namazda Allahın qarşısında necə dayanmalıyıq?
Aleykum salam. Namaz qılmaq ağılı başında olan və həddi büluğa çatan hər kəsə vacibdir. Namazda mütiliklə dayanmaq lazımdır.
Zöhr və İşa namazının sünnətləri hansılardır?
Aleykum salam. İşa namazından əvvəl iki rükət qılınır. Dörd rükət qılınması haqda səhih hədis gəlməmişdir. Bundan başqa etdikləriniz Peyğəmbərin sünnəsinə müvafiqdir.
Qadın zikr edərkən təsbehdən istifadə edə bilərmi?
Aleykum salam. İstər qadın, istərsə də kişi, yaxşı olar ki, sayla olan zikrləri əl barmaqlarıyla etsin. Təsbehlə zikr etmək bəyənilmir. Daha ətraflı buradan oxuyun: Namazdan sonra təsbeh çəkmək olar?
Qəza namazları neçə rükət və nə vaxt qılınır?
Aleykum salam. Qəza namazları elə olduğu kimi, yəni nə şəkildə qəzaya qalmışdırsa, həmin şəkildə də qılınır. Sadəcə burada yalnız fərz qılınacaq. Sünnətlər qılınmır.
Tövbə namazı necə qılınır?
Va aleykum Salam. Tövbə etmək üçün namaz qılmaq vacib deyil, amma istəyən qıla bilər.
Möhürlə namaz
Salam aleykum. Sualı qısa şəkildə yazdığınız üçün tam anlaya bilmədim. Xahiş edirəm ki, sualı yenidən ətraflı və aydın şəkildə yazasınız.
Naməhrəmə toxunmaq, namaz, ölüyə Quran oxumaq və s. haqqında
Aleykumus sələm və rahmətullahi və bərakətuhu.
1) Yad (naməhrəm) qadınlara bilə-bilə toxunmaq, onlarla əl ilə görüşmək haramdır.
2) Namazda dodaq quruyursa, dil ilə islatmaq olar.